Fərid Ələkbərlinin məqaləsini ingilis dilindən
tərcümə etdi: Gülnar Aydəmirova
49
TARİX VƏ MƏDƏNİYYƏT
_____________________________________
AZƏRBAYCAN TARİXİNİ YAZARKƏN:
HƏQİQƏT AXTARIŞINDA
Mənbə: Azerbaijan International jurnalı - AI 9.3 (Payız 2001) © 2004.
Azerbaijan International AZERI.org
ndi Azərbaycan tarixçiləri Sovet erasının “tarixçiləri” tərə-
findən qəsdən yaradılmış düyümləri açmaq və məlumatları üzə
çıxarmaq üçün çaşqınlıq içərisində çalışırlar.
Azərbaycan tarixi həm 1991-ci ildə Azərbaycanın müstəqil-
lik qazanmasından əvvəl və həm də sonra dəfələrlə təhrif edilmiş-
dir. Hər dəfə keçmişin bərpa olunması prosesi siyasi ideologiyanın
təsiri və ya hətta diktəsi altında həyata keçirilmişdir.
İ
Kommunizm dövründə aparılan elmi araşdırmalara bırmə-
nalı yanaşmaq olmaz. 1920-ci ilin aprel ayında hakimiyyətə gələn
bolşeviklər Azərbaycanın həm Çar Rusiyası dövründə (XIX əsrin
əvvəlindən 1918-ci ilə kimi), həm də 1918-ci ilin 28 may tarixindən
1920-ci ilin 28 aprel tarixləri arasında 23 ay müddətində mövcud
olan Azərbaycan Demokatik Respublikası dövründə elm və təhs
sahəsində həyata keçirilməmiş vəzifələri yerinə yetirməyə
müvəffəq oldular.
Bolşeviklər tarixin öyrənilməsini təbliğ edirdilər. Onlar ta-
rixi tədris edən çoxsaylı məktəb və universitet və tarixi araşdırma
ilə məşğul olan müxtəlif akademik institutlar yaratdılar. Lakin bü-
tün kitablar və məqalələr marksizm-leninizm nəzəriyyəsi əsasında
“fəhlə sinfi nöqteyi nəzəriyyəsinə” əsaslanan ideoloji mövqedən
yazılmalı idi. Ən yaxşı halda Sovet tarixi əsərləri yalnış şərh veril-
miş həqiqi faktların qarışığından ibarət olurdu. Ən pis halda isə hət-
50
ta yaxşı məlum olan tarixi faktlar dolaşdırılır, inkar və ya təhrif
edilir.
Sovet alimlərində varlıların mənfi cəhətlərini, kasıbların
müsbət cəhətlərini təsvir etmək kimi meylləri var idi. Hörmdarlar
zülmkar kimi, kasıb insanlar isə varlılar tərəfindən istismar edilən
yazıqlar kimi təsvir edilirdi.
1991-ci ildə Sovet Ittifaqının dağıldıqdan və Azərbaycan
müstəqillik qazandıqdan sonra Azərbaycan tarixinin çox hissəsinə
yenidən baxış keçirilmişdir. Tarixçilər saysız arxivlərdə saxlanılan
sənədlər üzərində ciddi işləyirlər. Məsələn, mənim çalışdığım
Azərbaycan Elmlər Akademiyasının Əlyazmalar Institutu ölkədə ən
zəngin tarix külliyatı toplanan mərkəzlərdən biridir. Burada 10-cu
əsrdə yaşayan orta əsr tarixçilərinin əlyazmaları, 18-ci əsr Azərbay-
can xanları tərəfindən imzalanan fərmanlar, 9-cu və 20-ci əsr
Azərbaycan ziyalılarının məktub və qeydləri, 100 il bundən əvvəl
buraxılmış qəzet və jurnallar, və yeni yaranmış Azərbaycan De-
mokratik Respublikasının fərmanları yerləşir. Bu mənbələrin analizi
bugünkü tarixçilərə Azərbaycan tarixini daha obyektiv şəkildə yaz-
mağa kömək edir.
AZƏRBAYCAN TARİXİ. Sovet dövrünün Azərbaycan ta-
rixi kitabları bugün istifadə üçün çox az yararlıdır. Bunlardan bizə
tanış olan bir əsər “Azərbaycan tarixi” kitabı Azərbaycan tarixinin
Sovet hakimiyyətinin icazəsi altında nəşr edilən nöqsanlı versiyası-
dır. Azərbaycan Elmlər Akademiyası tərəfindən hazırlanan bu cild
ilk dəfə olaraq 1950-ci illərdə
sonra isə yenidən nəşr edilmişdir
(История Азербайджана. Под ред. И.А.Гусейнова, А.С.Сумбат-
заде и др. Баку, Изд-во АН Азербайджана, 1958). Hüseynov,
Tokarjevski, Əliyev, Sumbatzadə kimi bir çox tarixçilər bu kitabın
hazırlanmasında böyük səy göstərmişlər. Bu kitab Azərbaycan tari-
xi barədə olan ilk elmi və rəsmi əsərdir.
“Azərbaycan Tarixi” kitabının ilk nəşri yalnız bir cilddən
ibarət idi (əslində daha çox ümumiləşdirilmiş cild idi). Ikinci nəşr
isə 3 cilddən ibarət idi. Bu cildlərdən birincisi qədim və orta əsrlər
dövründən başlayaraq 19-cu əsrin əvvəlində Azərbaycan Rusiya
Imperiyası tərəfindən işğal edilməsinə qədər olan dövrdəki Azər-
baycan tarixini əhatə edir. Ikinci cild Rusiya müstəmləkəçiliyi döv-
ründən başlayaraq 20-ci əsrin əvvələrinə qədər olan dövrdən bəhs
edir. Son cild isə Bolşevik Inqilabı, Ikinci Dünya Müharibəsi və
51
Azərbaycanda sosializmin qurulması da daxil olmaqla 20-ci əsrə
həsr edilmişdir.
Bu kitablar həm azərbaycanca, həm də rusca nəşr olun-
muşdu, yəni iki müxtəlif dildə olan iki eyni versiyası vardır. “Azər-
baycan tarixi” yalnız alimlər üçün deyil, çox geniş oxucu kütləsi
üçün nəzərdə tutulmuşdu. Bu kitabdan orta məktəblərdə, univer-
sitetlərdə tarix fakültələrində və pedaqoji institutlarda dərslik istifa-
də olunurdu.
Bu kitabın bir yararlı tərəfi odur ki, ilk dəfə olaraq azərbay-
canlılar ayrıca ölkəsi, dili və tarixi olan bir millət kimi təsvir edil-
mişdilər. Daha öncə yazılmış əsərlərdən fərqli olaraq, onlar nə fars-
ların, nə Osmanlı türklərinin bir hissəsi, nə də ki tatarlar kimi təsvir
edilməmişdilər. Bu kitabda azərbaycanlılar eramızdan əvvəl 9-cu
əsrdə bu ərazidə öz dövlətləri olan xalq kimi qələmə verilmişdilər.
İRAN VƏ TÜRKİYƏ. Əlbəttə ki, “Azərbaycan tarixi”
kitabının bir çox çatışmazlıqları var idi, çünki o kommunist ideo-
logiyası mövqeyindən yazılmışdı. Bütün tarixi proseslər marksist-
leninist nəzəriyyəsi əsasında analiz edilirdi. Məsələn, Sovet
dövründə Türkiyə və Iran Azərbaycanın düşmən dövlətləri kimi
qəbul edilirdilər. Bu səbəbdən də “Azərbaycan tarixi” kitabında
təhminən bu ruhda fikirlərə rast gəlinir: “17-ci əsrdə türk qoşunları
Təbriz və digər Azərbaycan şəhərlərini tamamilə dağıtmış və viran
qoymuşdular… Bu dövrdə Azərbaycan Iran və Türkiyə arasında
qanlı müharibələrin hərbi səhnəsinə çevrilmişdi… Minlərlə insan
öldürülmuş və əsir götürülmüşdü… Azərbaycan xalıq çox əziyyət
çəkmişdi.”
Bütün müharibələr qanlı olur. Lakin görün Sovet ideo-
loqları hansı nəticəyə gəlirlər: “Beləliklə, Iran və Türkiyənin hər
ikisi sizin düşmənlərinizdir.” Bir çox azərbaycanlı oxucular bu
fikirlə razılaşmırdılar. Onlar bilirdilər ki, tarixin müxtəlif dövrlərin-
də dünyanın bir çox dövlətləri bir-biri ilə müharibə aparmışlar.
Məsələn, keçən əsrdə bir-biri ilə müharibə aparan Avropa dövlət-
lərini xatırlayın, ancaq bu gün onlar düşmən deyillər.
Bundan əlavə, orta əsrlərdə müharibələr millətlər arasında
deyil, sülalələr, şahlar və sultanlar arasında aparılırdı. Rusiya özü
Azərbaycanı hələ 18-ci əsrdə qısamüddətli işğal etmiş və general
Zubkov Bakıda yüzlərlə sadə insanı öldürtmüşdü. “Onda niyə ruslar
bizim düşmənimiz hesab olunmur?” deyə bir çox Azərbaycanlılar
fikirləşirdilər.
52
Türkiyəni düşmən kimi qələmə verməmək Sovet dövrü
tarixçiləri üçün təhlükəli idi, çünki o zaman onlar “pan-türküst” ki-
mi tanınacaqdılar. Sovet təbliğatçılarının 19-cu əsrin sonu və 20-ci
əsrin əvvəllərində yaşayan bir sıra şair və ziyalıları “pan-türkçü”
kimi qələmə verməsinin sərt nəticələri olmuşdur. Məsələn ADR
dövründə yaşayan şair Əhməd Cavad (1892-1937) öz şerlərində
Azərbaycanın müstəqilliyini tərənnüm etmişdi. Bundan əlavə o,
Azərbaycan milli himninin sözlərinin müəllifi kimi tanınır. Cavad
milliyətçi və pan-türkçü elan edilərək güllələnmişdi. Salman
Mümtaz Azərbaycan ədəbiyyatının Türk ədəbiyyatının bir hissəsi
olduğunu bildirdiyi üçün pan-türkçü elan edilmişdi. O, 1938-ci ildə
həbsxanada KGB tərəfindən öldürülmüşdü. Onun bütün Azərbay-
can ərazisindən topladığı qədim nadir əlyazmalar müsadirə
olunmuşdu.
Istedadlı dramaturq və bəzən “Azərbaycanın Şekspiri”
adlandırılan digər Azərbaycan ziyalısı Hüseyn Cavid (1882-1944)
pan-türkçü olduğuna görə günahlandırılırdı. O, 1937-ci ildə həbs
edilmişdi. Bundan sonra ailəsi bir daha onun üzünü görməmişdi. O,
Sibirə işçi düşərgəsinə göndərilmiş, orada vəfat etmiş və dəfn
edilmişdi. Yenidənqurma dövründə, yəni 1980-ci illərdə onun
cəsədinin qalıqları Azərbaycana gətirilmişdi. Indi onun şərəfinə
nəhəng abidə ucaldılmışdır. Bu yaxınlarda Bakının mərkəz
küçələrindən birinə onun adı verilmişdir (Hüseyn Cavid prospekti).
Dostları ilə paylaş: |