13
1. Azərbaycan iqtisadiyyatı neft bumu və əhəmiyyətli fiskal genişlənmə hesabına 2000-ci illərdə
böyük templərlə inkişaf etmişdir. 2001-08-ci illərdə Azərbaycanda ÜDM ildə orta hesabla 17.3 faiz
artmıĢdır. 2001-08-ci illərdə dövlət xərcləri 1.1 milyard AZN-dən 12.5 milyard AZN-ə, yaxud qeyri-
neft sektoru ÜDM-nin 20 faizindən 70 faizinədək artmıĢdır. Ġcmal dövlət xərclərinin, həm cari, həm
də capital xərclərin böyük artımı qeyri-neft sektoru ÜDM-nin artımına kömək etmiĢdir. 2001-2008-ci
illərdə neft sektorunda ÜDM 23.5 faiz artdığı halda, qeyri-neft sektorunda artım 12.4 faiz olmuĢdur.
Artımın geniĢ Ģəkildə bölgüsünü təmin etmək üçün Azərbaycan əhalinin əmək haqlarını və
transferləri artırmaq siyasətini həyata keçirməyə baĢlamıĢdır. 2000-2008-ci illər arasında minimum
əmək haqqının səviyyəsi 6700 faiz artaraq kəskin aĢağı səviyyədə olan 1.1 manatdan 75 manatadək
yüksəlmiĢdir (Diaqram 2). Orta aylıq əmək haqqı səviyyəsində də hər il ikirəqəmli artım tempi
müĢahidə edilmiĢ və bu göstərici 2000-ci ildəki 41 manat səviyyəsindən 2008-ci ildə 268 manata
qədər yüksəlmiĢdir ki, bu da ümumi götürdükdə 650 faizdən çox artım deməkdir. Azərbaycanda
adambaĢına gəlir 2001-2005-ci illərdə 90 faiz, 2006-2008-ci illərdə isə daha 100 faiz artaraq 3830
dollara çatmıĢdır.
1
Dostları ilə paylaş: