Söz köNLÜMÜ QƏLƏm etdi (publiSİSTİk düŞÜNCƏLƏR)


İNSANLIQ VƏ VƏTƏNDAŞLIQ BORCU



Yüklə 1,12 Mb.
Pdf görüntüsü
səhifə78/99
tarix26.12.2016
ölçüsü1,12 Mb.
#3432
1   ...   74   75   76   77   78   79   80   81   ...   99
  25.03.2014
İNSANLIQ VƏ VƏTƏNDAŞLIQ BORCU
İnsan, insan olmaqçün, doğulan gündən borclarla doğulur. Bu borcları 
aşağıdakı kimi oxucuların diqqətinə çatdırmaq olar.
1. Allahı tanımaq.
2. Halalı haramdan ayırmaq.
3.Yaxşını pisdən ayırmaq.
4. Paxıl olmamaq.
5. Ədalətli olmaq.
Bu tələbləri körpə vaxtdan insana əxz etmək üçün, birinci növbədə ailə, 
sonra təlim-tərbiyə ocaqları olan uşaq bağçaları, məktəblər önəm kəsb edir. 
Yəni şəxsiyyətin yetişməsi üçün bu ocaqlar mənəvi dayaqdır, yəni insanın 
insan olması tam mənada onlardan asılıdır. Sovet vaxtının böyük pedaqoqu 
Makarenko demişdi ki, “uşağı beş yaşına qədər tərbiyələndirmək lazımdır. 
Beş yaşından sonra o əks tərbiyə tələb edir”. Mənə elə gəlir ki, bu fikir öz 
dəyərini itirməyib.
Məktəbə  gedəndən  sonra  uşağın  dünya  görüşünü  formalaşdırmaq, 
və təndaşlıq  hisslərini  onun  körpə  qəlbində  alovlandırmaq,  vətənpərvər 
duyğularla bəsləmək əsasən müəllimlərdən asılıdır. Onlar bu əvəzsiz rolun 
daşıyıcılarıdır, bu danılmaz yük onların çiyinlərinə düşür. Tam mənasıyla 


237
desək, müəllimlər məktəblərdə gələcəyimiz üçün dəyərli ana və ata, Vətəni 
qorumaq üçün vətəndaş yetişdirirlər. 
Ölkəmizdə axır vaxtlar xeyli sayda yeni məktəblər tikilib, təzə avadan-
lıqlarla doldurulub, deməli, uşaqların yüksək səviyyəli təhsili üçün imkan-
lar yaradılıb, amma gəlin görək 200 manat maaşla müəllim öz şagirdinə 
obyektiv, yəni səmimi ola bilərmi? Bizim ölkəmizdə dövlət antikorrupsiya 
idarəsi  varsa,  deməli,  korrupsiyanı  inkar  etmək  ən  azı  nadanlıqdır.  200 
manat alan müəllim məktəbdə işləyirsə, ya doğrudan da 200 manata layiq 
müəllimdir,  onun  bəslədiyi  şagirdlər  elə  özünə  oxşar,  ya  da  dolanmağa 
başqa yollar tapar.
Müasir adamı bir şəxs kimi formalaşdırmaq dövrün yazarlarının boy-
nuna bir borc təki düşür. Media insanları arasında belə fikir səsləndirilir və 
bu fikir rəsmi fikir təki qəbul olunur ki, altmışıncılardan sonra Azərbaycan 
torpağında yazıçılar, şairlər olmayıb, nə vardısa keçmişdə qalıb. Bu mövqe 
təəccüb yaradır ki, bəs onlardan sonra gələn nəsil içərisindən çıxan yaradıcı 
şəxslər hardadır? Yazarların sırasında heç vaxt indiki qədər üzv olmayıb. 
Altmışıncıları biz inkar etmirik. Onlar üç şeyi ədəbiyyata gətiriblər:
1. Stalinin mifini yox etməyi, bu da kommunist partiyası siyasi bürosu-
nun sifarişi idi.
2.  Dissidentliyi  ədəbiyyata  gətirməyi,  hansı  ki,  gec-tez  Sovet  İmpe-
riyasının məhvi ilə başa çatıb.
3.  Öz  şəxsi  hisslərini  dövlətin  və  millətin  mənafelərindən  yuxarıda 
tutmaq,  bu  da  ailənin  zəifləməsinə  və  çox  ailələrin  dağılmasına  gətirib 
çıxarıb. Allahsız ölkədə allahsızlıq sovet tərkibində olan xaçpərəst respub-
likalarda  daha  çox  açıq-aşkar  özünü  büruzə  verib.  Hazırda  onlar  demo-
qrafik vəziyyətdən zərər çəkir.
Altmışıncılar  sovet  ölkəsinin  törəməsidirlər.  Onların  əsas  müsbət 
cəhətləri savadlı olmaqları və əksəriyyətinin ana dilini yaxşı bilmələridir.
İndi tamam başqa dövrandır. Yeganə Sovet İmperiyasının əvəzinə on 
beş müstəqil ölkə yaranıb. 163 illik köləliyin əvəzinə azadlıq gəlib və biz 
azad ölkənin layiqli vətəndaşı olmalıyıq ki, azadlığı qoruya bilək. Bunun 
üçün dövlət təzə adamlar bəsləməlidir ki, özünü rus qulu yox, azad insan 
kimi hiss eləsin. Təəssüf ki, bunun üçün də üç nəslin dəyişməsi lazımdır, 
necə  ki  vəba  epidemiyasında  üç  dərəcəli  karantin  yaradılır,  çünki  biz 
hamısı indiki yaşayanlar sovet yoluxucu xəstəliyinə yoluxmuş xəstələrik. 
Bu da ona gətirib çıxarıb ki, respublika içərisində azərbaycanlılardan ibarət 


238
beşinci kolon yaranıb. İndi baxaq cavan şairlərin arasında hansı mahnıların 
sözləri yazılır? O mahnılar bizi azad Azərbaycanı qorumağa apara bilərmi?
Bu  yaxınlarda  telekanalların  birində  gedən  verilişə  baxırdım.  Orada 
cavan  bir  şair  də  var  idi.  Şairin  iddiası  açıq  deyim  ki,  məni  sarsıtdı. 
Onun sözlərini olduğu kimi dəyərli oxucuların nəzər-diqqətinə yetirmək 
istəyirəm. Xülasə, onun dediyi fikir belə idi: «Mənim 28 yaşım var, mən 
şairəm, nə evim, nə də işim var. Dövlət mənə nə verib ki, mən vətəndən 
yazım?!  Sonra  da  seks  barədə  bir  şeir  oxumaq  istədi,  aparıcı  ona  icazə 
vermədiyinə görə, o, studiyanı tərk edib getdi. O, studiyanı ona görə tərk 
etdi ki, onun azad və dərin fikirlərini orda oturanlar qiymətləndirməyə qa-
dir olmadılar. Bu istehlakçı duyğular cavan adamda hardandır? Yəqin ki, 
sovet Azərbaycanından gələn duyğulardı, çünki sovet vaxtında bəzi şairlər 
və yazıçılar dövlət balansında olaraq, ad alaraq soveti, sovet ideologiyasını 
vəsf  eləməklə  çox  yaxşı  öz  istedadlarını  işlədirdilər.  Bu  əməklərinin 
əvəzində  onlar  Bakının  mərkəzində  mənzil,  bağ  evləri,  xüsusi  istirahət 
evində  dincəlmək,  kitablarını  dövlət  hesabına  tirajlarla  çap  etdirmək  və 
sair imtiyazlar qazanırdı. Bu cavan şair unudub ki, bunlar hamısı keçmişdə 
qalıb. Çox vaxt mediada tez-tez rast gəldiyimiz “kapitalist ölkələr” adlı 
bir ifadə səslənir. Bu ifadəni işlədən adam fikirləşməlidir ki, o bu ifadəni 
işlədəndə,  deməli,  kapitalist  ölkələrdən  fərqli  bir  ölkədə  yaşayır.  Onda 
belə sual doğulur, bəs biz hansı quruluşlu ölkədə yaşayırıq? Qabaq sovet 
dövründə  biz  hamımız  bir  nəfər  kimi  inkişaf  etmiş  sosializmi  qurmağa 
çalışırdıq. O sovet quruluşu 1991-ci ildə məhv oldu, indi isə biz ölkəmizdə 
inkişaf etmiş kapitalizmi qurmağa cəhd edirik. Savadlı və ehtiyaclı adam-
lar bunu çoxdan başa düşüb Azərbaycan vətəndaşlığını dəyişdirib inkişaf 
olunmuş kapitalist ölkələrinə üz tutublar. Beləliklə, bir şeyi unutmaq lazım 
deyil ki, kapitalist ölkələrində heç nə pulsuz verilmir, nə mənzil, nə istirahət 
evi, nə də rahat yaşayış. Bütün bunların hamısını qazanmaq lazımdır. 
Gənclər  unutmasınlar  ki,  “pulsuz  yalnız  tələdə  pendirdir”.  İndi  gənc 
qızların arasında pritça yazmaq dəbə düşüb. Onlar bilməlidirlər ki, pritça 
sözünü  rus  dilindən  bizim  dilə  çevirəndə  mənası  hədis  anlamını  verir. 
Hədislər  isə  peyğəmbərlərin  işlətdiyi  ifadələr  və  yazılar  idi. Yüz  iyirmi 
dörd  min  peyğəmbərdən  heç  biri  də  qadın  olmayıb.  Bunu  gənc  şairlərə 
ali  məktəbdə  oxuyanda,  görəsən,  müəllimlər  başa  salmayıblar?  Çox 
təəccüblüdür ki, belə cavan şairlər, beş-on şeri, cızma-qarası olanlar pre-
zident  təqaüdçüləridir.  Zənimcə,  prezident  mükafatını  verəndə  bir  az 


239
ehtiyatlı olmaq lazımdır. Düşünməliyik ki, bu prezident adından verilən 
ədəbiyyat mükafatı nə həkim seksoloqlara, nə də qız peyğəmbərlərə çatsın, 
çünki prezident adından belə yazarlara verilən mükafat, bu mükafatı de-
valvasiyaya aparır. Mənim yaxşı yadımdadır ki, hələ sovet vaxtında yazıçı 
Çingiz Abdullayev  demişdi  ki,  Türkiyədə  iki  nəfər  yazar,  bizdə  isə  tək 
mən  qonorarla  yaşayıram.  Ümumiyyətlə,  şeir  yazmaq,  şairlik  bütün  yer 
kürəsində  cibə  ziyandır.  Yəni  adam  bundan  para  qazanmır,  para  itirir, 
şairlik heç bir gəlir gətirmir. Şair olan kəsin mütləq başqa peşəsi olmalıdır. 
Bunu  nəzərə  alaraq  mən  həyat  yoldaşımla  maaşımızı  birləşdirib  çapdan 
çıxacaq  kitabları  öz  hesabımıza  buraxırıq. Artıq  bu  illər  ərzində  mənim 
yaradıcılığıma 30 000 manatdan çox pul gedib, hələ demək olar ki, reklama 
pul sərf eləməmişəm. Mən fikirləşəndə ki, Məmmədhüseyn Şəhriyar kimi 
şair dolanmaq üçün Təbrizdə bankda işləyib, elə oradan da təqaüdə çıxıb, 
öz-özümə deyirəm kı, mən ondan artıq ola bilmərəm. 
İndi kapitalist ölkəsində şair olmaq çox baha başa gəlir. İlhamı olmayan, 
şair tipli yazarlar özlərindən çox razıdırlar, onlar vətənpərvərlik mövzuları 
misralarına  gətirməyi  özlərinə  yaraşdırmırlar.  Halbuki  vətəni  olmayan 
şairin  nə  doğma  dili,  nə  doğma  ruhu,  nə  də  milliyyəti  olur. Avropa  ab-
havasıyla coşub-daşan bu insanlar anlamırlar ki, Avropa avropalılar üçün 
doğmadır,  millidir.  Özlərini  onlara  oxşatmaqla  avropalı  ola  bilməzsən, 
bu  qarğanın  bülbül  təki  cəh-cəh  vurmaq  sevdasına  bənzəyir.  Özlərini 
avropalılara bənzədən kəslər avropalılar üçün də çox maraqsız, çox gül-
üncdür,  çünki  ağıllı  avropalılara  da  hər  kəsi  öz  donunda  görmək  daha 
maraqlıdır.
Allaha  qarşı  çıxmaq,  şeytani  hisslərlə  oturub-durmaq,  vətənə  arxa 
çevirmək, bu ölkənin əksəriyyətinin islami inancda olan adamlarının dini 
hissləri ilə oynamaq və bu yolla özünü reklam edib populyarlıq qazanmaq 
bəzi yazar əhlinin həyati tələbatına çevrilib. Nə bilmək olar, bəlkə də onlar 
hansı xarici qurumlardansa maddi dəstək alırlar? Özünü yazar qiyafəsində 
görən belə kəslər yaxşı olardı ki, “bağa qınından çıxdı, öz qınını bəyənmədi” 
misalına diqqət kəsilsinlər. Dövlətçiliyimizə, milli adət-ənənələrimizə arxa 
çevirib, kimliyini unudub bizə yad olan təriqətlərə, sektalara, dinlərə üz 
tutanlar tufanlı dənizin kənara atdığı taxta parçalarına bənzəyirlər. Adları 
müsəlman adları, özləri bizə yad olan sektaların, dinlərin qulu…
Biz  müharibə  şəraitində  yaşayırıq,  düşmən  bizi  azadlığa  problemlə 
buraxıb,  bu  problem  torpağımızın  bir  hissəsindən  məhrum  olmaqdan 


240
ibarət olub. Biz iqtidarlı-müxalifli hələlik ki, bu ağır, üzücü yükün daşıyı-
cılarıyıq,  amma  bəzilərinə  xarici,  bizi  istəməyən  qüvvələr  tərəfindən 
vətənsizlik təbliğ olunur. Onlar elə zənn edirlər ki, dahi olmaq üçün yazar 
öz milliliyini, vətəndaşlığını heç zaman yazılarında büruzə verməməlidir, 
belələrinə  nə  əldən  getmiş  torpaqlar,  nə  də  cavan  canını Vətənə  qurban 
vermiş şəhidlər maraqlıdır. Onların marağı hansısa bir xarici dili bilib lap 
elə erməni adıyla bu ölkəni tərk edib qoltuqlara sığınmaq və sonra get-
diyi yerdən öz vətənini, mənsub olduğu millətini, dinini, dədəsini, babasını 
getdiyi  yerə  xoş  gəlsin  deyə  yamanlamaqdır,  zənnimcə,  belələri Vətənə 
düşmənimizdən də qorxulu varlıqlardır. Bəla burasındadır ki, belələrinin 
yazdıqları  cızma-qaralar  saytların  mötəbər  yerlərində  dolaşır,  belələrinə 
saysız-hesabsız  şərhlər  yazılır,  onlar  ağızlarda-dillərdə  dolaşır,  lap  şou-
biznesin dəbdə olan adamları kimi, əksəriyyətinin səsi yox, sözü-söhbəti, 
qeybəti önəm kəsb edir, sanki ölkə başdan-başa şou azarına tutulub. İndi 
bizim  toylarımız  da,  yaslarımız  da  şouya  çevrilib,  artıq  dinimiz  də  şou 
burulğanında  batır,  müasir  zəmanəylə  ayaqlaşmayan  uzun  saqqallardan 
tutmuş, nənələrimizin baş örtüyünə bənzəməyən qadınların geyindiyi baş 
örtüklərinə qədər…
Mənə elə gəlir ki, biz sovet dövründə qadağalara baxmayaraq daha çox 
dinimizə, mənəviyyatımıza sadiq olmuşduq. İndi isə kimin kim olduğundan 
baş çıxarmaq olmur ki, olmur. 
Heç şübhəsiz ki, ilhamlı şair, yazar təkcə vətənpərvərlik duyğularıyla 
yox, dünyəvi prizmadan da öz ruhunu kökləyir, yaşadığı dövrdə baş ve-
rən  bütün  əngəllərə  yox  deyir,  ruhu  riqqətə  gətirən  bütün  gözəlliklərə, 
incəliklərə  könül  bağlayır,  ilahinin  ona  bəxş  etdiyi  təbinin  pıçıltılarına 
biganə qala bilmir.
Bəs  gənc  yazarların  içində  vətənpərvərlik  duyğularıyla  coşub-daşan 
istedadlar yoxmu? Şübhəsiz ki, var, onları axtarmaq, üzə çıxartmaq, onlara 
dövlət tərəfindən kömək göstərmək, kitablarını buraxmaq, reklam etmək 
lazımdır.
Onda Azərbaycanda da azad Azərbaycana aid dəyərli, qəlbləri oxşayan, 
ürəyəyatımlı nəğmələr eşidəcəyik. Sonda onu bildirmək istəyirəm ki, iste-
dadlara kömək lazımdır, istedadsızlar isə özləri üzə çıxar.
Əks təqdirdə, Azərbaycan əlvan yox, hamısı boz rəngdə və eyni səviy-
yədə görünəcək.

Yüklə 1,12 Mb.

Dostları ilə paylaş:
1   ...   74   75   76   77   78   79   80   81   ...   99




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin