Maddə 141. Qanunsuz abort etmə
141.1. Həkim tərəfindən tibb müəssisələrindən kənarda abort
etmə
minimum əmək haqqı məbləğinin iki yüz mislinədək miqdarda
cərimə və ya altı ayadək müddətə islah işləri ilə cəzalandırılır.
141.2. Xüsusi ali tibbi təhsili olmayan şəxs tərəfindən abort etmə
minimum əmək haqqı məbləğinin üç yüz mislinədək miqdarda
cərimə və ya yüz səksən saatdan iki yüz saatadək müddətə ictimai
işlər və ya bir ilədək müddətə islah işləri ilə cəzalandırılır.
141.3. Bu Məcəllənin 141.1. və 141.2-ci maddələrində nəzərdə
tutulmuş əməllər nəticəsində zərərçəkmiş şəxsin sağlamlığına
ehtiyatsızlıqdan ağır zərər vurulduqda
minimum əmək haqqı məbləğinin üç yüz mislindən beş yüz
mislinədək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və
ya bir ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən
fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya
edilməməklə bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə
cəzalandırılır.
141.4. Bu Məcəllənin 141.1 və 141.2-ci maddələrində nəzərdə
tutulmuş əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb
olduqda
üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən
fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə beş ilədək
müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
|