Dəmrovotundan südəoxsar sirənin hazırlanması. Bunun üçün dəmrovotunu kök hissəsi ilə
birlikdə qazıb çıxardın və torpaqdan təmizləyib, sakit axan suda yuyun. Sonra kökün ucunu kəsin,
süd Ģirəsi kəsik yerdən qaba toplanmağa baĢlayacaqdır. AlınmıĢ Ģirədən dəridə baĢ verən yaraların,
səpgilərin, qaĢınmaların üzərinə sürtüb müalicə edin. Kökün ikinci dəfə kəsilməsi 0,5-1,0 sm yuxarı
hissəsindən aparılmalıdır. Bitkidən Ģirənin alınmasını südəbənzər maddənin axıb qurtarmasına
qədər davam etdirin.
Dəmrovotu Ģirəsi. Bu üsul imkan verir ki, bitkidən dərman xammalı kimi uzun müddət
istifadə edilsin.
Kökü ilə birlikdə çıxarılmıĢ bitkini torpaq və qurumuĢ yarpaqlardan təmizləyib, ancaq kök
hissəsini sakit axar suda yuyub bütöv halında ət maĢınından keçirin. Əldə olunmuĢ yaĢ tünd-yaĢıl
kütləni sıxıb Ģirəsini çıxarın və ĢüĢə flakonlara doldurub ağzını tıxacla bağlayıb bərkidin. Flakonu
elə doldurun ki, tıxacla Ģirə arasında 1-2 sm məsafə qalsın. ġirəni qaranlıq yerə qoyub 1-2 gün
saxlayın. Sonra tıxacı çıxarıb havanı buraxın. Bu əməliyyatı flakonda olan havanın tamamilə çıxıb
qurtarmasına qədər davam etdirin. Flakonları qaranlıq və sərin yerdə saxlayın. AlınmıĢ Ģirəni
soyuducuda saxlamaq olmaz. Bu üsulla hazırlanan dəmrov Ģirəsi uzun müddət (azı 5 il) qaldıqda
belə öz təsir gücünü itirmir. Havanın tam çıxıb qurtardığı halda flakonda olan qıcqırma prosesi
demək olar ki, tam qurtarmıĢdır. Bu zaman flakonda qalan Ģirə kəhrəba rəngində olmalıdır.
Flakonun dibində çöküntü halında tünd-yaĢıl kütlə əldə olunacaqdır. Dərman preparatmdan istifadə
edən zaman elə davranılmalıdır ki, Ģirə çöküntü ilə qarıĢmasın. Alınan mazdan dəri üzərində əmələ
gələn xərçəng, qırmızı qurdeĢənəyi, dəri vərəmini müalicə etmək üçün gündə 3-4dəfə sürtmək
məsləhət görülür.