Elmi redaktorlar amea-nın müxbir üzvləri



Yüklə 8,43 Mb.
Pdf görüntüsü
səhifə35/730
tarix26.12.2016
ölçüsü8,43 Mb.
#3714
1   ...   31   32   33   34   35   36   37   38   ...   730
A. chinensis növü isə Antil adalarında, o cümlədən Yamaykada, Kürasda, Barbadosda, Venesuelada 
isə A. barbadensis Mill. növü geniĢ sürətdə əkilib-becərilir. Əzvayın Aloe ferox Mill. növü və onun 
bir  çox  növmüxtəliflikləri  Afrikanın  cənub-Ģərq  və  cənub-qərb  zonalarında,  A.  socotriana  növü 
ġərqi  Amerikanın  «xoĢməramlı  burnunda»,  A.  perryi  növü  isə  Sokotra  və  Somali  ərazilərində,  A. 
alrborescens  Mill.  növü  və  onun  növmüxtəliflikləri  Cənubi  Afrika  ərazilərindən  tutmuĢ  Aralıq 
dənizi ölkələri ərazilərinə qədər yayılmıĢdır. Aralıq dənizi ölkələrində bu növü mədəni halda geniĢ 
sürətdə  əkib-becərirlər.  Avropa,  ġimali  Amerika  və  keçmiĢ  SSRĠ  ölkələrində  isə  isti  oranjereya 
Ģəraitində əkib-becərilirdi. 
Əzvay cinsinin növləri bir-birindən morfoloji quruluĢlarına, hündürlüklərinə, yarpaq, çiçək 
və  meyvələrinin  rənginə,  formalarına  görə  fərqlənən  sukkulent  bitkilər  olub,  isti  quru  iqlim 
zonalarında yaĢamağa uyğunlaĢmıĢlar. 
Ağacvari  əzvay  –  A.  arborescens  Mill.  çoxillik  tropik  və  subtropik  bitki  olub,  gövdəsi 
odunlaĢan  sukkulent  bitkidir.  Hündürlüyü  50-200  sm-dir.  Hər  il  qıĢ  dövrü  çiçəkləyir.  Yarpaqları 
qalın,  Ģirəli,  55-60  sm-ə  qədər  olan  və  kənarları  iti  diĢlərlə  əhatə  olunmuĢ,  tünd  yaĢıl  rəngdədir. 
Yarpaqlar  ən  çox  yoğunlaĢmıĢ  gövdənin  yuxarı  hissəsində  kom  halında  yerləĢmiĢlər.  Əzvayın 
yarpaqları xaricdən floema qatı ilə əhatə olunub, içərisini isə sarı Ģirə ilə dolu «nəhəng hüceyrələr» 
təĢkil edir. 
Gövdənin uzunluğu növdən asılı olaraq dəyiĢilir. Məsələn, A. vera  L. növünün  gövdəsinin 
uzunluğu 60 sm-dən çox olmadığı halda, A. socotriana  Lam. növünün  gövdəsinin uzunluğu 3 m-
dən  artıq,  A.  arborescens  Mill.-də  isə  daha  uzun  –  4  m-ə  qədər  olur.  HamaĢ  çiçəkləri  sarı  rəngli, 
uzunluğu 0,5-1 m-ə qədər olub, salxım formasında gövdənin qurtaracağında yerləĢmiĢdir. Əzvayın 
növ  müxtəlifliklərinin  çiçəkləri  bənövĢəyi-sarı,  qırmızı,  sarı,  bir  sözlə  müxtəlif  rəng  və  çalara 
malikdir.  
Avropaya əzvay bitkisi ilk dəfə 1700-cü ildə ərəblər tərəfindən gətirilmiĢdir. 
Əzvayın  yarpaqlarının  kimyəvi  tərkibi  indiki  dövrə  qədər  yaxĢı  öyrənilməmiĢdir.  Buna 
baxmayaraq, onun tərkibində aloin (barbalon) – C
21
H
22
O
9
, alozin, emodin, izobarbolin – C
21
H
22
O
9

rabirberon (izoramnetin) - C
15
H
10
O
5
 və s. maddələr aĢkar edilmiĢdir. 
Bundan  əlavə  yarpağının  tərkibində  17,68%  kül  maddəsi,  mq/q  olmaqla  K  -  28,50,  Ca  - 
79,10, Mg - 17,40, Fe - 0,32 makroelementləri, mk/q olmaqla Mn - 0,38, Cu - 1,10, Zn - 2,75, Co - 
0,04,  Cr  -  0,08,  Al  -  0,09,  Ba  -  17,90,  Se  -  11,20,  Ni  -  0,45,  Sr  -  17,64,  Pb  -  0,22,  I  -  0,10,  Li  - 
162,00, B - 94,00 və s. mikroelementləri müəyyən edilmiĢdir.  
Əzvayın  «qurudulmuĢ»  Ģirəsi olan  «sabur» müalicə məqsədləri üçün 3300 il bundan əvvəl 
içlədilmiĢdir.  Əzvaydan  müalicə  preparatlarının  hazırlanmasında  ilk  dəfə  hindular,  misirlilər, 
yunanlar  və  romalılar  istifadə  etmiĢlər.  Qədim  əfsanəyə  görə  Makedoniyalı  Ġsgəndər  döyüĢlərin 
birində  Sokotra adasında  yaĢayan  yerli  əhalini  oradan  qovub  çıxartmıĢ,  o  dövrdə  yüksək  qiymətə 
satılan əzvay bitkisinə sahib olmaq məqsədilə oraya yunan əhalisini yerləĢdirmiĢdir.  
Ġbn  Sina  əzvayın  müalicəvi  xüsusiyyətlərini  çox  yüksək  qiymətləndirmiĢ  və  bir  sıra  çətin 
sağalan xəstəlikləri bitkidən aldığı preparatlarla müalicə etmiĢdir. Əzvaydan hazırlanan preparatlar 
insan ömrünün uzadılmasında, çətin sağalan yaraların müalicəsində, uzun sürən xəstəliklər zamanı 
öz  funksiyasının  yerinə  yetirmə  qabiliyyəti  pozulmuĢ  bağırsaq  sisteminin  fəaliyyətinin 
normallaĢdırılmasında,  Ģirəsindən  isə  mədə  və  onikibarmaq  bağırsaq  yaralarının  sağaldılmasında, 
tərkibində  olan  qatran  maddəsinin  köməyi  ilə  qanın  keyfiyyətini  yaxĢılaĢdırmaqla  yanaĢı,  böyrək 
xəstəliklərində,  qatılaĢmıĢ  bəlğəmin  yumĢaldılıb  bronxlardan  kənar  edilməsində,  öd  ifrazatının 
gücləndirilməsində, parazit qurdların tökülməsində və s. iĢlədilirdi. 


24 
 
Ġbn Sina Sokotra adasında olan əzvay bitkisinin müalicəvi təsirinin Ərəbistan və ġamxanda 
yayılan əzvaydan üstün hesab edirdi. Ġbn Sina əzvayın geniĢ müalicəvi xüsusiyyətlərə malik olması 
haqqında öz əsərlərində dönə-dönə məlumatlar verirdi. Belə ki, əzvaydan hazırlanmıĢ sıyığı bal ilə 
qarıĢdırıb  zərbə  nəticəsində  əmələ  gələn  əzilmiĢ  və  göyərmiĢ  nahiyələrə  yaxıb  müalicə  edirdi. 
Çaxırla qarıĢdırıb baĢın dərisinə sürtüb, tükün tökülməsinin qarĢısının alınmasında, artıq ödün kənar 
edilməsində,  baĢ  ağrılarında,  ruh  düĢkünlüyünün  aradan  qaldırılmasında,  sarılıqda,  böyrək 
ĢiĢlərində, düz bağırsaqda çatlar nəticəsində sızan qanların dayandırılmasında və s. istifadə edirdi.  
Təbib  xərçəng  xəstəliyinə  tutulmuĢ  insanları  dəhĢətli  ölümün  pəncəsindən əzvaydan  aldığı 
Ģirə ilə qurtarmıĢdır. Alim əzvaydan aldığı «Sarı su» Ģirəsi, qatran və əzvay tozu vasitəsilə xərçəngi 
müalicə edirmiĢ.  
Hal-hazırda xərçəng ĢiĢlərinin əzvay preparatları ilə müalicəsindən imtina edirlər. Həkimlər 
bunun səbəbini onunla izah edirlər ki, guya əzvay Ģirəsi xərçəng hüceyrələrinə biostimulyator kimi 
təsir  edərək  orqanizmdə  ĢiĢ  hüceyrələrinin  inkiĢafını  sürətləndirir.  Görəsən  onlar  haqlıdırmı?  Bu 
sual  elmi  izahını  gözləyir.  Ancaq,  müxtəlif  ölkələrdə  əzvay  Ģirəsinin  bal,  araq  və  propolis 
(bərəmum) və porsuq yağı ilə qarıĢığından istifadə etməklə, xərçəngin müalicəsi barədə məlumatlar 
verilir. Əzvay Ģirəsinin əsas tərkibi 20% qatran və 15% aloezindən ibarətdir.  
Akademik 
V.P.Filatov 
əzvaydan 
aldığı 
preparatlardan 
toxuma 
terapiyasında 
müvəffəqiyyətlə istifadə etmiĢdir. KeçmiĢ SSRĠ-də V.P.Filatov tərəfindən iĢlənib hazırlanmıĢ əzvay 
ekstraktı  apteklərdən  həvəslə  alınırdı.  Bu  ekstrakdan  göz  xəstəliyində,  müxtəlif  mənĢəli  trofik 
yaraların müalicəsində geniĢ istifadə edilirdi. 
Akademik  V.P.Filatov  topladığı,qədim  reseptlər  əsasında  əzvay  bitkisindən  yeni-yeni 
müalicəvi  prepartalar  almaq  üzərində  iĢləyirdi.  Bu  dövrlərdə  insanlar  akademikə  dinclik  vermir, 
həmiĢə ondan əzvay prepartları istəyirdilər.  
Çox  qədim  zamanlarda  əzvayın  əzilmiĢ  yarpaqlarından  hazırlanan  sıyığı  parçanın  üzərinə 
yaxıb  uĢaqlarda  baĢ  verən  sancıların,  mədə-bağırsaq  ağrılarının,  parazit  qurdların  təsirindən  baĢ 
verən pozuntuların aradan qaldırılmasında göbək nahiyəsinə qoymaqla müalicə edərmiĢlər. 
Qədim  misirlilər  əzvayın  Ģirəsini  ətirli  maddələrlə  qarıĢdırıb  ölmüĢ  fironların  cəsədlərini 
mumiyalayıb, onların çürüməsinin qarĢısını alırdılar. Hazırki dövrə qədər mumiyalanma prosesində 
istifadə olunan Ģirələrin tərkibi sirr olaraq qalmaqdadır. 
Ġbn  Sina  ġərqdə  «ölüm  vadisi»  adı  ilə  məĢhur  olan  sahədə,  yerin  üst  səthinə  çıxmıĢ  uran 
birləĢmələrinin ətrafa buraxdığı radioaktiv Ģüaların təsiri nəticəsində əmələ gələn Ģüa xəstəliklərini 
əzvaydan hazırladığı preparatlarla müalicə edirmiĢ.  
Lakin,  bu  dövrlərdə  bitkiyə  öyey  münasibət  bəsləyən  insanlara  da  təsadüf  edilirdi.  Bu 
insanlar  əzvaydan  hazırlanan  preparatların  müalicəvi  təsirinə  inanmır,  onu  məhv  etmək  üçün 
üzərinə  sulfat  turĢusu  tökür,  aylarla  suvarmır,  dəmir  çubuqlarla  «əziĢdirir»,  xoĢagəlməz  sözlərlə 
«təhqir»  edirdilər.  Həftələrlə  bitkini  qaranlıq  yerlərdə  saxlayırdılar.  Uzun  müddət  qaranlıq  yerdə 
saxlanılan  bitki  özündən  güclü  enerjiyə  malik  maddə  sintez  etməyə  baĢlayır.  Çox  keçmir  ki, 
Ümumittifaq  Elmi-tədqiqat  dərman  və  ətirli  bitkilər  institutunun  əməkdaĢları  SSRĠ  dövründə 
əzvaydan  yeni  preparat  «əzvay  emulyasiyası»  hazırlayırlar.  Əzvaydan  hazırlanmıĢ  bu  preparatın 
köməyi ilə rentgen Ģüasının təsirindən zədələnmiĢ dərinin, kəskin ağrıların, çətin sağalan yaraların 
müalicəsində geniĢ istifadə olunmağa baĢlanmıĢdır.  
Hazırda  əzvaydan  hazırlanan  preparatlardan  tibb  praktikasında  geniĢ  istifadə  edilir. 
ġirələrindən,  dəmirlə  zənginləĢdirilmiĢ  Ģərbətlərdən  (siroplardan),  kompleks  hazırlanmıĢ 
preparatlarından mədə-bağırsaq, ağ ciyər soyuqdəymələrində, dəri xəstəliklərində istifadə edirlər. 
Elmi təbabətdə əzvayın yarpaqlarını press altında saxlamaqla, Ģirəsini çıxarıb qurudur, sonra 
qurudulmuĢ  Ģirəni  əzvay  poroĢok  (toz)    halına  salıb  xroniki  mədə-bağırsaq  xəstəliklərində,  atoniv 
qəbizlikdə yüngül iĢlətmə dərmanı kimi istifadə edilir.  
Əzvayın qurudulmuĢ Ģirəsindən və onun preparatlarından 0,5-2,0% dozada iĢlətmə dərmanı 
kimi,  0,05-0,2%    kiçik  dozada  isə mədənin  həzm  prosesini  yaxĢılaĢdıran,  iĢtah  artıran  vasitə  kimi 
istifadə edilir. 
Akademik  V.P.Filatovun  üsulu  ilə  iki  həftə  ərzində  qaranlıq  yerdə,  4-8
o
C  temperaturda 
saxlanmıĢ  əzvay  yarpaqları  xüsusi  biogen  stimulyatorları  hasil  edir  ki,  bunlar  da  solan  həyat 


25 
 
proseslərinin  canlandırılmasında  və  toxuma  terapiyasında  tətbiq  edilir.  Bu  maddələr  orqanizmin 
özünün  müdafiə  qabiliyyətini  artırır,  maddələr  mübadiləsini  yaxĢılaĢdırır,  canlı  orqanizmin  bütün 
həyati  proseslərinin  fəaliyyətinə  müsbət  təsir  göstərərək,  xəstənin  tez  sağalmasına  zəmin  yaradır. 
Əzvayın  ampulalarda  buraxılan  standartlaĢdırılmıĢ  və  sterilizə  edilmiĢ  sulu  ekstraktından  göz 
xəstəliklərində  (konyuktivitlərdə,  piqment  rinitində,  göz  sinirinin  atrofiyasında  (qlaukomada), 
traxomada,  billurun  bulanmasında,  blefaritdə  ,  buynuz  təbəqəsinin  iltihabında,  iritin  müalicəsində 
və s. geniĢ istifadə edilir.  
Əzvayın təzə  və qurudulmuĢ  yarpaqlarından alınan Ģirədən məlhəm formasında rentgen və 
Ģüa terapiyasında törənən yanıqlara və dermatitlərə qarĢı istifadə edilir. Emulsiyası II və III dərəcəli 
yanıqların müalicəsində iĢlədilir. Əzvayın təzə Ģirəsindən gec sağalan yaraların və trofik xoraların 
müalicəsində  yarasağaldıcı  dərman  kimi  istifadə  edilir.  Bundan  baĢqa  təzə  Ģirədən  qastritlərdə  və 
kolitlərdə  də  istifadə  olunur.  Əzvayın  dəmirlə  zəngin  Ģərbəti  qanazlığında  iĢlədilirdi. 
Preparatlarından  isə  iĢtahaçıcı,  həzm  sisteminin  nizama  salınmasında,  ödqovucu,  iĢlədici,  güclü 
tonusartırıcı,  soyuqdəymə,  yarasağaldıcı,  bakterisid  və  s.  xəstəliklərin  müalicəsində  geniĢ  istifadə 
edilir.  Bundan  baĢqa  əzvayın  təzə  yarpaq  və  Ģirəsi  müxtəlif  dəri  xəstəliklərinin,  çətin  sağalan 
yaraların,  kəsiklərin,  aybaĢının  nizamlanmasında  geniĢ  tətbiq  olunur.  Yarpaqlarından  alınmıĢ  təzə 
Ģirəni qaranlıq yeıdə saxladıqdan sonra ağ ciyər vərəminin müalicəsində iĢlədilir.  
Dünyanın  bir  sıra  xəstəxanalarında  əzvay  Ģirəsindən  dəri  vərəmində,  çətin  sağalan 
ekzemaların,  qurdeĢən  və  s.  xəstəliklərin  müalicəsində  yaĢ  sarğı  kimi  geniĢ  sitifadə  edilir.  Əzvay 
Ģirəsinin  spirtdə  konservləĢdirilmiĢ  preparatı  mədədə  olan  yüksək  turĢuluğun  azaldılmasında, 
xroniki kolitdə geniĢ tətbiq edilir.  
PolĢada  əzvaydan  hazırlanan  «Aloes  sicc»  ekstraktından  «Aloes  mikstura»,  «Ayaks  draji» 
və s. preparatlardan elmi təbabətdə geniĢ istifadə edilir. Burada əzvaya «müalicə kaktusu» deyirlər. 
Təəsüflər  olsun  ki,  min  bir  dərdin  dərmanı  olan  əzvay  bitkisindən  respublikamızın  tibb  aləmi 
istifadə  etməyi  unutmuĢdur.  Halbuki,  müxtəlif  xalqların  xalq  təbabətində  əzvaydan  müxtəlif 
preparatlar hazırlanıb bir çox xəstəliklərin müalicəsində geniĢ istifadə olunur. Bunların bir neçəsi ilə 
oxucuları tanıĢ etmək istərdik.  

Yüklə 8,43 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   730




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin