8. Kompüterin xarici (köməkçi) yaddaş qurğuları
8.1. Xarici yaddaş anlayışı
Əsas yaddaşın həcminin nə qədər olmasından asılı
olmayaraq, o həmişə
azlıq edir. İnsanlar həmişə kompüterin yaddaşında tuta biləcəyindən daha çox
informasiya saxlamaq istəyirlər. Texnologiyanın inkişafı
ilə insanlar əvvəllər
tamamilə fantastik hesab edilən şeyləri düşünürlər. Məsələn, mərkəzi kitabxananı
(kitabları, şəkilləri, bədii filmləri, sənədli filmləri və s...) rəqəmsallaşdırmaq. Bu
həcmdə informasiyanı əsas yaddaşa yerləşdirmək mümkün deyil.
Bunun üçün
kompüterin xarici yaddaş qurğularından istifadə edilir.
Xarici yaddaş - böyük həcmli informasiyaların (məlumatın) uzunmüddətli
saxlanması üçün nəzərdə tutulmuşdur.
Bu, enerjidən asılı olmayan yaddaşdır.
Çünki kompüterin elektrik enerjisi
mənbəyinə bağlı olub-olmamasından asılı olmayaraq
orada informasiyalar
saxlanılır. Kompüterin xarici yaddaşı kimi informasiyaların saxlandığı müxtəlif
disklərdən istifadə edilir.
Onlara
informasiya daşıyıcıları deyilir.
Hal-hazırda üç növ informasiya daşıyıcısı istifadə olunur:
- Maqnit disklər;
-
Optik disklər;
- Maqnitooptik disklər.
Şəkil 8.1-də verilmiş yaddaş strukturu böyük həcmli məlumatların
saxlanması probleminin ənənəvi həllidir.
Şəkil 8.1. Yaddaşın struktur sxemi
Registrlə
r
Keş-yaddaş
Əsas yaddaş
Maqnit diski
Maqnit lentləri
Optik disk
Ən yuxarı hissədə prosessor registrləri yerləşir. Registrlərə giriş daha sürətlə
həyata keçirilir. Bundan sonra həcmi 32KBt-dan bir
neçə MBt-a qədər olan keş-
yaddaş gəlir. Sonra əsas yaddaş, maqnit diskləri və nəhayət, arxivləşdirilmiş
informasiyanı saxlamaq üçün istifadə olunan maqnit
lentləri və optik disklər
yerləşir.
Şəkildəki struktur üzrə yuxarıdan aşağıya doğru irəlilədikcə üç parametr
artır. Birincisi - giriş vaxtları artır; ikincisi – yaddaşın həcmi artır; üçüncüsü –
bitlərin sayı artır.