Dazıotu cövhərinin hazırlanma qaydası: 1 xörək qaĢığı doğranmıĢ qurudulmuĢ otunu 0,75
litr suya töküb vam odun üzərinə qoyub 5-10 dəqiqə qaynadıb süzdükdən sonra istiadə edin.
Dazıotu yağının hazırlanma qaydası: 1 hissə dazıotunu 2 hissə zeytun yağının üzərinə
töküb 3 həftə saxlayıb süzün. Sonra istifadə edin.
Dazıotu toxumlarından hazırlanan yağdan və ekstraktlardan kosmetika sənayesində də geniĢ
istifadə edilir. Bitkidən sifətdə, orqanizmin baĢqa nahiyələrində əmələ gələn civzələrin, qoturluğun,
qaĢınmaların, irinli yaraların, səpkilərin, müalicəsində geniĢ istifadə edilir. Dazıotu yağını ev
Ģəraitində asanlıqla hazırlamaq olar. Bunun üçün 1 hissə dazıotu toxumu ilə 2 hissə bitki yağını bir-
birilə qarıĢdırıb 2-3 həftə qaranlıq yerdə saxlayıb süzün. Yeri gəldikcə yuxarıda qeyd etdiyimiz
xəstəliklər zamanı dərinin üzərinə sürtüb müalicə edin.