151
və 66-ya qədər növünə rast gəlmək olar. Bu növlər ağac və kol bitkiləri olub yer kürəsinin mülayim
və subtropik iqlim zonalarında yayılmıĢdır. Ġydə fəsiləsinə aid olan
növlərin
əksəriyyəti qida,
dərman,
aĢı, boyaq, nektar və bəzək bitkisi hesab edilir. Bu cinslər arasında xalq təsərrüfatmm
müxtəlif sahələrində istifadə olunan
çaytikanı növü xüsusi
yer tutur.
Çaytikanı -
Hippophae rhamnoides L. yunan sözü olub, botaniki adının mənası
«hippos - at,
phae - parlaq,
rhaminos - tikan,
eides - növ» mənasını bildirir.
Bitkinin çiçək və giləmeyvəsinin saplaqları çox qısadır. Budaqlarının hər tərəfindən sıx
giləmeyvə ilə əhatə olunmasına görə ona çaytikanı (oblepixa) adı verilmiĢdir.
Hazırkı dövrə qədər botaniklər çaytikanı cinsinin 3 növə mailk olduğunu qeyd edirlər.
ArmudaoxĢar çaytikanı -
H.rhamnoides L.
, söyüdyarpaq çaytikanı -
H. rh. salicifolia D.Don.
və Tibet çaytikanı —
H. rh. tibetana Schlecht.
Tibet çaytikanı 1869-cu ildə botanik ġlextendan tərəfindən, söyüdyarpaq çaytikanı isə 1825-
ci ildə ingilis botaniki David Donom tərəfindən təsvir edilmiĢdir.
Bu növlər içərisində ən qiymətlisi isə adi çaytikanı hesab edilir.
Təcrübə sahəsində əkilib-becərilən çaytikanı bitkisi sanki zəngin bir «qızıl xəzinəsini»
xatırladır. Bu qəribə bitki Rusiya ərazisində 200 ildən artıqdır ki, mədəni halda becərilir. Bu sirli və
ecazkar bitkinin gözəl görünüĢünə və nadir müalicəvi xüsusiyyətlərinə görə «qızıl», «qızıl
giləmeyvə», «qızıl bəhrə» xoĢ ekzotik ətrinə və iyinə görə «sibir ananası» adlandırırlar.
Müalicə məqsədləri üçün bitkinin bütün hissələrindən istifadə edilir.
Çaytikanı -
Hippophae rhamnoides L. hündürlüyü 2-5(10) m-ə çatan qol-budaqlı, tikanlı
koldur. Lanset formalı, üst hissəsi tünd-yaĢıl, alt hissəsi isə gümüĢü-ağ rəngli, gödək saplaqlı
yarpaqları var. Aprel-may aylarında çiçəkləyir. Erkək çiçəkləri gümüĢü-qonur, diĢi çiçəkləri isə
sarımtıl rəngdə olub, sünbül formasında düzülmüĢdür. Sarı, qızılı-sarı və ya narıncı-qırmızı rəngli
giləmeyvələri scntyabr-oktyabr aylarında yetiĢir. Girdə, oval və uzunsov formalı gilələri noxud
boyda olur. Meyvəsinin dadı turĢməzə, turĢməzə-Ģirin və ətirlidir. Çaytikanı kolları 3 və 4-cü ildən
baĢlayaraq məhsul verir. 5-6 yaĢlı kollardan orta hesabla 1-2 kq, sonrakı illərdə isə 5-8 kq məhsul
alınır.
Çaytikanı yabanı halda Orta Asiyada, Qafqazda, ġərqi və Qərbi Sibirdə, Altayda geniĢ
yayılmıĢdır.
Azərbaycanda çaytikanına Alazan çayı vadisində, Quba-Xaçmaz, ġəki-Zaqatala
bölgələrində, Oğuz, Qəbələ, Balakən, Kəlbecər, Ağdərə, Lənkəran rayonlarında, Naxçıvan MR-də
dəniz səviyyəsindən 1900-2000 m hündürlükdə kolluqlar Ģəkilində təsadüf edilir. Bu bitki ən çox
çay vadilərində, qumsal yerlərdə bitir.
Təəssüf ki, respublikamızda bu qiymətli bitkinin qorunub saxlanılmasına az qayğı göstərilir.
MeĢə təsərrüfatı idarələri, təbiəti mühafızə təĢkilatları onun kütləvi surətdə qınlmasının qarĢısını
almaq üçün ciddi tədbirlər görməlidirlər.
Dostları ilə paylaş: