Kəskin otit üzrə klinik protokol



Yüklə 1,22 Mb.
Pdf görüntüsü
səhifə5/36
tarix25.12.2016
ölçüsü1,22 Mb.
#3334
1   2   3   4   5   6   7   8   9   ...   36
Protokolun məqsədi:  

Kəskin otitli xəstələrdə diaqnostika və müalicənin adekvat, tam 

həcmli, eyni səviyyədə aparılmasını təşkil etmək. 



KƏSKİN XARİCİ OTİT 

Kəskin xarici otit (KXO) – xarici qulağın generalizə olunmuş 

iltihabı olub, prosesə  bəzən təbil pərdəsinin qoşulması ilə özünü 

büruzə verir. 



Epidemiologiya 

İl  ərzində  xəstələnmə coğrafi yaşayış yerindən və yaşından asılı 

olaraq ümumi əhali sayının 0,4-1%-ini təşkil edir. 

Müxtəlif ölkələrdə xarici otitlərin insanlar arasında yayılması 

qulaq xəstəliklərinin 17-23%-ini təşkil edir. Əgər xarici və orta 

qulağın iltihabı proseslərinin müştərək zədələnmələrini də  nəzərə 

alsaq, bu faiz daha da yüksəlmiş olur. 

Xarici qulağın iltihabının  əmələ  gəlmə tezliyi artmağa doğru 

meyllidir. Bu, hər  şeydən  əvvəl, peşə faktorlarının,  ətraf mühitin 

çirklənməsinin mənfi təsiri ilə, orqanizmdə immunoloji dəyişikliklərə 

səbəb olan dərman maddələrinin geniş  tətbiqi və stress halları ilə 

əlaqədardır. 



Etiologiya 

► 

Bakterial infeksiya 



−  Staphylococcus aureus 

−  Streptococcus pyogenes  

−  Pseudomonas aeruginosa 

► 

Göbələk infeksiyası  



−  Candida 

−  Aspergillus 

► 

Virus infeksiyası 



Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır. 




 

7

Axır illərdə göbələk mənşəli xarici otitlərin artması müşahidə 



olunur. Bu, hər  şeydən  əvvəl müasir müalicə metodlarının 

xüsusiyyətləri ilə 

əlaqədardır. Belə ki, antibiotiklərin, 

kortikosteroidlərin, sitostatiklərin uzunmüddətli tətbiqi ilə göbələk 

xəstəliklərinin inkişafına səbəb olan şərait kompleksi əmələ gəlir. 


Yüklə 1,22 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin