18
“Minlərlə can qurban oldu,
Sinən hərbə meydan oldu”
Bu misralarda fikir çox düzgün verilib, ona görə ki, minlərlə can qur-
ban olmasaydı, heç vətənin sinəsi də hərbə meydan olmazdı. Yağılar
asanlıqla gəlib bu torpağa qonardılar və Azərbaycan adında bu vətən dünya
insanının yaddaşında qalmazdı. Qaldı mətndə işlədilən ərəb dilindən gələn
“müştaq” sözünə, o da arzulayan, həsrət çəkən mənasını daşıyır və əksər
yaşlılarımızın dilində bu söz hələ bu günə qədər də işlənir. Mətndə “Cümlə
gənclər müştaqdır” deyilir, siz də deyirsiz “Cümlə millət müştaqdır”,
biz hamımız bilirik ki, azadlıq uğrunda savaş da, işğala qarşı vuruş da,
döyüş də, yarış da bu kimi tutumlu qələbələr, gəlin etiraf edək ki, gəncliklə
bağlıdır, çünki insanın 40 yaşından sonra yavaş-yavaş fiziki enmə dövrü
başlayır. Müəllif bu mənada gəncliyə ruhverici amalı üstün tutaraq bu
misranı işlədib və nəticə də çox tutarlı alınıb. Siz misranı “Hüququndan
keçən əsgər” əvəzinə “Öz başından keçən əsgər” kimi yazırsız. Əvvəla, biz
orta əsrlərdə yaşamırıq ki, ölkənin himninin mətnində başdan keçməkdən
danışılsın. Əsgər başından keçməməlidir, başını işlətməlidir. Siz görürsüz
ki, baş işlədən millətlər hansı uğurlar qazanıb, hansı mərtəbələrə çatıblar.
Dahi Üzeyir bəy Hacıbəyovun musiqisilə vəhdət təşkil edən, böyük
Əhməd Cavadın ilhamından doğmuş o şeir parçası bilsəniz necə ruha qi-
dadır! Deyilənə görə Üzeyir Hacıbəyov xəstəliklə əlaqədar dünyasını
dəyişsə də repressiya qurbanı idi, çünki ona istəməyə-istəməyə bolşevik
himni yazdırdılar. Türkiyənin ikinci himni kimi səslənən, musiqisi dahi
Üzeyir Hacıbəyova, sözləri böyük Əhməd Cavada məxsus olan “Çırpınırdı
Qara dəniz, baxıb türkün bayrağına “şərqisi, yəqin ki, heç zaman türklər
tərəfindən müzakirə məngənəsində boğulmayıb. Dahi əsərlər müəllifi
Üzeyir bəy Hacıbəyov çox güman ki, bu himnin mətninin Əhməd Cavada
məxsus olduğunu dəqiq bilirdi. Bu hər iki istedadlı müəllifin işinə şübhə ilə
yanaşmaqdan savayı bir şey deyil.
Bəxti qara, sinəsi para, əyalı darmadağın Əhməd Cavad, sənin nə ağrılı
taleyin varmış?! Sən hələ bu dünyada sağ olmayanda da repressiya atəşinə
tuş olursan. İstiqlal da qazandıq, hələ də sənə qarşı hücumlar səngimək
bilmir… Himn sözlərini dəyişmək eşqinə düşüb yeni mətn yazmağa
cəhd edənlərimizə bir Azərbaycan qadını kimi demək istəyirəm: “Siz
Allah, gedin istedadınızı ədəbiyyatımızın müxtəlif sahələrində sınayın”.
19
Bizim himnimiz var, biz onun sözlərini də, musiqisini də sevirik. Himnin
sözlərinə əl gəzdirmək İstiqlal mücahidlərimizin ruhuna hörmətsizlikdir,
çünki bu himn, herb və bayraq istiqlalının şirinliyini az müddətə dadmış,
sağlıqlarında əzab və əziyyətlərə düçar olmuş insanlarımızın ağrılı ruhlarını
bir daha incitmək deməkdir.
Hörmətli müəllif, siz böyük bəstəkarımız Cavanşir Quliyevin yazdığı və
hamımızın sevimlisi olan məşhur “Azərbaycan əsgəri” marşının sözlərinin
zəifliyindən məqalənizdə bəhs edirsiniz. Biz sonuncu erməni işğalına qarşı
xalqımızın haqq savaşında bu marşın necə insanlarımızın canında, ruhun-
da kök saldığının şahidi olduq. Mən “Məcməüş-şüəra” (“Şairlər məclisi”)
və “Füzuli” ədəbi məclislərinə üzv idim. Məclislərin birində mətni yazan
müəllifin üstünə düşdülər ki, bəs mətn zəifdir, əgər bu mətnin sözləri və
musiqisi millətin canına və qanına hopubsa, deyin hansı zəiflikdən söhbət
gedə bilər? Bizim qədimdən bir adətimiz var, hər hansı bir sahədə fərqlənən
insanda uğurlu işartı gördükdə
tez düşürük onun üstünə, çalışırıq ona özü-
müz bildiyimiz və qavradığımız kimi diktə etməyə…
Vətən insanının bu saat ümdə problemi işğal altında olan torpaqlarımızın
xilasıdır. Əgər bu xilasa nail olmasaq, bizim qazandığımız uğurlara köl-
gə salacaq, çünki dünya məğlubu sevmir, məğlub bütün zamanlarda ca-
hanın hiddət məngənəsində boğulub. Bunu isə uşaqlı-böyüklü hamımız
etməliyik: sözlə, dünyaya baxan açıq gözlə, ruhu ehtişama gətirən vərdişlə,
aləmi heyrətdə qoyan gedişlə, ən nəhayət, qəvi-düşməni qandıra bilməsək
ərzi titrədən döyüşlə, qələbəyə qədər vuruşla! Onda Xankəndinə, Şuşaya
sancılacaq bayrağımızla şad olarıq, dünyanın yaddaşında qalib tək qalarıq.
Qalibi isə hamı sevir!
Sonda hörmətli müəllifə bildirmək istəyirəm ki, əgər ərəb və fars söz-
lərinin bolluğundan qurtulmaq istəyirsə, onda birinci öz adından, soy adın-
dan, soy adının sonunda işlədilən rus dilindən gəlmə “ov” şəkilçisindən,
təxəllüsündən azad olmalıdır. Qoy hörmətli müəllif rus dilindən dilimizə
daxil olub dilimizi cinslərə bölən, dilimizin özünəməxsus xüsusiyyətlərinə
kölgə salan, qadın cinsini kişi cinsindən ayıran və soy adının sonuna əlavə
olunan mənfur “ov, yev, ova, yeva” şəkilçiləri haqqında düşünsün. Beləliklə,
dilimizdə cinsi bildirən müəllimə, şairə, xadimə bu kimi ifadələrin dərdinə
çarə edilməsinə yardımçı olsun, çünki bizim dildə cinslər yoxdur, sözlər
cinslərə bölünməməlidir.
20
Əmirşah müəllim, bayrağımızın, herbimizin, himnimizin 90 illik tarixi
var. Gəlin həm şərəfli, həm də şərəfli olduğu qədər də ağrılı tariximizin
daşıyıcısı, bu üç atributdan biri olan himnimizin sözlərinin nəinki sətrinə,
hətta vergülünə, nöqtəsinə belə toxunmayaq.
Bunu nə Allah götürər, nə də
istiqlal tariximizin banilərinin incik ruhları.
19.07.2008
Dostları ilə paylaş: