Maddə 300. Təhqiqat və ya ibtidai istintaq məlumatlarını
yayma
Qanunla müəyyən edilmiş qaydada yayılmaması barədə
xəbərdarlıq edilmiş şəxs tərəfindən təhqiqatçının, müstəntiqin,
prokurorun və ya məhkəmə nəzarəti funksiyasını həyata keçirən
hakimin icazəsi olmadan təhqiqat və ya ibtidai istintaq
məlumatlarının yayılması maraqlı şəxsə mənəvi və ya maddi ziyanın
vurulmasına səbəb olduqda
minimum əmək haqqı məbləğinin beş yüz mislindən min
mislinədək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və
ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Dostları ilə paylaş: |