"Doktoranturaların yaradılması və doktoranturaya qəbul Qaydaları" nın təsdiq edilməsi haqqında



Yüklə 0,61 Mb.
Pdf görüntüsü
səhifə27/44
tarix26.12.2016
ölçüsü0,61 Mb.
#3543
1   ...   23   24   25   26   27   28   29   30   ...   44
 

Cədvəllər 

 

Rəqəmli  materiallar,  adətən,  cədvəl  kimi  tərtib  olunur.  Hər  bir  cədvəlin  başlığı 



olmalıdır. “Cədvəl” sözü və başlıq böyük hərflərlə başlanmalıdır. Başlığın altından 

xətt çəkilməməlidir. 

 

Cədvəl,  mətndə  onun  ilk  xatırlanmasından  sonra  elə  yerləşdirilir  ki,  dissertasiyanı 



döndərmədən  və  ya  saat  əqrəbi  istiqamətində  döndərildikdən  sonra  onu  oxumaq 

mümkün olsun. Sətirlərin və sütunların sayı çox olan cədvəlləri hissələrə bölüb bir 

neçə səhifədə yerləşdirmək olar. 

 

Fəslin  içindəki  cədvəllər  ardıcıl  olaraq  ərəb  rəqəmləri  ilə  nömrələnir  (əlavədə 



verilmiş cədvəllər istisna olmaqla). Cədvəlin nömrəsi bir-birindən nöqtə ilə ayrılan 

fəslin nömrəsindən və cədvəlin ardıcıl nömrəsindən ibarətdir. Məsələn: cədvəl 1.2. 

(birinci  fəslin  ikinci  cədvəli).  Əgər  dissertasiyada  cəmi  bir  cədvəl  varsa,  onu 

nömrələmək və “Cədvəl” sözü yazmaq lazım deyildir. 

 

Əgər  cədvəl  iki  və  daha  çox  səhifədə  yerləşirsə,  “Cədvəl”  sözü  və  onun  nömrəsi 



cədvəlin  birinci  səhifəsinin  sağ  üst  tərəfində  bir  dəfə  göstərilir;  cədvəlin  qalan 

hissələrinin  müvafiq  yerlərində  “ardı”  sözü  yazılır.  Əgər  dissertasiyada  bir  neçə 

cədvəl  varsa,  onda  “ardı”  sözünün  qarşısında  cədvəlin  nömrəsi  yazılır.  Məsələn: 

cədvəl 1.2-nin ardı. 

Cədvəlin adı və nömrəsi cədvəlin üstündə yerləşdirilir. Nömrə sağ küncdə  çap 

edilir. 


 

Cədvəllərin  sütun  və  sətirlərin  başlıqları,  onların  içərisindəki  məlumatlar  üçün  

şriftin ölçüsü 12, sətirarası məsafə 1 interval olmalıdır. 

 


Yüklə 0,61 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin