Tam dağılma zonası. Nüvə partlayışı mərkəzinə ən yaxın olan sahələrə tam
dağıntı zonası deyilir və bu sahənin hüdudları daxilində zərbə dalğasının yaratdığı
izafi təzyiq 50 kPa-dan artıq olur. Burada istehsalat və yaşayış binaları tamamilə
dağılır, partlayış mərkəzinin lap yaxınlığında isə sığınacaqların bir qismi uçulur.
Sığınacaqların əksəriyyəti (75%-ə qədər) və yeraltı kommunal-energetika
şəbəkələri (95%) salamat qalır. Küçələrdə uçqunlar əmələ gəlir, sığınacaqların çıxış
yolları uçqunlarla tutulur.