Kumarinlər. Bütün çaytikanı sort və formaları tərkibində kumarin maddələri saxlayır.
Amin turşuları. Buryatiyadan toplanmıĢ çaytikanı meyvəsinin tərkibində amin turĢularından
0,453% lizin, 0,33% histidin, 1,8% arginin, 1,55% asparagin turĢusu, 0,325% treonin, 0,597% serin,
2,24% qlyutamin turĢusu, 0,75% prolin, 0,65% qlisin, 0,828% alanin, 0,196% valin, 0,554%
izoleysin, 1,073% leysin, 0,35% tronin, 0,587% fenilalanin və s. tapılmıĢdır.
Yağ. Sibirdə bitən çaytikanı meyvəsinin dondurulmuĢ lətli hissəsindən 8% yağ, toxumundan
isə 12-13% yağ alınmıĢdır. Hər iki yağın tərkibi yağ xüsusiyyətinə cavab verib, bir-birlərindən rəng
və tərkibcə fərqlənir. Meyvəsindən alınan yağın rəngi narıncı və yaxud qırmızı, toxumunun yağı isə
zəif sarı rəngdə olur.
Toxumundan alınan yağ maye halında, sarı rəngli olub, heç bir dada və iyə malik deyil. Lət
hissəsindən alınan yağ da maye halındadır, qırmızımtıl-qəhvəyi rənglidir, turĢ dada və xoĢ iyə
malikdir. Qabığının yağı isə qatı halda, tünd-qəhvəyi rəngdə olub, zəif büzüĢdürücü dadı və xoĢ iyi
var.
Çaytikanının lətli hissəsindən alınan yağı iki il qapalı qabda saxladıqdan sonra tərkibini
analiz etdikdə onda çoxlu miqdarda stearin, palmitin, liqnosedin, linuzin, araxin və s. yağ turĢuları
tapılmıĢdır.
Lət hissəsindən alınan yağla toxumundan alınan yağın fiziki və kimyəvi xüsusiyyətləri bir-
birindən fərqlənir.
Çaytikanının lətli hissəsindən alınan yağın tərkibi karotinoidlərlə zəngin olduğu halda,
toxumundan alınan yağda karotin olduqca azdır, digər karotinoidlər isə yoxdur. Lətdən alınmıĢ
yağın tərkibində 160 mq% vitamin E olduğu halda, toxumdan alınan yağda 120 mq% E vitamini
var.
154
Çaytikanı meyvəsinin tərkibindəki yağın miqdarı genetik formadan, hava Ģəraitindən,
meyvənin yetiĢmə dərəcəsindən, bir sözlə ekoloji amillərdən çox asılıdır.
Dostları ilə paylaş: |