Söz köNLÜMÜ QƏLƏm etdi (publiSİSTİk düŞÜNCƏLƏR)


“AZƏRBAYCAN ŞEİR ANTOLOGİYASI”NA



Yüklə 1,12 Mb.
Pdf görüntüsü
səhifə73/99
tarix26.12.2016
ölçüsü1,12 Mb.
#3432
1   ...   69   70   71   72   73   74   75   76   ...   99
221
“AZƏRBAYCAN ŞEİR ANTOLOGİYASI”NA 
TƏBRİKLƏRİM
Bir neçə gün bundan öncənin sözüdür. “Lit.parad” və “Dayaq” ədəbi 
saytlarından  yaradıcılığına  bələd  olduğum  və  bu  saytların  nizam layı-
cılarından olan İbrahim Seldən elektron poçtuma məktub gəldi. Məktubda 
yenicə işıq üzü görmüş “Azərbaycan şeir antologiyası”nın xoş xəbəri idi. 
Diləkçədə  mənim  də  iki  şerimin  yayınlanması  haqqında  müjdə  verirdi. 
Yeni çıxan kitabın metronun “Elmlər Akademiyası” stansiyasının girişində 
satışı  haqqında  məlumat  da  öz  yerini  almışdı.  Bu  həftənin  birinci  günü 
həmin kitabı deyilən yerdən aldım və kitabsevərlərə, həmçinin həmkarlara 
da bu kitabı əldə etmələrini tövsiyə edərdim.
Məlum  məsələdir  ki,  hər  kitabın  doğuluşu  mənəviyyatımıza  çıraq 
tut
 
maqdır,  kitab  rəflərimizin  yeni  kitablarla  bəzənməsi,  zənginləşməsi, 
ədəbiyyatımızın  çiçəklənməsi  deməkdir.  Biz  o  qədər  də  kitaba  maraq, 
sevgi göstərən, kitab dolabçalarını, rəflərini evimizin bəzəkli əşyalarından 
üstün tutan millətlərdən deyilik. Bizlər evimizə bahalı nə varsa cibimizdəki 
paranın  miqdarından  asılı  olmayaraq  doldurmağı  xoşlayarıq,  əynimizi, 
qarnımızı  bəzəyərik,  bütün  bunlar  bizim  fiziki  yaşamımıza  köklənib, 
amma  millət  olaraq  nədənsə  mənəviyyatı  zənginləşdirən  kitabdan  uzaq 
düş müşük. Axır zamanlar bu öz çılpaqlığıyla özünü büruzə verməkdədir. 
Sovet  dönəmində  az  da  olsa  kitab  oxuyanlara,  evində  kitab  dolabçaları 
saxlayanlara  rast  gəlmək  mümkün  idi.  Bu  gün  kitaba  soyuqluq  həm 
onu  yazanların,  həm  də  oxucuların  arasında  küləklər  təki  əsməkdədir. 
Biz  yazarları  niyə  nəzərdə  tuturuq,  ona  görə  ki,  yazanlar  da  bir-birinin 
kitabını oxumur. Oxumaq, həm oxucu kütləsinə, həm də yazarların özünə 
lazımdır. Vəziyyətin bu şəkil almasında geniş tamaşaçı yığnağının nəzər-
nöqtəsi  olan  televiziya  kanallarının  da  günahı  danılmazdır.  Səhərdən 
axşamadək, axşamdan səhərədək cadugərlərin, falçıların, aşağı səviyyəli 
ailə dramlarının, səsi olmayan müğənnilərin, reklam mərkəzlərinin bəzək 
məkanına  çevrilən  televiziya  məkanları  insanlarımızın  mənəvi  düşün-
cəsini, həyata baxışını aşağılamaqla məşğuldur. Elə satıcıdan da İbrahim 
Selin  müəllifliyi  və  Rasim  Qaracanın  zəhmətilə  gün  üzünə  çıxmış 
“Azərbaycan  şeir  antologiyası”nı  istəyəndə  o  çox  sevindi  və  elə  həmin 
an da gileylənməyə başladı. Dedi ki, vallah, billah, bu millət kitab oxu-
mur. Az-maz xarici ədəbiyyata maraq var, öz yazarlarımızı heç oxumur-


