Cədvəl 5. DondurulmuĢ çaytikanı meyvəsinin kimyəvi tərkibi (%-lə).
Maddələr
Dənəsiz
Dənə ilə birlikdə
ġirə
Su
82,29
82,45
82,88
Qlükoza
1,96
1,66
1,86
Fruktoza
1,00
0,70
0,55
Saxaroza
1,7
1,9
2,0
ġəkərin ümumi miqdarı
2,96
2,36
2,41
Alma turĢusu
2,64
2,30
2,74
Sellüloza
0.54
4,77
-
AĢı maddəsi
0,12
0,14
0,15
Yağ
8,8
10,2
12,5
Qeyri-üzvi maddələr
0,45
0,49
0,51
Pektin
0,05
0,08
0,09
ġəkərin turĢuluğa nisbəti
1,12
1,02
0,88
Alimlər öyrənmiĢlər ki, çaytikanı meyvəsində olan C vitamini ondan müxtəlif məhsullar
hazırlayan zaman baĢqa meyvələrdəki C vitaminindən daha davamlı olur. Alimlər bunun səbəbini
çaytikanı meyvəsinin tərkibində askorbinaza fermentinin olmaması ilə izah edirlər.
E vitamini (tokoferol). E vitaminin miqdarına görə çaytikanı bütün meyvə və giləmeyvəli
bitkilərin içərisində birinci yeri tutur.
Karotin (provitamin A). Çaytikanının qırmızı rəngdə olan meyvəsində karotin daha çox
toplanır. Belə ki, qırmızı rəngli meyvənin tərkibində 3,3-8,5 mq% karotin olur. Karotin meyvənin
tərkibində həll olmuĢ Ģəkildədir, meyvəyə parlaq-narıncı rəng verir.
Çaytikanı meyvəsinin tərkibində mürəkkəb quruluĢlu piqment maddələri var.
Özbəkistan EA-nın üzvi kimya institutunun əməkdaĢları 1950-ci ildə çaytikanı meyvəsinin
kimyəvi analizi zamanı meyvənin yağının tərkibində zeaksantin, likopin, α və β-karotin, həmçinin
quruluĢu məlum olmayan bir neçə piqment maddəsi tapmıĢlar. α və β-karotin ümumi piqment
maddəsinin 20%-ni təĢkil edir.
Çaytikanı meyvəsindəki karotinoidin miqdarı ən çox karotinoid saxlayan kök, balqabaq və s.
tərəvəz bitkilərindən bir neçə dəfə çox olur. Ona görə də çaytikanı meyvəsi karotin almaq üçün ən
əlveriĢli xammal hesab oluna bilər.
Dostları ilə paylaş: |