150
təmsil edən Dafna belə ki, o Erot Apollonu sevdiyinə görə çox əziyyət çəkirdi. Dafnanın ürəyinə isə
məhəbbəti öldürən ox sancılmıĢdır. Apollon qızı dəlicəsinə sevir və həmin gündən onu izləməyə
baĢlayır. Bunu hiss edən Dafna atasına yalvarır ki, onun ilahidən verilmiĢ gözəlliyini əlindən alsın.
Peney qızının xahiĢini yerinə yetirərək onu gözəl görünüĢə malik olan kol bitkisinə çevirir. Kolun
yarpaqları qızın saçlarım xatırladır. Bu əfsanəyə görə canavargiləsinə gözəllər gözəli Dafnanın adını
vermiĢlər‖.
Canavargiləsi dərman və bəzək bitkisi sayılır. Bitkinin qabıq hissəsindən dafnetkosin,
kumarin - dafnin, kök və budaqlarının qabıqlarından umbelliferon, dafnetin, dafnin, dafnetin-8-
qlükozid, katexin, apigenin flavonoidləri, budaqlarında 4,3% saxaroza, yarpaqlarında kumarin,
0,97-2,07% umbelliferon, 0,10-0,44% dafnetin, 0,12-1,16% dafnin, 0,4-1,66% dafnosetin,
hesperidin, toxumlarından mezerin,
boyaq maddələri, mum, qatran və s. aĢkar edilmiĢdir.
Orta əsrin məĢhur təbibi Əbu Əli Ġbn Sina yazırdı ki, canavargiləsindən hazırlanan cövhər,
dəmləmə və məlhəmlərdən cüzam, əsəb xəstəlikləri, baĢgicəllənmə, yuxusuzluğa, öd kisəsi və qara
ciyər xəstəliklərinin müalicəsində istifadə edilirdi. ġair Y.V.Linik canavargiləsinin ətrafında uçuĢan
sarı, limonu-sarı və müxtəlif rəngli kəpənəkləri görüb heyrətə gəlir. O, təbiətin bu qədər gözəl və
rəngarəngliyinə heyran olduğunu dönə-dönə qeyd edir. Canavargiləsinin ətıafındakı bitki və həĢərat
növlərinin gözəlliklərini və insanı necə heyran etdiyini dönə-dönə təsvir edir. Qədim əlyazma
formasında qalmıĢ «Müalicə və sevimli magiya» kitabında qeyd edilir ki, iki gün oruc tutduqdan
sonra günbatan zaman canavargiləsi kolundan 13 ədəd budaq kəsib, onları xırda hissələrə salaraq
qurudun. Sonra onu döyüb toz halına salın, həmin tozu təmiz parçadan tikilmiĢ torbaya töküb, ona
bozumtul rəngli ətirli ənbər qatın. 13 gün gecə-gündüz ürəyinizin üstündə gəzdirin. Sonra isə onu
ürəyinizdə istədiyiniz adamın balıĢının üzərinə səpsəniz, az bir müddət içərisində həyatınızda sizin
xeyrinizə böyük dönüĢün baĢ verdiyinin Ģahidi olacaqsınız. MəĢhur botanik P.S.Pallas 1776-cı ildə
«Rus dövlətinin müxtəlif vilayətlərinə səyahət» kitabında qeyd edir ki, sibirlilər bu kol bitkisini
«yabanı bibər» adlandırırlar. Bitkinin meyvəsindən hazrladıqları Ģirədən öskürək və qurd əleyhinə
istifadə edirlər. KiĢilər toxumlarını narın toz halına salıb çay kimi dəmləyib içərək mədələrini
mökhəmləndirirlər. Kökündən hazırlanmıĢ acmtıl tozdan diĢ ağrılarında sakitləĢdirici vasitə kimi
istifadə edilir. Sibir xalqları bu gün də bitkinin qabığından hazrladıqları məlhəmin köməyilə bütün
damar ağrılarını, osteoxondroz, artrit,
revmatizm, iflic və podaqranı müalicə edirlər.
Xalq təbabətində, eləcə də elmi təbabətdə xərçəng, mədə-bağırsaq, öskürək, vərəm, qızılça,
sarılıq, dizenteriya, eləcə də bir neçə tromboflobit xəstəliklərində bitkidən hazırlanan preparatlar
tətbiq edilir.
Eyni zamanda boğaz, burun-qulaq, həzm yollarında və uĢaqlıqda əmələ gələn ĢiĢlərin
müalicəsində də istifadə edilir.
Dostları ilə paylaş: