142
sonra bitki ölkənin cənub əyalətlərində də geniĢ yayılmıĢdır. Asiya qitəsində getdikcə inkiĢaf edən
çay bitkisi XIX əsrdən etibarən Afrika, Amerika və Avropa qitələrinin bir sıra ölkələrində də geniĢ
yayılmağa baĢlayır.
Çay Rusiyada saray əyanlarının xoĢuna gəlmiĢ və sonralar boyarlar onu ölkənin hər yerində
yaymağa baĢlamıĢlar. 1779-cü ildə Çin ilə Rusiya arasında bağlanmıĢ müqaviləyə əsasən, ölkəyə
Çindən çay gətirilmiĢdir.
Rusiyada çay əkilib-becərilməsinə XIX əsrin əvvəllərində baĢlanmıĢdır. Ġlk çay bitkisi 1818-
ci ildə Nikitin Nəbatat bağında əkilmiĢdir. Rusiyada çay bitkisi sənaye məqsədilə 1833-cü ildən
yetiĢdirilməyə baĢlanmıĢdır. Bu da bir çox alimlərin, müxətəssislərin, çay həvəskarlarının səyi
nəticəsində olmuĢdur. Vaxtilə Qərbi Gürcüstanda və Ġranda olmuĢ rus yazıçısı A.S.Qriboyedov
qeyd edir ki, hələ 1827-1828-ci illəıdə Qara dənizin Batumi sahilində çay və digər subtropik bitkilər
yetiĢdiımək haqqında layihə təqdim edilmiĢdir.
Rusiyada ilk çay fabriki 1897-ci ildə tikilmiĢdir. Çay fabriki o zaman lazımi avadanlıqla
təchiz edilmədiyindən istehsal olunmuĢ məhsulun keyfiyyəti çox aĢağı idi. Bu dövrlərdə
Azərbaycanda və Orta Asiyada təcrübə məqsədilə çay əkilməyə baĢlanır. Bitki 1890-cı ildə Cənubi
Qafqazda, 1896-cı ildən sonra isə Lənkəranda sınaqdan keçirilir və beləliklə də Azərbaycanda
çayçılıq get-gedə geniĢlənir.
1931-ci ildən sonra Lənkəran-Astara, ġəki-Zaqatala zonalarında, Krasnodar diyarında çay
sahələri inkiĢaf etdirilməyə baĢlandı. Çayçılıq üzrə kolxoz və sovxozlar, elmi-tədqiqat idarələri və
institutlar yaradıldı. Vaxtilə keçmiĢ SSRI çay istehsalına görə dünyada 20-ci yeri tuturdu və burada
adambaĢına ildə orta hesabla 0,32 kiloqram məhsul istehsal edilirdi.
YUNESKO-nun məlumatına görə gündə dünyada 3 min tona yaxın quru çay iĢlədilir.
Azərbaycanda ildə adambaĢına bir kiloqram çay sərf olunur. Ġçilən çayın miqdarına görə
respublikamız Özbəkistan və Tacikistandan sonra üçüncü yeri tutur.
Çay qiymətli texniki bitki hesab olunur. O, vitaminli, efır yağlı, aĢı təbiətli, dərman
xüsusiyyətli və boyaq əhəmiyyətli bitkidir. Çay yarpağının tərkibində P vitamini qrupundan
olan bir
sıra maddələr: tanin, tein, efır yağları, karbonatlar, zülallar, fermentlər və s. vardır. Tədqiqatlar
göstərir ki, yaĢıl çay yarpağının tərkibində C vitamini, çay kollarının nazik budaqlarında və
yarpaqlarında B
1
, B
2
, K, PP vitaminləri də vardır. Bundan baĢqa onun tərkibində nikotin və
pantoten turĢuları, kempferol, rutin, kofein və s. maddələr mövcuddur. Bir sözlə, çayın tərkibində
130-a yaxın nadir və qiymətli maddə vardır.
Qeyd etdiyimiz kimi, çaydan hələ eramızdan çox-çox əvvəl qiymətli müalicə otu kimi
istifadə olunmuĢdur. Qədim manuskript yazılarında göstərilmiĢdir ki, çay bədəni sağlamlaĢdırır,
ürək döyüntülərini nizama salır, zehni təmizləyir və əhvali-ruhiyyəni yaxĢılaĢdırır. Lakin çayın
müalicəvi əhəmiyyəti və onun möcüzəli təsiri elmi surətdə ancaq XX əsrin ortalarından sonra
öyrənilmiĢdir. 1945-ci ildə Xirosimaya atılan atom bombasının təsiri nəticəsincə minlərlə insan
Ģüalanmaya məruz qalmıĢ və bu dəĢhətli hadisənin qurbanı olmuĢdur. PartlayıĢdan sonra yerli əhali
ölkənin müxtəlif əyalətlərinə köçmək məcburiyyətində qalmıĢdır. ġüa xəstəliyinə tutulmuĢ əhalinin
Udçi çayçılıq əyalətinə köçmüĢ hissəsi az bir zamanda sağalmıĢ, amansız ölümdən yaxa qurtara
bilmiĢdir. Bu məsələ yapon ictimaiyyətinin nəzərini cəlb etmiĢ və böyük sensasiyaya səbəb
olmuĢdur. Tokio qəzetləri o zaman «Çay radiasiyadan qoruyur», «Atom əsrinin içkisi», «Çayın
möcüzələri» və s. baĢlıqlar altında çayı geniĢ təbliğ etməyə baĢlamıĢlar. Yaponiyanın Kioto
universitetinin əməkdaĢlarından Yanq Taijiquan və Ensi Hayal çay bitkisini geniĢ tətbiq etmiĢ və
belə nəticəyə gəlmiĢlər ki, çay nüvə partlayıĢı zamanı orqanizmi radioaktiv izotoplarla zəhərləyən
stronsium 90-ı təsirdən salır. Çay Ģüalanmanı neytrallaĢdırır və Ģüalar tədricən insan
orqanizimindən kənar olur. Bunu nəzərə alaraq alimlər Ģüa xəstəliyinin müalicəsində təbabətdə çox
dan bəri məlum olan tanin preparatmdan istifadə edilməsini məsləhət görürlər. KeçmiĢ sovet
alimləri də çayı bu mövqedən tədqiq etməyə baĢlamıĢlar. Kiyev fıziologiya institutunda Ukrayna
alimi A.Qordetski bir qrup siçanı Ģüalandırıb, xəstələndirdikdən sonra iki bərabər qrupa bölmüĢdür.
Birinci qrupu özbaĢına buraxmıĢ, ikinci qrupa ardıcıl surətdə külli miqdarda katexin məhlulu (çayın
tərkibində olan üzvü birləĢmə) vermiĢdir. Nəticədə katexin məhlulu verilən siçanlar sağalmıĢ,
qalanaları isə məhv olmuĢdur ki, bu da Ģüa xəstəliyinin müalicəsində çayın tərkibindəki taninin
144
çürüməsi prosesi baĢ vermir. Gülüstan Ģəhərində yaĢayan uĢaqların yarıdan çoxu diĢ ağrısı nə
olduğunu bilmirlər. Halbuki, onlar Ģirniyyat növlərindən heç də baĢqa Ģəhərlərdə yaĢayan
uĢaqlardan az istifadə etmirlər.
Həkimlərin apardıqları elmi-tədqiqat iĢlərinin nəticəsində məlum oldu ki, Gülüstan
Ģəhərində yaĢayan uĢaqların diĢlərinin agrımamasına səbəb yaĢıl çayın tərkibində olan flüor
maddəsidir. Ona görə də həkimlər
məsləhət görürlər ki, orada yaĢıl çaydan da istifadə edilsin.
Çayın tərkibində olan B
1
, P və K vitaminləri dərinin elastikliyini artırır, rəngini yaxĢılaĢdırır,
kapilyar divarlarını möhkəmləndirir. Ümumiyyətlə, çayın müsbət cəhətlərindən çox danıĢmaq olar.
Bu ecazkar içkini həyat sağlamlıq eliksiri adlandıranlar heç də səhv etmirlər. Çay kolu
məhsullarından biri də onun toxumudur. Çay toxumu əkin materialı kimi istifadə edilməklə yanaĢı,
yeyinti sənayesində də iĢlədilir. Çayın toxumunda 36-37% zəhərli saponin maddəsi vardır.
Çində, Yaponiyada və bir sıra baĢqa ölkələrdə çay toxumunu həmin maddədən təmizləyərək,
yeməli yağ istehsal edirlər. Çay toxumundan alınan efırli yağdan sabun istehsalında istifadə olunur.
Çay kolunun bütün məhsulları (çiçək, yarpaq, toxum və cavan budaqları) yuxarıda deyildiyi
kimi, yeyinti, ətriyyat və təbabət sənayesi üçün qiymətli xammaldır. Lakin, hələlik Azərbaycanda
çay kolu məhsullarından bu məqsədlər üçün tam istifadə olunmur, yalnız məxməri çay (qara çay)
hazırlanır.
Azərbaycanda çay bitkisi quru çay hazırlamaq məqsədilə becərilir. Gürcüstanda isə çay
yarpaqlarından qara çaydan baĢqa, yaĢıl çay və preslənmiĢ çay da hazırlanır.
Azərbaycanın quru çayı öz keyfiyyətinə görə dünyanın ən yaxĢı çay növlərindən geri qalmır.
Bunu bitkinin kimyəvi tərkibinə görə Hindistan quru çayı ilə müqayisəsi də aydın göstərir.
Hindistan çayının 46-50%-ni ekstrakt, 25-35%-ni tanin, 3-4%-ni kofein, 4,6%-ni ümumi azot,
5,8%-ni ümumi kül təĢkil edir. Azərbaycan quru çayının tərkibində isə 41-50% ekstrakt, 23,5-
30,0% tanin, 2,4-3,3% kofein, 3,6-5,3% ümumi azot, 4,8-5,8% ümumi kül vardır. Bu göstəriciləri
ilə Azərbaycan çayı Gürcüstan və Seylon çayına uyğundur. Bu maddələrlə yanaĢı Azərbaycan
çayının tərkibində 18,1% C vitamini, B vitamini, nikotin turĢusu (PP vitamini), habelə 4,0-7,4%
pektin maddələri vardır. Bundan baĢqa Azərbaycan çayının yaĢıl yarpaqlarında sərbəst amin
turĢuları vardır ki, bunların da çox miqdarı iyul-avqust aylarında toplanır, bu isə yarpağın əsas
keyfiyyət göstəricilərindən biridir.
QonĢu Gürcüstan Respublikasında çayın daha qaba yarpaqlarından və cavan zoğlarından
yaĢıl çay, kərpici çay, kofein çay konsentratı və s. qiymətli məhsullar hazırlanır. Lakin Azərbaycan
çayçılığında hələlik bu sahəyə əhəmiyyət verilmir. Hər il respublikamızda çay kollarının budanması
ilə əlaqədar hər hektardan 2,0-2,3 ton yaĢıl kütlə xaric edilir ki, ondan da xeyli kərpici çay və yaĢıl
çay hazırlamaq olar. Bizim respublikamızda çay becərilən təsərrüfatlarda yazqabağı çay kollarına
forma verən zaman hər il orta hesabla 20-25 min ton yaĢıl kütlə istifadəsiz qalır. Bu tullantıdan
laboratoriya Ģəraitində yeni texnologiya üsulu ilə yeyinti sənayesində müxtəlif qida nıəhsullarının
sarı, yaĢıl, qəhvəyi və s. rəng və çalarlara boyamaq olar.
Dostları ilə paylaş: