Söz köNLÜMÜ QƏLƏm etdi (publiSİSTİk düŞÜNCƏLƏR)


RAMİLİN HƏBSİ VƏ QAYIDIŞI



Yüklə 1,12 Mb.
Pdf görüntüsü
səhifə57/99
tarix26.12.2016
ölçüsü1,12 Mb.
#3432
1   ...   53   54   55   56   57   58   59   60   ...   99
RAMİLİN HƏBSİ VƏ QAYIDIŞI
Ramil Səfərov zabitdir, ölkəmizi NATO-nun apardığı hərbi təlimlərdə 
təmsil  edirdi.  O,  hərbçi  olmaq  üçün  bayrağımıza  and  içib,  bu  andın 
məsuliyyətini kişilərimiz, yəqin ki, biz qadınlardan daha artıq dərk edir. 
Düşmən öz iç üzünü yad ölkədə də göstərib, zabitimizin gözləri qarşısında 
bayrağımızı  təhqir  edib  və  onu  bu  qanı  tökməyə  məcbur  edib.  Bəs 
görəsən, Ramil özü hansı bölgəmizdəndir? O, 20 il işğal altında inləyən 
Cəbrayıldandır.  Onun  yaşadığı  yurd  işğal  altındadır,  o  torpaqda  onun 
əzizləri, yurddaşları qətlə yetirilib, bir çoxları erməni əsirliyində çürüyür. 
Düşmən  zabiti  özünü  qalib  hesab  edir,  məğlub  ölkənin  zabitinin  gözü 
qarşısında onun bayrağını təhqir edir, bəlkə o məqamda Ramil sussaydı, 


183
o  anı  düşmən  tərəf  çəkib  internetdə  yayımlasaydı,  yağı  dəyirmanına  su 
tökən  “demokrat”  yazarlarımız  onda  görən  nələri  söyləyərdi?!  Onun 
düşdüyü bu durumdan anası dərdə batdı, balasının başına gələn müsibətə 
dözməyib  dünyasını  dəyişdi,  artıq  zabitimiz  həbsdən  azad  olub.  Ölkə 
başçısı səviyyəsində onun çəkdiyi doqquzillik əzablarına son qoyulub, bu 
bizim ermənilərin üstündə psixoloji qələbəmizdir. Haylar bizi bu gün terrorla 
hədələsələr də, özləri ağır vəziyyətdədirlər. Quzey Azərbaycan inkişafdadır, 
onun  ordusu,  silah-sursatı  var.  Bu  Vətən,  kim  nə  söyləyir  söyləsin,  20  il 
qabaqkı deyil, onun inkişafını dünya birlikləri etiraf edir. Biz Ramil Səfərovun 
azadlığa çıxması ilə düşmən üzərində qələbənin birinci addımını çox uğurla 
atdıq. Sakit, səssiz və dünyanı təəccübləndirən bir KİŞİLİKLƏ!!!
Ramil Səfərovun atdığı addım bizim dilimizi bağlayan dünya birliklərinə 
sərt mesaj idi. Biz varıq, bizim haqqımızı nə qədər tapdalasanız da, biz 
özümüzə gəlib tökülən qanların əvəzini yağıdan çıxacağıq. Dünya məğlubu 
sevmir, aciz millətlər, aciz xalqlar, aciz dövlətlər, ancaq canını və qarnını 
qoruyan xalqlar gec-tez yer üzündən əriyib gedir. Bizi də 200 ildi əritmək 
istədilər, amma bacarmadılar. Biz qırıla-qırıla, soyqırımlarına məruz qala-
qala yenidən dikəldik, varlığımızı bizi tanımaq istəməyənlərə bəyan etdik. 
Vətənsevərlərin gözündə Ramil Səfərov Azərbaycanın Milli Qəhrəmanıdır. 
Varlığımızı dünyaya bəyan edən, haqsızlıqlara, imansızlıqlara yox deyən 
başıbəlalı Vətənin Qəhrəmanı! 
  

Yüklə 1,12 Mb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   99




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin