Şakir Musayev
452
309.2. Bu Məcəllənin 309.1-ci maddəsində nəzərdə tutulmuş
əməllər zor tətbiq etməklə və ya zor tətbiq etmə hədəsi ilə
törədildikdə, yaxud silah və digər xüsusi vasitələrdən istifadə etməklə
törədildikdə və ya ağır nəticələrə səbəb olduqda
üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən
fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə üç ildən
yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Maddə 311. Rüşvət alma
311.1. Rüşvət verənin və ya onun təmsil etdiyi şəxsin xeyrinə
hərəkətlərə (hərəkətsizliyə) görə, bu hərəkətlərin (hərəkətsizliyin)
edilməsi vəzifəli şəxsin vəzifə səlahiy-yətlərinə daxil olduqda və ya
o, öz qulluq mövqeyinə görə belə hərəkətlərə (hərəkətsizliyə) yardım
edə bildikdə, eləcə də xidmət üzrə ümumi himayədarlığa və ya
laqeydliyə görə vəzifəli şəxs tərəfindən şəxsən və ya vasitəçidən
istifadə etməklə pul, qiymətli kağızlar, digər əmlak və ya əmlak
xarakterli mənfəət şəklində rüşvət alma
üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən
fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya
edilməməklə iki ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə
ilə cəzalandırılır.
311.2. Vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətlərə
(hərəkətsizliyə) görə rüşvət alma
üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən
fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə beş ildən on
ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
311.3. Bu Məcəllənin 311.1 və ya 311.2-ci maddələri ilə nəzərdə
tutulmuş əməllər:
311.3.1. qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil
dəstə tərəfindən;
311.3.2. təkrar törədildikdə;
311.3.3. külli miqdarda törədildikdə;
311.3.4. hədə-qorxu tətbiq olunmaqla törədildikdə
əmlakı müsadirə olunmaqla yeddi ildən on iki ilədək müddətə
azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
|