27
SÖZÜM HAQQI – DÖZÜM HAQQI
Deyirlər ki, Allah öz bəndələrini xəlq etməmişdən çox-çox əvvəl SÖZÜ
yaratdı, insanları digər canlılardan fərqləndirib ali varlıq kimi dünya-
ya bəxş etdi. Söz, can cismi tapana qədər ağrılardan, sonu görünməyən
əzablardan keçdi, çünki sözün özünün də canı var idi və bu can sonra-
lar insan canı ilə qovuşdu, onunla əbədi yolun yolçuna döndü… Əslində
sözün həyatı əbədidir. Bu həyat sözün bir bədəndən digərinə keçməsiylə
öz davamını tapır, çünki sudan, qandan və ətdən ibarət olan bədən təbiətdə
olan canlılar kimi ona ayrılmış müddət bitdiyi məqamlara az qalmış öz
ölçüsünü, çəkisini, görünüşünü dəyişməyə başlayır və istər-istəməz bu
dünyanı tərk etməli olur. Deməli, canın tapındığı cisim sıradan çıxır, daha
doğrusu, öz ömrünü başa vurur. Söz isə ruh mərtəbəsində qalır yenidən
hansısa bir bədəndə həyatın davamı üçün… Ruhlar da xeyir və şər ol-
maqla iki yerə bölünür. Necə ki, təbiətdə soyuq-isti, külək, meh, qasırğa,
yağış-gurşad, qar, zəlzələ, vulkan və sair var. Onlar arasında daimi iğtişaş
gedir. Elə bu dünyada da təbiət qüvvələri arasında iğtişaş getdiyi kimi,
insan dediyimiz varlıqda bərqərar olan xeyir-şər arasında mübarizə ge-
dir. Bu mübarizə çox vaxt bütünlüklə dünyanın məhv olmasına aparıb
çıxarır, sanki Allah insanı haqq yolunu azdığına görə doğrudan da ca-
hana günahlardan təmizlənmək üçün göndərib. Sözü də Adəmə şərin və
xeyirin çarpışmasında bir vasitə kimi ərməğan edib. Ruhun təmizliyinə
qovuşmaq istəyənlər, mənəvi dünyanın möcüzəsinə səcdə edənlər Tanrının
ona bəxş etdiyi Təb adlı gözəgörünməz ilahi xilqətin əsirinə çevrilir. Təb
isə sözün bir sevdalı mələyidir. O insanı həm şər tərəfə, həm xeyir tərəfə
çəkə bilər, çünki söz həm şərin, həm də xeyirin əsiri ola bilər. O baxır
insan ağlına, düşüncəsinə, düşdüyü mühitə və onun mənliyinin tutumuna
ki, söz onu hansı tərəfə çəkir… Kaş, söz aşiqi olan insana qələmini xeyirə
çalmaq qismət olaydı! Əgər belə olsaydı cahanda bu qədər zülm, didişmə,
mərəkə, qan-qırğın olmazdı və insanlar da o biri dünyanın cəhənnəm
əzabıyla hədələnməzdilər. Bu dünya gülüstanlıq olardı və bəşər övladı bu
gülüstanlıqda bəxtiyarlıqla ömür sürərdi…
Yalnız sözdən keçir insanın insana məhəbbəti də, nifrəti də, döyüşü də,
yürüşü də, ülfəti də, səadəti də! Bu ali məqamın təmizliyini duyanlar sözü
xeyirlə sevdaladılar, ona tapındılar, ona ehya etdilər, onun haqqa üz tutan
karvanına qoşuldular, zirvələrə doğru getdilər – Nizami kimi, Füzuli kimi,
28
Yunis İmrə kimi, Sədi kimi, Şekspir kimi, dərisi soyulan Nəsimi kimi,
Puşkin kimi… Və bu günümüzə qədər mənəvi dünyanı maddiyyatdan
üstün tutub ömrü boyu onun əsirinə çevrilən, qələmini xeyrə ərməğan edib
ona dəlicəsinə aşiq olanlar Allah sevgisilə cilalanmış kəslərdir. Ölənədək
varını-pulunu sayanlar, ona cani-dildən uyanlarla mənəviyyat insanları
arasında dağla dəniz qədər fərq var. Bəlkə elə ona görə də müqəddəs
kitabımız olan Quranda alimin qələmi uca tutulur. İlhamın insana şeytan
vəsvəsəsindən və ya Allah tərəfindən verilməsi barədə söhbət açılır və şərə
çalınan qələm cəhənnəm əzabı ilə hədələnir.
Əli Rza müəllim, siz sözlə bağlı olduğunuz üçün, ömrü boyu sözə
doğru yol getdiyiniz üçün mən də yazmaq istədiyim bu yazını özümün
bacardığım kimi, ağlımın mənə diktə etdiyi kimi sözə verdiyim təriflə,
qaydayla başladım. Hələ 1991-ci ildə “Ürək niyə ağrıyırsan?” kitabı ilə
ədəbiyyat aləminə qədəm qoyanda bu yolun nə qədər ağrılı, keşməkeşli,
çətin olduğunun şahidi oldum. Öncə kitab çapdan çıxanda sevindim, amma
sonra dərin peşmançılıq hissləri keçirdim, hətta bu peşmançılıq hisslərinin
sarsıntıya bənzəri var idi. O zaman hələ yazar qadınlarımızın sayı çox
deyildi, çünki qadının sənətdə və xüsusən ədəbiyyatda olması olduqca
çətin bir işdir, məhz həyatın hər sahəsində üstünlük kişilərin əlində olduğu
üçün, onlar qadınları zəif və zərif məxluq hesab etdiklərinə görə onların
istedadına da özlərinin düşündükləri prizmadan baxırlar. Yəni qadının
yazdığı da özü kimi zəif və zərifdir.
Amma evin, ailənin bütün çətinliklərini öz çiyinlərində daşıyan qadına da
Allah ilham verib və onu heç də kişilərdən aşağıda tutmayıb. Sadəcə olaraq,
qadın dövrün, zamanın keşməkeşlərinə dözə-dözə ilhamını ona qadağan
eləyənlərə qarşı əsrlərlə mərdliklə mübarizə aparıb. Bu mübarizədən gah
məğlub, gah qalib çıxıb, amma əfsus ki, onun qalib zamanları az olub,
çünki dünyada hökmran kişilərdir, onlar da özləri bildikləri kimi qadınlarla
rəftar edib və edir. Şükürlər olsun ki, həmin yasaqlar yaşadığımız dövrdə
az təsadüf olunur və yaxud yox dərəcəsindədir. Mən bununla kişiləri itti-
ham etmək fikrində deyiləm, sadəcə, olaraq diqqətinizə yetirmək istəyirəm
ki, kişi yazarlardan fərqli olaraq qadın yazarların həyatı bu yolda çox
ağır və üzücüdür. Elə ona görə də ilk kitabım mənə həm sonsuz dərəcədə
sevinc, həm də kədər hissləri yaşatdı… Həyatım boyu üç dəfə şeirlərimdən
ocaq çatmışam. Birinci orta məktəbi, ikinci universiteti bitirdikdən sonra,
üçüncü isə birinci kitabım çapdan çıxandan sonra… Düz doqquz il kitab
29
çap etmədim, çünki birinci kitab “Azərbaycan” nəşriyyatının keçmiş
direktoru rəhmətlik Əjdər Xanbabayevin, ilk kitabımın çapına rəy verən
hörmətli şairimiz Sabir Rüstəmxanlının, redaktorluq edən hörmətli şai ri miz
İlyas Tapdığın insani qayğıları olmasaydı kitabın çapı müşkül mə sələydi,
çünki sovet quruluşu dağılmamışdı və kitab çapı ağrılı bir iş idi. Mən Əjdər
müəllimə, qəbrin nurla dolsun deyirəm, İlyas bəylə Sabir bəyə isə cansağlığı
və yaradıcılıq uğurları arzulayıram və öz dərin salamlarımı yetirirəm.
Ailə həyatı qurduqdan sonra elmə, biliyə, mənəviyyata sonsuz hörmət-
lərlə yanaşan həyat yoldaşımın cidd-cəhdləri ilə 2000-ci ildə ikinci kitab
işıq üzü gördü. Mən Neft Daşlarında işləyirdim, tamam başqa peşədə,
geofizikada mühəndis kimi çalışırdım. Amma orda mənim könül hücrəm
vardı. Bu hücrə Neft Daşları idi. Düz 22 il bu hücrədə həyatımın acılı-
şirinli günlərini yaşadım. Tam özümə qapandım, Allahımla üz-üzə, göz-
gözə qaldım. Çünki orda dəmir dirəklər və o dirəklərin üstündə balaca tax-
ta evciyimiz var idi. Mən dənizin fırtınalarıyla üz-üzə, göz-gözə idim. Mən
orda işləyə-işləyə dörd kitabım dünyaya göz açdı. 2007-ci ilin axırlarında
gözəl şairimiz, “Məhsəti Şairlər Məclisi”nin sədri Fəridə xanım Ləman
evimizə telefon açdı və mən bu xeyirxah və cəfakeş söz adamıyla tanış old-
um, o dedi ki, sənin iri həcmli kitabların çıxıb, niyə təqdimat keçirmirsən?
Gedək “Kredo” qəzetinə orda sənə təqdimat keçirək. Doğrusu, qəzetin adı
mənə xoş təsir bağışlamadı. Öz-özümə dedim niyə “Kredo”? Öz sözlərimiz
tapılmırdı məgər? Fəridə xanım başladı qəzeti can-dildən tərifləməyə.
Dedi: “Çox güclü qəzetdi, maraqlı ədəbi-elmi məqalələr, bədii əsərlər,
şeirlər nə istəyirsən var o qəzetdə. Əvvəllər lap çox yaxşıydı, indi maliyyə
cəhətdən çətinlik çəkir. Nə əcəb sənin o qəzetdən xəbərin yoxdur?” Dedim,
mənim köşklərdə satılan qəzetlərdən xəbərim var, yəqin satışda yoxdur
ona görə xəbərsizəm. Beləliklə, Fəridə xanım məni “Kredo”ya gətirdi və
mənim sizin qəzetlə tanışlığım belə başladı.
İlk dəfə 2008-ci ilin yanvarında qəzeti götürüb evə gətirdim. Məndən
qabaq onu həyat yoldaşım vərəqlədi, qəzet çox xoşuna gəldi və başladı
qəzeti tərifləməyə. Dedi: “Götür oxu, çox maraqlıdır”. (Yoldaşım ixtisas-
ca geofizik olsa da ədəbiyyata, tarixə, bütünlükdə dövrü mətbuata hədsiz
maraq göstərən və mütaliə edən insandır, evimizdə rus və Azərbaycan
dillərində zəngin kitabxana var). Mən qəzetin səhifələrinə göz gəzdirib
bir-iki məqalə oxuyandan sonra, doğrusu, heyrətimi gizlədə bilmədim.
Burda gedən yazıların tutumu, müxtəlif müəlliflərin yaradıcılığının
30
işıqlandırılması ön planda diqqəti çəkirdi. Zəngin ədəbiyyat mətbəxli
“Kredo” həm həyat yoldaşımın, həm də mənim nəzərimizi özünə cəlb etdi.
Mən sizə tanışlıq üçün kitablarımı hədiyyə etdim. Artıq kitablara təqdimat
keçirmək məsələsi arxa plana keçdi. Siz bizə telefon açdız, mənim
kitablarımdan xoş sözlər dediz və bu kitablar barədə yazmaq istəyinizi
mənə bildirdiz. Bilirsiz, mənim üçün həmin gün xoşbəxt günlərimdən
biri idi! Çünki bundan yaxşı təqdimat ola bilməzdi. Əslində kitablarıma
təqdimat keçirməyə həmişə utanmışam. Yaşlı yazarlarımızı gözümün
önünə gətirib fikirləşmişəm ki, mənim təqdimat keçirməyim hələ tezdir. 53
yaşım var, günü bu gün də təqdimat keçirməyə çəkinirəm. Bu illər ərzində
mənim 400, 560, 740 səhifəlik kitablarım çıxmışdı. Və bu kitabları əsasən
kitabxanalara, Elmlər Akademiyasına ərməğan etmişdim və heç kəsdən də
belə təklif almamışdım. Düzdür, müxtəlif vaxtlarda AEA-nın müxbir üzvü
Azad Nəbiyev, alim xanımımız Almaz Ülvi və gözəl insan, şair xanımımız
Şövkət İmami çapdan çıxmış kitablarıma ön sözlər yazıblar, Şövkət xanım
istisna olmaqla mən bu insanları şəxsən tanımamışam. Hər birinə öz salam və
ehtiramımı yetirirəm.
Əli Rza müəllim, mən sizin qələminizin rübabından qaynaqlanan ki-
tablarınızla tanış oldum. Sizin “Həsrət körpüsü” şeirlər kitabınız, şəhidlik
zirvəsinə qovuşmuş nakam əsgərimiz Fuadın həyat və yaradıcılığından
bəhs edən “Arzulara dəyən güllə”, “Başdaşımın yazıları”, bu yaxınlarda
çapdan çıxmış “Meyar” və adlarını sadalamadığım digər publisistik kitab-
larınız zəngin yaradıcılığınızdan xəbər verir. Siz “Meyar” kitabınızda
neçə-neçə insanların həyat və yaradıcılığı ilə ülfət qurub onların könül
dünyasından qaynaqlanan əsərlərinə ədəbi səyahət etmisiz. Bu səyahətdən
aldığınız təəssüratsa zəngin söz xəzinəsilə doludur.
Siz 2008-ci il aprel ayının 5-dən “Adı Şadiman olanın…” publisist
əsərinizi yazmağa başladınız. Mən bu yazıyla əlaqədar hər həftə “Kredo”
qəzetinə baş çəkməli oldum. Hər dəfə sizin kompüterin qabağında daya-
nıb sinədən, müxtəlif söz adamlarının haqqında dediyiniz yazıları əyani
şəkildə eşitmək və görmək şərəfinə nail oldum. Duydum ki, sizin iç dünya-
nızda bir vulkan var, bu söz vulkanıdır, aramsız şəkildə püskürür. Sizin
“Adı Şadiman olanın…” yazınız artıq 256 səhifəlik kitab şəkilində bu
yaxınlarda işıq üzü gördü. Bu on ay ərzində yazıyla bağlı bizim maraqlı
mülahizələrimiz, deyişmələrimiz olub. Bu yazıda etiraf edirəm ki, mənim
razı qalmadığım məqamlarla da üz-üzə gəlmisiniz. Lakin təmkininiz, dözü-
31
münüz və mənim yaradıcılığıma verdiyiniz qiymət hissi sizi bu yoldan
sapındırmadı, siz axıra qədər bu publisistik əsərin kitab şəklində işıq üzü
görməsinə nail olduz. Bu sizin ədəbiyyat aləmində çəkdiyiniz cəfalardan
xəbər verir. Sizi maraqlandırmır yazarın titulları var, ya yox? Sizi həqiqi
sənət və onun keşməkeşli taleyi maraqlandırır. Bu keşməkeşli taleyə işıq
tutur sizin qələminiz. Allah sizin təbinizdən doğan sözünüzü və özünüzü
nəzər diqqətində saxlasın. Amin!
Bayaq qeyd etdim ki, mənim “Adı Şadiman olanın…” əsərinizlə bağ-
lı razı qalmadığım məqamlar olub. Bir narazılığım şerə hərdənbir əl gəz-
dirməyinizdir. Mənə elə gəlir ki, hansı şerə əl gəzdirilirsə, o şeir cərrahiyyə
əməliyyatına tuş gəlmiş xəstəyə bənzəyir. Axı gəlin etiraf edək, bəzən
həkimlərin səhvi ucbatından səhvən də əməliyyat aparılır. Məhz mən şerə
edilən düzəlişi xəstəyə edilən səhv cərrahiyyə əməliyyatına bənzədirəm.
Fikrimcə, heç bir bədii yazıya düzəliş etmək düzgün deyil. O həm yazarın
ruhunu qırır, həm də həmin yazını şikəst edir.
Şeir ayrı-ayrı təblərdən süzülüb gəlir, hər müəllifin ruhuna, ağlına,
ürəyinə köklənir. Məsələn,
Mənim “Tağayım” poemasında bəndlərin birində belədir:
Dostları ilə paylaş: |