Dazıotundan müalicə preparatlarının hazırlanması. Dazıotundan cövhərin hazırlanması. 100 q qurudulmuĢ dazıotunu 500 ml 40%-li spirtin
üzərinə töküb 7 gün qaranlıq yerdə saxlayıb süzün. Gündə 1-3 çay qaĢığı yeməkqabağı qəbul edin.
Dazıotundan müalicəvi yağın hazırlanması. 100 q dazıotundan götürüb 600 ml təzə zeytun
yağı və yaxud günəbaxan yağının üzərinə əlavə edin və 30 dəqiqə qaynadıb soyutduqdan sonra
süzün. Aldığınız yağdan dəridə əmələ gələn ləkələrin, yanıqların, yara və kəsiklərin üzərinə sürtün.