Dəridə yaraçıxaran ZM elə zəhərli birləşmələrdir ki, onlar hətta ən cüzi
miqdarda bədənin dəri örtüyünü zədələyə bilir.
Kimyəvi təmiz iprit zəif gənəgərçək iyli, şəffaf, yağlı, rəngiz mayedir. O, üzvi
həlledicilərdə, yağ və yağaoxşar maddələrdə yaxşı, suda xeyli zəif həll olur. Ərzaq
məhsullarına,
məsaməli
materiallara,
boyaq
örtüklərinə,
rezin-texniki
məmulatlara asanlıqla hopur və onların uzun müddət zəhərli qalmasına səbəb
olur. Ərazi uzun müddət-yayda 7 sutka, qışda bir neçə həftə zəhərli qalır. İprit
suda yavaş hidroliz olunur və neytrallaşır (zəhərsizləşir), qələvilərin təsirindən
ipritin hidrolizi sürətlənir. Xlorlu əhəng, xloraminlər və sulfidlər ipriti tez
zəhərsizləşdirir. İprit kontakta olduğu orqanlara və toxumalara (tənəffüs
yollarına, gözlərə, dəriyə, mədə-bağırsaq sisteminə) təsir edir, bədənin
zədələnmiş yerindən qana sorulması nəticəsində isə ümumzəhərləyici təsir
göstərir. Bədənin səthinə düşən iprit damcıları 7 dəqiqədən sonra dərinin alt
qatlarına keçir. 20-30 dəqiqə ərzində isə heç bir ağrı hissi törətmədən
orqanizmdə tamamilə sorulur. İprit davamlı zəhərli maddədir.