Elmi redaktorlar amea-nın müxbir üzvləri



Yüklə 8,43 Mb.
Pdf görüntüsü
səhifə213/730
tarix26.12.2016
ölçüsü8,43 Mb.
#3714
1   ...   209   210   211   212   213   214   215   216   ...   730
 
Albalı – Cerasus Hill. 
 
Albalı  -  Cerasus  Hill.  cinsinin  dünya  florasında  140-150  növü  yayılmıĢdır.  Cinsin  76 
növünə  ġərqi  Asiyanın  subtropik  zonalarında  rast  gəlinir.  Bunların  67  növü  həmin  ərazilər  üçün 
əsas bitki hesab edilir. Albalının keĢmiĢ SSRĠ-də 27 növü, Qafqazda 8, o cümlədən Azərbaycanda 7 
növü (2 növü mədəni halda) becərilir.  
Adi albalı - Cerasus vulgaris Mill. Hündürlüyü 5-6 metr olan ağacdır. Yarpaqları saplaqlı, 
enli  ellipsvari,  iti  kənarları  miĢardiĢli,  pazvaridir.  Gövdəsinin  qabığı  qonurdur.  Çiçəkləri  ağ  və  ya 
çəhrayı  rəngdə  olub,  çoxsaylı  erkəkcikli  çiçəkləri  sadə  çətirdə  toplanmıĢdır.  Meyvəsi  kürəvari, 
yuxarı hissədən yastı, tünd-qırmızı, açıq-qırmızı rəngdədir. Aprel-may aylarında çiçək açır, iyun və 
iyulda meyvəsi yetiĢir. 
Adi  albalı  Azərbaycanın  demək  olar  ki,  hər  yerində  mədəni  halda  əkilir.  Daha  çox  orta 
dağlıq və dağətəyi rayonlarda mədəni halda becərilir.  
Albalının  tərkibində  fol  turĢusu,  B
1
,  B
2
  PP  vitaminlər 
qrupu, çoxlu miqdarda qlükoza, fruktoza və insan sağlamlığı üçün 
mikroelementlərdən mis, kobalt, dəmir, kalsium, kalium, yod və s. 
aĢkar  edilmiĢdir.  Bundan  baĢqa  tünd-qırmızı  rəngli  albalı  sortu 
meyvəsinin tərkibində daha çox Ģəkər və E vitamin olur. Həmçinin
albalı  meyvəsinin  tərkibində  izokversitrin,  3-qlükoarabinozid 
kversetin,  astraqalin  flavanoidləri,  qabığından  isə  fenolkarbon 
turĢusu,  katexin,  10  %-ə  qədər  aĢı  maddəsi,  flavonoid  təbiətli 
birləĢmələrdən  narigenin,  prunin,  kversetin,  aroneadendrin,  7- 
metilaromadendrin,  sianidin-3-ramoqlükozid,  antosian  birləĢmələri,  piy  maddəsi  və  s.  aĢkar 
edilmiĢdir. 
Albalı  Ģirəsi  qəbizliyi  aradan  qaldırır,  orqanizmin  immunitetini  yüksəldir,  maddələr 
mübadiləsinin  nizamlayır,  soyuqdəymə,  öskürək  zamanı  bəlğəmgətirici  rolunu  oynayır.  Gözəl 
bakterisid  xüsusiyyətinə  malik  olub,  stafilokokk  və  streptokokk  bakteriyaları  tərəfindən  törədilən 
infeksiya  xəstəliklərini  müalicə  edir.  Bundan  baĢqa  albalı  dizentriya,  bronxit,  bronxial  astma  və 
damar xəstəlilərinin müalicəsində iĢlədilir.  
Albalı meyvəsi iĢtahanı yaxĢılaĢdırır, həzmə kömək edir, babasili, tərkibində mis və dəmir 
olduğuna  görə  qanazlığını  aradan  qaldırır,  kalium  olduğuna  görə  ürək  əzələlərini  qidalandırır. 
Tərkibində vitaminlərin və mikroelementlərin çoxluğuna görə immuniteti qaldırır, qan damarlarının 
və sümük toxumalarını möhkəmləndirir. 
QurudulmuĢ  meyvəsi  büzüĢdürücü  xüsusiyyətə  malik  olduğundan  mədə-bağırsaq 
pozuntularında tətbiq edilir. Bundan baĢqa qurudulmuĢ meyvəsini qida rasionunun tərkibinə əlavə 
edib hepatit, hipertoniya, uĢaqlıq qanaxmalarında istifadə edilir. 

Yüklə 8,43 Mb.

Dostları ilə paylaş:
1   ...   209   210   211   212   213   214   215   216   ...   730




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin