8. Kompüterin xarici (köməkçi) yaddaş qurğuları



Yüklə 295,25 Kb.
Pdf görüntüsü
səhifə3/5
tarix20.12.2022
ölçüsü295,25 Kb.
#76563
1   2   3   4   5
8. Komp. xarici yaddaş qurğuları.

 
Elastik (floppy) disklər. İnformasiya daşıyıcısı kimi disket adlanan elastik 
maqnit disklər HDD-yə alternativ olaraq 1967-ci ildə IBM tərəfindən 
yaradılmışdı. 
Disketlər, plastik materialdan hazırlanır və diametri 89 mm idi. Elastik 
(Floppy) disklər sərt disklərdən daha ucuz idi və elektron məlumatların saxlanması 
üçün nəzərdə tutulmuşdu.
İlk kompüterlərdə CD-ROM və ya USB yox idi. Floppy 
disklər yeni proqramı və ya ehtiyat surətini quraşdırmağın yeganə yolu idi. 
Bu disketlərdə maksimum məlumat həcmi 1,44 MB təşkil edirdi.
2.88 MB 
həcmli disket yalnız 1987-ci ildə çıxdı. Bu elektron informasiya daşıyıcısı 2011-ci 
ilə qədər mövcud oldu. Müasir kompüterlərdə disketlər üçün disket sürücüsü 
(diskovod) yoxdur 8. 
 
8.3. Optik disklər 
Son illərdə maqnit disklərlə yanaşı olaraq optik disklərdən də istifadə edilir. 
Optik disklər əvvəlcə televiziya proqramlarının yazılması üçün istifadə olunurdu
lakin sonradan kompüter texnologiyalarında məlumatların saxlanılması vasitəsi 
kimi istifadə olunmağa başlandı (şəkil 8.3). 


Optik disk 
DVD daşıyıcısı 
DVD daşıyıcısının daxili quruluşu 
Şəkil 8.3. Optik disk, DVD daşıyıcısı 
Optik disk (ing. 
optical disc
) – informasiyanın oxunması optik (lazer) 
şüalanmanın köməyi ilə yerinə yetirilən, disk şəkilində hazırlanmış informasiya 
daşıyıcısıdır. 
Disk müstəvi formada, polikarbonatdan hazırlanır və üzərinə informasiyanın 
saxlanmasına xidmət edən xüsusi qat çəkilir. İnformasiyanı oxumaq üçün 
ümumiyyətlə lazer şüasından istifadə olunur ki, bu da xüsusi qata yönəldilir və 
ondan əks olunur. Əks olunmada, şüa xüsusi qatdakı ən kiçik cığırlar tərəfindən 
modulyasiya olunur. Bu dəyişikliklərin dekodlaşdırılmasına əsasən diskə yazılmış 
informasiya oxunma qurğusu tərəfindən bərpa edilir. 
İnformasiya daşıyıcısı kimi 

Yüklə 295,25 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin