Angina, gingivit, stomatit zamanı. 1 xörək qaĢığı xırdalanmıĢ yarpaqların üzərinə 1 stəkan
qaynar su töküb 10 dəqiqə qaynadın. Süzdükdən sonra boğaz və ağzınızı gündə 6 dəfə bu məhlulla
yaxalayın.
Diareya zamanı. Çaytikanının qurudulmuĢ və xırdalanmıĢ yarpaqları və budaqlarının
üzərinrə soyuq su töküb, odda 5 dəqiqə qaynadın. Bir saat saxlayıb süzün və bir dəfəyə daxilə qəbul
edin.
Çaytikanı yağının canlandırma qüvvəsi. Çaytikanınm ən qiymətli hissəsi onun
meyvəsindən hazırlanan yağıdır. Bunun yağını heç bir bitkidən alınan yağla əvəz etmək olmaz. Bu
çətin sağalan yaraların, yanıqların, don vurmanın, Ģüa zədələnmələrinin, trofik yaraların,
ekzemaların müalicəsində geniĢ istifadə edilir.