Şakir Musayev
440
ya iki ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən
fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya
edilməməklə iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə
cəzalandırılır.
138.2. Tətbiqi müəyyən olunmuş qaydada qadağan edilmiş
diaqnostika və müalicə üsullarını, dərman vasitələrini tətbiq etmə
ehtiyatsızlıqdan şəxsin ölümünə və ya sağlamlığına ağır və ya az ağır
zərər vurmasına səbəb olduqda
minimum əmək haqqı məbləğinin beş yüz mislindən min
mislinədək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və
ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən
fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya
edilməməklə iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə
ilə cəzalandırılır.
Dostları ilə paylaş: