Üz vərəqi
Üz vərəqi dissertasiyanın birinci səhifəsidir, nömrələnmir və “Dissertasiya şuraları
haqqında” əsasnamədəki əlavə 1.5-ə uyğun olaraq tərtib edilir (Bax: Əlavə 5).
Mündəricat
Mündəricatda bütün fəsillər, yarımfəsillərin və bəndlərin başlıqlarının dissertasiyanın
hansı səhifəsindən başlandığı göstərilir.
ġərti iĢarələr, simvollar, vahidlər və terminlər siyahısı
Əgər dissertasiyada spesifik terminologiya, həmçinin geniş yayılmamış ixtisarlar,
yeni simvollar, işarələr və s. istifadə edilirsə, onların siyahısı “İxtisarların siyahısı”
başlığı altında ayrıca vərəqdə dissertasiyanın əvvəlində verilməlidir.
Siyahı sütun şəkildə yazılır, sütunun sol tərəfində (əlifba sırası ilə) ixtisarlar, sağ
tərəfində isə onun dəqiq açılışı verilir.
Əgər dissertasiyada xüsusi terminlər, ixtisarlar, simvollar, işarələr üç dəfədən az
təkrar edilirsə, onda siyahı tərtib edilmir, bunların açılışı isə mətndə onların birinci
dəfə adı çəkilən kimi verilir.
Dostları ilə paylaş: |