Elmi redaktorlar amea-nın müxbir üzvləri


Çaytikanı  meyvəsindən  quru  şirənin  alınması



Yüklə 8,43 Mb.
Pdf görüntüsü
səhifə363/730
tarix26.12.2016
ölçüsü8,43 Mb.
#3714
1   ...   359   360   361   362   363   364   365   366   ...   730
Çaytikanı  meyvəsindən  quru  şirənin  alınması.  Çaytikanı  Ģirəsinin  tərkibi  bioloji  aktiv 
maddələrlə  zəngin  olub,  orqanizmi  qüvvətləndirir,  iĢtah  gətirir,  maddələr  mübadiləsini  normal 
vəziyyətə  salır.  Lakin  onun  uzun  müddət  saxlanması  və  daĢınması  çətindir.  Bunun  üçün  alimlər 
çalıĢmıĢlar ki, Ģirəni quru toz halına salsınlar. 
Çaytikanı  Ģirəsini  süzgəcdən  keçirdikdən  sonra  onu  45-50°C  temperaturda  termostatda 
qurudurlar.  Bu  zaman  10,4%  quru  Ģirə  alınır.  Bu  quru  Ģirə  tünd-qonur  rəngdə  olur.  AmorfĢəkilli, 
turĢtəhər, acı dada malik pH-ı 1%-li sulu məhlulda 1,375 olan tozdur. Suda yaxĢı, isitdikdə isə pis 
həll olur. Sulu məhlulda turĢuluq dərəcəsi 12,2-dir. ġüĢə qablarda saxlanılması məsləhət görülür. 
Cecə. Çaytikanı meyvəsinin yağını aldıqdan sonra 20%-ə qədər cecə halında tullantı əmələ 
gəlir. Bu cecə sarı-qəhvəyi rəngdədir. Ə1 ilə yoxladıqda amorf Ģəkilli yağlı toz olduğu hiss edilir. 
Suda gec həll olur. Az halda spirtdə, efırdə, xloroformda və yağda həll olur. 
Təzə  cecənin  tərkibində  1,14%  fosfor,  0,2%  kalsium,  18,34%  protein,  12,36%  piy,  12,0 
tanin,  12,65%  sellüloza,  1,96%  kül,  64,67%  azotsuz  ekstraktiv  maddələr  var.  Cecəni  bir  il 
saxladıqdan sonra onun tərkibində olan maddələrin miqdarı, o cümlədən karotin 3 dəfə, piy 4,48% 
və s. azalır. 
Cecə 30 kq-lıq kağız kisələrə doldurulub dövlət tərəfindən satıĢa göndərilir. Quru anbarlarda 
saxlanma müddəti 6 aya qədərdir.  

Yüklə 8,43 Mb.

Dostları ilə paylaş:
1   ...   359   360   361   362   363   364   365   366   ...   730




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin