Elmi redaktorlar amea-nın müxbir üzvləri



Yüklə 8,43 Mb.
Pdf görüntüsü
səhifə163/730
tarix26.12.2016
ölçüsü8,43 Mb.
#3714
1   ...   159   160   161   162   163   164   165   166   ...   730
Lalənin tibbi əhəmiyyəti. 
Yağ almaq üçün əkilib becərilən lalə növünün toxumlarının tərkibində 40- 56%-ə qədər yağ 
və 25%-ə qədər zülali maddə tapılmıĢdır. Toxumlardan yağı soyuq halda sıxma üsulu ilə alırlar. Bu 
üsulla  alınmıĢ  əla  növlü  yağdan  qənnadı,  konserv,  çörək-bulka,  ətriyyat  sənayesində,  eləcə  də 
rəssamlıq boyalarının hazırlanmasında geniĢ istifadə edilir. Mavi rəngə çalan toxumlarından çörək 
və  qənnadı  sənayesində  daha  çox  istifadə  olunur.  Lalə  toxumlarının  tullantılarından  hazırlanan 
jımıxın  tərkibində  12%-ə  qədər  yağ  və  30%  zülali  maddə  tapılmıĢdır.  Bu  jmıxı  mal-qara  həvəslə 
yeyir. 
Tiryək istehsal etmək üçün əkilmiĢ lalə sortunun yetiĢməmiĢ qutucuğundan havada quryan 
südəoxĢar  maddə  alınır.  XaĢxaĢ  qutusu  üzərində  xüsusilə  bıçaqla  çərtilən  kəsiklərin  üzərində 
toplanan və havada qurumuĢ süd Ģirəsinə tiryək deyilir. 
Çərtmə  prosesi  qutunun  texniki  yetiĢmə  dövründə  aparılır  ki,  bu  da  təxminən  bitkinin 
çiçəklənməsinin 10-cu günündə baĢlayır. Bu mərhələ əllə yoxlanılır. Qutu top kimidirsə, demək süd 
Ģirəsilə zənginləĢmiĢdir və ona görə də belə qutulardan tiryəkin toplanması məsləhət görülür. Süd 
Ģirəsi  qutuda  az  miqdarda  olduqda,  o  yumĢaq  olur,  gecikdikdə  isə  qutucuğun  qabığı  odunlaĢır  və 
kövrəkləĢir.  Çərtmə  xüsusi  bıçaqlarla  və  günün  ikinci  yarısında  aparılır.  Çərtmə  prosesi  üç  dəfə 
təkrar olunur. Müxtəlif ölkələrdə tiryək maddəsini qutucuğun tərkibindən çıxartmaq üçün müxtəlif 
üsullar mövcüddür. Qutucuqları çərtilmiĢ lalələrdən tiryəki xüsusi oraqvari Ģəkildə hazırlanmıĢ əyri 
qaĢovlarla siyirib toplayırlar. Qutucuğun çərtilməsi bir neçə dəfə təkrar olunur. Bəzən isə çərtməni 
üç-dörd  dəfə  təkrar  edirlər.  Dördüncü  dəfə  çərtilərkən  yığılan  tiryəkin  keyfiyyəti  çox  aĢağı  olur. 
Qurudularaq  toplanmıĢ  tiryəkin  məhsulu  qatı  olub,  qəhvəyi  rəngdədir.  Tiryək  mürəkkəb  kimyəvi 
quruluĢa  malik  olan  maddədir.  Onun  tərkibində  30-a  qədər  müxtəlif  quruluĢlu  alkaloidlər 
tapılmıĢdır. Bu alkaloidlərin əsasını fenantren, izoxinolin, diizoxinolin qrup maddələr təĢkil edir. 
Bundan  baĢqa  tiyəkin  tərkibində  su,  10-20%  zülal,  10%  qatran,  sulu  karbohidratlar,  mum, 
piy,  piqment  və  s.  maddələr  də  aĢkar  edilmiĢdir.  Tiryəkin 
tərkibindəki  alkaloid  maddələrinin  miqdarı  2-3%-dən  15-25%-ə 
qədər  olur.  Onun  tərkibindəki  alkaloidlərin  quru  çəki  hesabı  ilə  6-
20%-ni morfin, 10-18%-ni narkotin, 0,3-4,7%-ni papaverin, 0,1-3%-
ni kodein, 0,9-6,5%-ni tebain (paramorfin) və  s. təĢkil edir. Tibetdə 
belə tiryəkdən hazırlanan alkaloidlərdən kompleks halında və yaxud 
tək halda istifadə edilir. 
Kodein  preparatı  gözəl  müalicəvi  təsirinə  görə  ən  effektli 
preparat  hesab  edilir.  Tibbdə  bunların  fosfat,  sulfat,  xlorid 
duzlarından istifadə edilir. 
Elmi 
təbabətdə 
bunlardan 
yuxugətirici, 
ağrıkəsici, 
sakitləĢdirici,  zökəm  və  s.  xəstəliklərin müalicəsində  istifadə  edilir. 


77 
 
Bunlar  zəif  bihuĢdarılar  (uyuĢdurucular)  hesab  edilir.  Narkotik  maddələrdən  son  zamanlar 
xərçəngin kimyəvi maddələrlə müalicəsində (xemiterapiya) istifadə edilir. 
Morfın  xlorid  və  yaxud  sulfat  turĢularının  duzları  Ģəklində  ağrıkəsici  vasitə  kimi  istifadə 
edilir. Tiryəkin tərkibində kodein maddəsi olduqca azdır. Buna görə də morfının 90%-ni kodeinin 
hazırlanmasına  sərf  edilir.  Papaverin  xlorid  turĢusunun  duzları,  Ģəkilində  hipertoniya,  spazmanm, 
stenokardiya,  damargeniĢləndirmə,  bronxal  astma  və  s.  xəstəliklərin  müalicəsində  istifadə  olunur. 
Xəstələr  üzərində  aparılan  müĢahidələr  nəticəsində  müəyyən  edilmiĢdir  ki,  tiryək  və  onun 
alkaloidlərini uzun müddət qəbul etdikdə orqanzm onlara alıĢır və nəticədə ağır ruhi xəstəliklər və 
orqanizmdə ümumi pozuntular əmələ gətirir. 
Morfındən  həddindən  artıq  istifadə  etdikdə  sinir  sisteminin  fəaliyyətini  zəiflədir  və 
iflicləĢdirir.  Nəticədə  beynin  fəaliyyəti  get-gedə  zəifləyərək,  öz  funksiyasını  itirir.  O,  tənəffüs 
orqanlarının fəaliyyətini azaldır, ürəyin fəaliyyətini pozur. Bəzən tənəffüs yollarının iflici və ölümlə 
nəticələnir. 
Tiryəkdən  alınmıĢ  narkotik  maddələrin  siqaret  kimi  çəkilməsi  və  ya  içki  kimi  içilməsi 
orqanizm üçün çox təhlükəli nəticələr verir. 

Yüklə 8,43 Mb.

Dostları ilə paylaş:
1   ...   159   160   161   162   163   164   165   166   ...   730




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin