Yarpaq, budaq və kök hissələri. Çaytikanının yarpaq və cavan budaqları aĢı maddələri ilə
zəngindir. Həmin hissələrin tərkibində 10%-ə qədər aĢı maddəsi tapılmıĢdır. Ona görə də
çaytikanından aĢı boyaq xammalı kimi də istifadə etmək olar. Çaytikanı yarpağının tərkibindəki aĢı
maddəsi təmiz qallatin hesab edilir.
Buryatiyada bitən çaytikanının kök hissəsindən sulu karbonlar, leykoantosianid, katexin,
flavonoid birləĢmələri, ətirli yağ turĢuları, antroxinon tərkibli boyaq maddələri, P vitamini və s.
alınmıĢdır.