Elmi redaktorlar amea-nın müxbir üzvləri


Dazıotu  çiçəyindən  yağın  hazırlanması



Yüklə 8,43 Mb.
Pdf görüntüsü
səhifə348/730
tarix26.12.2016
ölçüsü8,43 Mb.
#3714
1   ...   344   345   346   347   348   349   350   351   ...   730
Dazıotu  çiçəyindən  yağın  hazırlanması.  1  xörək  qaĢığı  təzə  çiçəyini  1  stəkan  zeytun, 
günəbaxan  və  yaxud  kətan  yağına  töküb,  2  həftə  saxlayb,  süzün.  Aldığınız  qırmızı  rəngli  yağı 
yaraların,  çibanların,  kəsiklərin  üzərinə  sürtün.  Müalicəni  zədələnmiĢ  nahiyəniz  sağalana  qədər 
davam etdirin. 
Dazıotundan  dəmləməniıı  hazırlanması.  2-4  xörək  qaĢığı  dazıotunu  2  litr  suya  töküb  20 
dəqiqə  qaynadıb  otaq  temperaturunda  soyudub  süzün.  Alınan  ekstraktdan  yaraların  və  kəsiklərin 
yuyulub dezinfeksiya edilməsində istifadə edin. 
Təbii  Ģəraitdə  yayılmıĢ  dazıotunun  hər  hektar  sahəsindən  0,1-15  sentner  xammal  əldə 
olunduğu  halda,  mədəni  halda  becərilmiĢ  dazıotundan  ikinci  il  hər  hektar  sahədən  15-25,  üçüncü 
ildə  isə  30-40  sentner  bitki  xammalı  tədarük  etmək  olar.  Dazıotunun  çiçəklərindən  alınan  spirtli 
içkilərin    ətirləndirilməsaində,  «dazıotu»,  «Erofeiç»  kimi  acımtıl  içkilərin,  müxtəlif  balzamların 
hazırlanmasında geniĢ istifadə edilir. 
Dazıotunun  tərkibində  olan  hiperisin  piqmentinin  iĢıq  Ģüalarına  həssaslığı  heyvan  və  insan 
orqanizmlərinin  günəĢ  Ģüasına  olan  həssaslığının  kəskin  surətdə  artmasına  səbəb  olur.  Bu  zaman 
xoĢagəlməz hallar baĢ verir. Bunun qarĢısını almaq üçün dazıotu ekstraktlarından istifadə edilir. 
Alman biokimyaçılarının uzun müddət apardıqları tibbi eksperimentlər nəticəsində müəyyən 
edilmiĢdir ki, dazıotundan alınan preparat depressiyaya tutulmuĢ xəstələri müvəffəqiyyətlə müalicə 
edir. 
Dazıotunun  tərkibində  müalicəvi  təsirə  malik  boyaq  maddələri  aĢkar  edilmiĢdir.  Bu 
maddələrlə  biz  yeyinti,  xalçaçılıq,  toxuculuq,  rəssamlıq  sahəsində,  həmçinin  uĢaq  oyuncaqlarını 
ekoloji  cəhətdən  təmiz  boyalarla  boyaya  bilərik.  Biz  istehsalat  Ģəraitində  aldığımız  boyaq 
ekstraktının tərkibinə müxtəlif elementlərin duzlarını əlavə etməklə yun və ipək məmulatlarını sarı-
qırmızı,  narıncı,  narıncı-qırmızı,  narıncı-qəhvəyi,  qəhvəyi-qırmızı,  qəhvəyi-çəhrayı,  qəhvəyi-boz, 
bozumtul,  bozumtul-çəhrayı,  qonurumtul,  fıruzəyi,  Ģabalıdı-bozumtul,  bozumtul-yaĢıl,  yaĢıl, 
zeytunu, tütünü və s. rəng və çalarlarla boyadıq. 
Dazıotundan  alınan  piqment  maddələri  ilə  əczaçılıq  sənayesində  dərman  preparatlarını 
ekoloji cəhətdən zəhərsiz boyalarla boyamaq olar. 


148 
 
Dazıotu  qiymətli  dərman  bitkisi  kimi  bir  çox  ölkələrin  xalq  və  elmi  təbabətində  geniĢ 
istifadə  edilir.  Dazıotundan  hazırlanan  preparatların  müalicəvi  spektri  çox  geniĢ  olduğu  üçün  bir 
sıra  çətin  sağalan  xəstəliklərin  müalicəsində  geniĢ  istifadə  edilir.  Belə  ki,  «dazıotu  cövhərindən» 
diabetin  (Ģəkərin),  nefritin,  sistouretritin,  yara  və  bağırsaqların  selikli  qiĢasında  əmələ  gələn 
eroziyaların, dəri yaralarının, artritin müalicəsində istifadə edilir. 
Dazıotunun  quru  ekstraktından  orqanizmin  müqavimətinin  artırılmasında,  büzüĢdürücü 
vasitə  kimi  «Yarsin-300»,  yerüstü  hissəsindən  alınan  ekstraktından  antidepressiya,  oturaq  sinir 
xəstəliklərində istifadə edilir. 
Dazıotundan  alınan  «hovoimanin»  antibakterial  ial  vasitə  kimi  elmi  təbabətdə  geniĢ  tətbiq 
edilir.  Slovakiyada  dazıotundan  hazırlanan  «Floristen»  preparatından  qadın  xəstəliklərinin 
müalicəsində iĢlədilir. Rusiyada dazıotu istehsal edilən  20-dən artıq dərman preparatının tərkibinə 
qatılır.  Bu  preparatlardan  immunitet  möhkəmləndirici,  soyuqdəymədə,  hipoqlikemiyada, 
hepatoprotektor və antioksidant vasitə kimi tətbiq edilir. 
Dazıotundan  hazırlanan  kompozisiya  ekstraktı  ABġ-a  patent  kimi  satılmıĢdır.  Kliniki 
sınaqlar  zamanı  müəyyən  edilmiĢdir  ki,  bu  kompleks  xroniki  yorğunluq  sindromunun  əleyhinə 
iĢlətmək olar. 
Son  illərdə  dazıotunun  kimyəvi  və  farmakoloji  xüsusiyyətlərinin  daha  dərindən  tədqiqi 
nəticəsində yeni antidepressant və psixotrop preparatlar kəĢf edilib xalqın istifadəsinə verilmiĢdir. 
Dazıotunun  ekstraktlarından  Almaniyada  yeni  «Neqrustin»,  «Qelarium  hiperikum»,  «Qiperforat», 
«Psixotonin»,  «Nefropas»  preparatları  hazırlanmıĢdır.  Bu  preparatlar  qorxu,  həyəcan,  depressiya 
zamanı  baĢ  verən  bir  sıra  əsəb  xəstəliklərinin  müalicəsində  istifadə  edilir.  Bu  yeni  preparatlar 
dünyanın bir çox iri tibb müəssisələrində geniĢ tətbiq edilir. Preparatların əsas kimyəvi tərkiblərini 
dazıotundan alınmıĢ flavonoid birləĢmələri təĢkil edir. 
 

Yüklə 8,43 Mb.

Dostları ilə paylaş:
1   ...   344   345   346   347   348   349   350   351   ...   730




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin