76
donmuĢ yağ əldə edilir. Yağından yeyinti, boyaq və sabunbiĢirmə sənayesində istifadə edilir. Ġrəli
sürülən bir hipotezə görə guya yuxu xaĢxaĢı öz mənĢəyini Qərbi Avropa ölkələrində yabanı halda
yayılan və hazırda bəzək məqsədilə əkilib becərilən növündən götürmüĢdür. Bir çox tarixi
mənbələrdə göstərilir ki, yuxu gətirən laləni DaĢ dövrünün xalqları yağ almaq məqsədilə geniĢ
surətdə əkib becərmiĢlər.
Türkmənistan çökəklərində tapılmıĢ lalə qalıqları onun Üçüncü dövrdə formalaĢıb növ
Ģəklinə düĢməsi haqqında bizə düzgün məlumat verir. Bir çox elmi məlumatlara görə tiryək lalə
(xaĢxaĢ) öz baĢlanğıcını Qərb rayonlarından götürüb, ġərqə doğru yayılmağa baĢlamıĢdır.
Avropanın ilk tarixçisi hesab edilən Teofrast qeyd edir ki, bizim eramızın IV əsrində lalənin
qutucuğunun yaĢıl hissəsini bıçaqla çərtərək oradan süzülən südəoxĢar mayeni toplayıb dərman
kimi istifadə etmiĢlər.
Kiçik Asiya ölkələrində, eləcə də Avropanın Yunanıstan ərazilərində əkilmiĢ yuxugətirici
lalədən tiryək almaq haqqında ―Ġliada‖ əsərində məlumatlara rast gəlinir. Orta əsrlərdə Misir tiryəki
öz keyfiyyətinə görə yüksək qiymətləndirilirdi. Çinlilərin bizim eranın XII-X əsrlərində, hindlilərin
isə XII əsrə kimi tiryək laləsi haqqında heç bir məlumatları olmamıĢdır. XaĢxaĢ laləsindən müalicə
məqsədləri üçün istifadə olunması haqqında ―Böyük Plini‖ geniĢ məlumat verir.
Dostları ilə paylaş: