8. Kompüterin xarici (köməkçi) yaddaş qurğuları



Yüklə 295,25 Kb.
Pdf görüntüsü
səhifə2/5
tarix20.12.2022
ölçüsü295,25 Kb.
#76563
1   2   3   4   5
8. Komp. xarici yaddaş qurğuları.

8.2. Maqnit diskləri 
Maqnit disklər- hər iki tərəfdən maqnetik həssas materialdan ibarət nazik 
səthlə örtülmüş disklərdir. Diskin informasiyaların tətbiq olunduğu səthi işçi səth 
adlanır. 
Strukturuna görə maqnit disklər iki növdür: 
- Sərt (HDD Hard Disk Drive) ; 
- Elastik (floppy disk). 
Sərt maqnit disklər- sərt, lakin yüngül metal ərintisindən hazırlanır. Sərt 
disklərdə kompüterin xarici yaddaşı icra olunur. O, vinçester adlanan cihazla 
təmsil olunur. Vinçester (ing. Winchester) kompüterin sistem blokunda yerləşir 
və ümumi ox üzərində bərkidilmiş bir neçə sərt maqnit disklərdən ibarətdir. Bütün 
bu konstruksiya korpusda yerləşdirilir. 
İnformasiya maqnit disklərdə cığır adlanan konsentrik dairələr boyunca 
yerləşdirilir. Hər bir cığır sektor adlanan müəyyən sayda sahələrə ayrılır. Sektor 
minimal sayda mövcud informasiyanı saxlayır. Sektorda yerləşdirilən 
məlumatların həcmi 512 baytdır. Ardıcıl yerləşmiş bir və ya bir neçə sektor klaster 
(çoxluq və ya yığım) əmələ gətirir. Klaster, diskə yazılan və ya diskdən oxuna 
bilən ən kiçik informasiya vahididir. Şəkil 8.2-də diskdə cığır və sektorların təsviri 
verilmişdir.
Şəkil 8.2. Diskdə cığır və sektorlar 


Diskdə informasiya fayl şəklində saxlanılır. Fayl - adı olan və informasiya 
daşıyıcısında yerləşən hər hansı bir məlumatdır. 
Şəkillər, musiqi, videolar, mətn sənədləri, yaradılmış və ya yüklənmiş hər 
hansı material daxil olmaqla məlumatları saxlamaq üçün istifadə olunur. Bundan 
əlavə, əməliyyat sistemi və proqram təminatı üçün faylları da saxlamaq 
mümkündür. 
İlk sərt disklərdə bir neçə onlarla MBayt-a qədər yer var idi. Daim inkişaf 
edən texnologiya müasir HDD-lərə terabaytlarla məlumat saxlamağa imkan verir. 
Bu, təxminən 400 orta metrajlı film, mp3 formatında 80.000 mahnı və s. deməkdir. 

Yüklə 295,25 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin