8. Kompüterin xarici (köməkçi) yaddaş qurğuları



Yüklə 295,25 Kb.
Pdf görüntüsü
səhifə5/5
tarix20.12.2022
ölçüsü295,25 Kb.
#76563
1   2   3   4   5
8. Komp. xarici yaddaş qurğuları.

8.4. Fləş-yaddaş 
Fləş-yaddaş 
— enerji kəsildiyində belə, məlumatları saxlaya bilən və silinib 
yenidən yazıla bilən yaddaş növüdür.
Fləş-yaddaş kompüterin sərt disklərindən
disketlərdən, optik disklərdən (yazma-oxuma sürəti, yaddaşın tutumu) prinsipial 
fərqlənir. Fləş kartın yaddaşının həcmi 32 Qbayt təşkil edir. Fləş yaddaşların 
quruluşu mexaniki deyildir. Yəni içərisində hərəkət edən bir hissə yoxdur. Bu 
xüsusiyyətinə görə bu cür yaddaşlar “solid-state”, yəni “hərəkətsiz” olaraq 
adlandırılırlar.
Hazırda fləş-kartlar mənfi 30-dan müsbət 80 dərəcəyədək istiliyə tab gətirir. 
Fləş-kartın tərkibindəki informasiyaya qeyri-məhdud sayda baxmaq olar, lakin 
yalnız 1 milyon dəfə yenidən yazma əməliyyatı aparmaq mümkündür.
Fləş-yaddaşın əsas parametrləri aşağıdakılardır: 
- yaddaşın tutumu (bir neçə Qbayt-larla ölçülür); 
- az enerji tələbatı; 
- verilənlərin oxuma sürəti.
Bütün fləş qurğular kompüterə və ya digər rəqəmsal qurğulara USB port 
vasitəsilə birləşdirilir. Adətən yazma sürəti 10MBt/san, oxuma sürəti isə 
15MBt/san. təşkil edir. 
Şəkil 8.4-də fləş-yaddaş təsvir edilmişdir. Burada 1- USB giriş, 2- 
mikrokontroller, 3- mikrosxem, fləş-yaddaşdır. 


Fləş yaddaş 
Şəkil 8.4. Fləş-yaddaş. 
Flash tipli saxlama cihazlarına aşağıdakılar daxildir: 
USB flash. Bu, ən sadə və ucuz saxlama vasitəsidir. Çoxsaylı təkrar 
yazmalar, məlumatların saxlanması və ötürülməsi üçün istifadə olunur. 
Ölçülər 2 GB ilə 1 TB arasında dəyişir. Plastik və ya alüminium korpusda 
yaddaş mikrosxemi olan USB konnektorlu yaddaşdır. 
Yaddaş kartları. Telefonlarda, planşetlərdə, rəqəmsal kameralarda və digər 
elektron cihazlarda məlumat saxlamaq üçün nəzərdə tutulmuşdur. Onlar 
ölçüsü, uyğunluğu və həcmi ilə fərqlənirlər. 
SSD. Enerjidən asılı olmayan yaddaşa malik bərk informasiya daşıyıcısıdır. 
Bu standart sərt diskə alternativdir. Ancaq sərt disklərdən fərqli olaraq, SSD 
-lərin hərəkət edən maqnit başlığı yoxdur. Bunun sayəsində onlar 
məlumatlara sürətli çıxışı təmin edir, HDD kimi cızıltı səslər yaymırlar. 
Çatışmayan cəhəti – baha olmasıdır 8. 

Yüklə 295,25 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin