Qıcıqlandırıcı ZM Si-Es və adamsit aid edilir.
Adamsit yaşılımtıl rəngli bərk maddədir, suda həll olmur, üzvi
həlledicilərdə, xüsusən qızdırılarkən və asetonda yaxşı həll olur. Yavaş
buxarlanması və pis həll olmasına görə torpağı uzun müddət zəhərləyə bilər. Suda
parçalanmır, qələvi maddələr onun suda hidrolizini sürətləndirir.
Adamsitin 1,41 mq/l konsentrasiyası olan havada 2 dəqiqə və ya 0,28 mq/l
konsentrasiyalı havada 20 dəqiqə qalarkən ölümcül zəhərlənmə baş verir.
Si-Es suda pis həll olan rəngsiz maddədir. O, spirtdə bir qədər, asetonda,
dioksanda, metilxloriddə, etilasetatda, benzolda isə yaxşı həll olur. Aerozol
şəklində tətbiq olunur.
Si-Es maddəsinin ümumi zəhərliliyi zəifdir, lakin o, qıcıqlandırıcı təsirə
malikdir ki, bu da asqırtıya, öskürəyə, gözlərdən çoxlu yaş axmasına, tənəffüsün
çətinləşməsinə səbəb olur. Bunlardan başqa dəriyə gicitkən kimi qaşındırıcı təsir
göstərir, yüksək konsentrasiyası 0,001-0,005 mq/l-dir.
Gözyaşardıcı və ya lakrimator (yunanca lakrime-göz yaşı) maddələr
gözlərin, burunun selikli qişalarını qıcıqlandırır, bu isə gözdən yaş axması,
bəbəklərin spazması, burundan güclü selik axması ilə nəticələnir. Bunlar
tərkibində haloid olan üzvi maddələrdir. Belə maddələrdən əsasları
xlorasetofenon və brombenzilsianiddir.
Xlorasetofenon bənövşə və ya meşəgilası iyi verən bərk kristal maddədir.
Üzvi həlledicilərdən yaxşı həll olur. Suda hətta qaynadılarkən də dağılmır. Müsbət
20C-də buxarlanır, buxarları havadan 5,3 dəfə ağırdır.
Yayda ərazidə bir neçə gün təsirini saxlayır.
Brombenzilsianid acı, badam iyli, rəngiz, yaxud sarımtıl kristal maddədir.
Suda, demək olar ki, həll olmur, üzvi həlledicilərdə isə yaxşı həll olur.Suda hidroliz
olunmur, torpaqda bir ayadək qala bilər.
LSD rəngsiz, bərk kristal maddədir, suda zəif, üzvi həlledicilərdən yaxşı həll
olur. Orqanizmə tənəffüs yolları ilə təsir etməsi daha çox ehtimal olunur. Mədə-
bağırsaq yolları ilə zəhərlənmə də mümkündür.
Bi-zet suda həll olmayan, ağ kristal tozdur. Bi-zet orqanizmə tənəffüs və
mədə-bağırsaq yolu ilə keçir.
Zəhərləyici maddələr, zəhərlənmiş hava ilə nəfəs aldıqda, ZM dəri üzərinə
və selikli qişaya düşdükdə, həmçinin zəhərlənmiş yeyinti məhsullarından və sudan
istifadə etdikdə insanları və heyvanları zədələyir. Ona görə onların seçilməsi və
tətbiqi üsulları yerli şəraitdən, zəhərləyici maddələrin xassələrindən və qarşıya
qoyulmuş məqsəddən asılı olaraq müxtəlif ola bilər.
Kimyəvi silah təyyarə bombalarında, top güllələrində, maye çiləyə bilən
təyyarə cihazlarında və müxtəlif tərtibatlarda, habelə buxar və aerozol (tüstü,
duman) şəklində tətbiq edilə bilər. Bu halda zəhərləyici maddələr küləyin
istiqamətində on kilometrlərlə məsafəyə yayıla bilən zəhərli bulud yaradır.
Havanın zəhərlənmə təhlükəsinin dərəcəsi ZM-in qatılığı və mühafizə
olunmayan adamın zədələndiyi vaxtla müəyyən edilir.
Ərazinin və obyektin zəhərlənmə dərəcəsi oraya düşən ZM-in miqdarından
aslıdır və ZM-in qramlarla miqdarının 1m
2
səthə nisbəti ilə ifadə olunan
zəhərlənmə sıxlığna görə müəyyən edilir.
Hərbi məqsədlərlə, bitkiləri zəhərləyən kimyəvi maddələr-herbisid,
defolinat və desikant maddələr də tətbiq edilə bilər ki, bunlar dənli bitki
əkinlərinin, meşələrin məhv olunmasına, kənd təsərrüfatı heyvanlarının
zəhərlənməsinə səbəb olur.
Zəhərləyici maddələrin insanlara və heyvanlara göstərdiyi zədələyici təsirin
müddəti, həmin ZM-in fiziki-kimyəvi xassələrindən, həmçinin ərazinin
xarakterindən və havadan asılıdır. Havanın temperaturu yüksək olduqca, ZM
daha tez buxarlanır, güclü külək buxarı səpələyir, yağış isə zəhərləyici maddələri
torpaqdan, bitkilərdən, müxtəlif əşyalardan yuyub aparır. Binalarda, zirzəmilərdə,
yarğanlarda, dərələrdə zəhərlənmiş hava uzun müddət qala bilər.Kimyəvi
silahdan və güclü təsirli zəhərli maddələrdən mühafizə olunmaq üçün
əlehqazdan, xüsusi paltardan və ya hermetik bağlanmış sığınacaqlardan istifadə
edilir.
Химическое оружие
Dostları ilə paylaş: |