222
lar.  Satıcı  səbəbini  bilir,  bilmir,  deyə  bilmərik,  amma  fikrimizcə,  tele-
viziya kanallarına hərdən-birdən yol tapanlar da bir-birini tənqid etmək, 
bir-birlərinə yuxarıdan aşağı baxmaqla məşğuldurlar. Axır zamanlar bədii 
əsərlərin  yaranmamasından,  şerin,  nəsrin  olmamasından  şikayətlənirlər. 
Axı biz bir-birimizin kitabını oxumuruq, əgər oxumuruqsa, hardan bilirik 
ki, nə yazılıb, necə yazılıb?! Dəyərli yazar əhli, gəlin bir-birimizə qayğı ilə, 
sayğı ilə yanaşaq, bir-birinin yazdıqlarına dəyər verək. Yazan çox olanda 
dəyər də artır.
Yenicə  çapdan  çıxmış  “Azərbaycan  şeir  antologiyası”  klassik  müəl-
liflərdən tutmuş çağdaş günümüzün şairlərinin nəzm boğçasından nü mu-
nələr toplusudur. Bu kitabda özünü şair olaraq tanıtmış müəlliflərlə yanaşı, 
imzasıyla  bu  kitabda  tanış  olduğumuz  gənc  yazarlar  da  var.  Onlara  da 
ədəbiyyatın keşməkeşli yollarında uğurlar diləyirik. Şairlik bir peşə deyil, 
o Yaradanın hər bəndəsinə qıymadığı, tək-tük adamların bəxtinə yazdığı il-
ahi mükafatdır. Bu mükafatın çeşməsindən dadanlar şair olurlar. Şairlik ra-
hat həyat demək deyil, şairlik bütün dünyanın ağrı-acılarını göz çeşməsi ilə 
yuyub, ürək odasında ovutmaq deməkdir! Bu heç də şair olana xoşbəxtlik 
demək deyildir…
Kitabın bir önəmli cəhəti də diqqətçəkəndir. Bu da güneyli şair bacı-
qardaşlarımızın  yazdıqları  şeirlərin  də  burda  yer  almasıdır.  Heç  olmasa 
bu kitabda Şimal-Cənub ayrılmamışıq! Kitabın bir əhəmiyyətli tərəfini də 
qeyd etmək istəyirik. Kitab xarici ölkələrdə yaşayan, vətəndən uzaqlarda, 
qürbətlərdə ömür-gün keçirən insanlar üçün nəzərdə tutulub.
Hər bir yazılan kitabı istədiyimiz qədər tənqid edə bilərik, amma biz 
bu kitabı tənqid yox, təbrik edirik, onu araya, ərsəyə gətirən İbrahim Sel 
və Rasim Qaraca ilə bahəm. Dəyərli qələm əhli, ey bizim səsimizi eşidən 
və eşitməyən oxucularımız, sizlər hardasız, bu kitabı almağa və oxumağa 
tələsin. Bilin və agah olun, bu kitabda klassik söz kəhkəşanından tutmuş bu 
günümüzdə yazıb yaradan qələm əhlinin ürək döyüntüləri var. Biz bu kitabı 
aldıq bu döyüntüləri duyduq və dinlədik, mənəvi zövq aldıq. Siz də mənəvi 
zövq almağa tələsin… And olsun qələmə və kağıza bu dünyada mənəvi 
zövqün yerini heç nə vermir. Mənəvi zövqlərin ən ucada olanı KİTABdır! 
Elə isə bu zövqdən sizlər də qidalanın. Xoşca qalın, Vətən əhli…
 09.10.2013



Yüklə 1,12 Mb.

Dostları ilə paylaş:
1   ...   69   70   71   72   73   74   75   76   ...   99




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin