Çaytikanının xalq təsərrüfatı əhəmiyyəti. Meyvələrinin xoĢagələn sarı-narıncı, narıncı,
narıncı-qırmızı rəng çalarlarına görə ondan bəzək məqsədilə bağ və bağçaların, parkların
bəzədilməsində istifadə olunur. Sibirdə yaĢayan türk xalqları çaytikanından çox-çox qədimlərdən
istifadə etmiĢlər.
Oduncağı çox qiymətli xammaldır. Ondan müxtəlif bəzək əĢyaları hazırlanır. Zoğ
hissəsindən isə potaĢ alınır. Yabanı halda geniĢ yayılan çaytikanı bitkisinin meyvələri ilə vəhĢi
quĢlar və heyvanlardan dovĢan, sincab, tülkü, ayı və s. qidalanır.
QuĢ və heyvanlar onun meyvəsini yeməklə yanaĢı, həm də müalicə olunurlar. Əgər quĢların
qanadlarında yara və qaĢınma olarsa, onlar qanadlarını çaytikanı meyvələrinə sürtürlər.