Maddə 309. Vəzifə səlahiyyətlərini aşma
309.1. Vəzifəli şəxs tərəfindən xidməti səlahiyyətlərinin
hüdudlarından açıq-aşkar surətdə kənara çıxan hərəkətlər etməsi
vətəndaşların və ya təşkilatların hüquqlarına və qanuni mənafelərinə,
yaxud cəmiyyət və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm
zərər vurduqda
minimum əmək haqqı məbləğinin min mislindən iki min
mislinədək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və
ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən
fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya
edilməməklə üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə
cəzalandırılır.
|