224
Televerilişlərdə millətimizi qaraçı, dilənçi, oğru, vicdansız obrazına
salıblar, ləyaqətli adamlardan verilişlər hazırlamaq əvəzinə şou xatirinə
aşağı səviyyəli adamlar tele məkanlarda cövlan edir. Bu verilişlərə baxan-
dan
sonra fikirləşirsən, ya İlahi, bu bizik!
Axı gəlin etiraf edək ki, insanlar eyni səviyyəli, eyni dünyagörüşlü dey-
il. Çoxumuz da adımız məktəbdən, ali təhsil ocağından keçə-keçə mənən
oralardan heç nə götürməmişik, özümüzə heç nə qazanmamışıq. Bir də
ayılıb görmüşük ömrü yarı etmişik, amma biz hələ də quru yurddayıq, necə
deyərlər,
bir həsirik, bir də məmmədyesir…
Bunun da səbəbini atırıq taleyin, bəxtin, bizi dünyaya gətirən vali-
deynlərin, lap elə Allahın üstünə! Sanki bu teleməkanlar səsinin gücü olma-
yan müğənnilərə, donu bir qarış dizdən yuxarı və bütün günü bizlərə ədəb
dərsi keçənlərə, evinin, ailəsinin hər nə əyər-əksiyi var açıb aləmə faş edən
kəslərə xidmət edir. Bütünlükdə millətin, xalqın, ölkənin, məmləkətin, ən
nəhayət, müqəddəs saydığımız Vətənin taleyini oyun-oyuncağa çevirən bu
kəslərə nə deyəsən?! Bunlar bizə nəyi təbliğ edir? Nəyi bizim canımıza,
qanımıza yeritmək istəyirlər?
Biz axı o kəslərdənik ki, hələ də torpaqlarımız işğal altındadır. Qarabağ
adlı həll olunmayan acımız var. Biz o kəslərdənik ki, bir qarın çörək üçün
öz isti ocağından diyarbədiyar düşmüşük. Güney boyda bir Vətən acısı
yaşayırıq. Rusiya adlı bir ölkədə həmvətənlərimiz təhqirlərə, müsibətlərə
düçar olur, mənlikləri tapdalanır, ləyaqətləri aşağılanır. Dünyanın dörd bir
yerinə yayılmış həmvətənlərimiz ayrılıq adlı ağrıyla həmdərddirlər.
Bizi isə deyəsən qətiyyən bu kimi acılarımız maraqlandırmır. Vəziyyət
elə bir şəkil alıb ki, bir çox ailələrdə ər arvadını, arvad ərini, qonşu
qonşusunu, qohum qohumunu telekanallarla hədələyir və deyir- “Bax
mənim filan istəyimi yerinə yetirməsən, filan telekanala gedib səni biabır
edəcəm…”
Aydın məsələdir ki, ən səviyyəli ailələrdə belə ürəkbulandırıcı, kö-
nülyandırıcı söz-söhbətlər olur, çünki ailə özü də bir dövlətdir. İki evlənən
ayrı-ayrı ailələrdə doğulub tərbiyə alır. Kim desə ki, yox biz iyirmi dörd
saat bir-birimizə can deyib-can eşidirik, bu inanılmaz bir şey olar. Hər bir
ailədə xoşbəxt günlər də, acılı-ağrılı günlər də olur. Ailədə yaşayan cütlük
bir-birinin
mənfi-müsbət cəhətlərini duyur, anlayır
və bir-birlərinə güzəştə
gedirlər, bu birliyi ömürlərinin sonuna qədər qoruyub saxlayırlar. Özünü
digərindən yüksəkdə görən kəs heç vaxt yarısı deyib ailə qurduğu kəslə bir
225
yerdə axıra qədər qala bilməz. Bax belə ailələrin acılarını şouya çevirənlər
başqalarının bədbəxtliyindən qazanc əldə edənlərdir!
Həyatda özünə bir yer tutmayan insanların faciəsini, həyatını şouya
çevirib və onları ssenariləşdirən, bununla özlərini istedadlı telejurnalist
adlandıranlar bilməlidirlər ki, yara ağrıyanda ona duz basmırlar… Sizlər
isə yaraya duz basıb ondan həzz alanlarsız. Bunun bir adı da manyaklıqdır.
Manyak elə tutub adam öldürmür ki, bu kimi mənəviyyatı puç edən işlərin
özü də manyaklığın bir növüdür. Beynini, ağlını, zehnini, şüurunu bu kimi
işlərə sərf edənlər mənəviyyatımıza bağışlanılmaz zərbə vururlar. Əgər bu
kimi, insanı aşağılayan telelayihələrə son qoyulmasa, bizlər çox illər belə
zərbələrin acısını dadacağıq. Kitabdan, bilikdən uzaq düşüb falçı dalınca
qaçacağıq, dinə yox, mövhumata pərəstiş edib onun əsirinə çevriləcəyik.
Müxtəlif sektaların, yalançı peyğəmbərlərin səcdəsində olacağıq. Nə qədər
gec deyil, ey teleməkan əhlini idarə edənlər, hərəkətə keçin, mənəviyyatımızı
aşağılayan, mənliyimizi heçə-puça endirən bu dırnaqarası vətən cəfakeşlərinə
dur deyin! Sonra vallahi, billahi gec olacaq, biz bu biabırçılıqları yığıb-yığışdıra
bilməyəcəyik. Gəlin sözümüzə, özümüzə, görən gözümüzə hörmət qoyaq. Axı
bunları bizə Tanrı bəxş edib. Bəxşişi belə qorumazlar…
Ey Vətən əhli, onu da sizlərin diqqətinə ərz edim ki, bəndəniz, yəni
mən heç kimə öyüd-nəsihət-filan vermək fikrində bulunan deyiləm. Elə içi
mən qarışıq, bizlərin hər birinin çatışmazlıqları var. Mükəmməl Yaradandır
deyirlər.
Yaradan hər birimizin yardımçısı olsun. Sizlərə sağlıq diləyilə yazımı
tamama yetirirəm.
Sağ olun, salamat qalın…
09.11.2013
Dostları ilə paylaş: