145
yumurtavari, uzunsov-xətvaridir. Çiçəkləri çoxsaylı gövdənin yuxarı hissəsindən yan budaqlara
ayrılır, süpürgəvari və yaxud tamam qalxanvaridir. Ləçəkləri
uzunsov, uzunsov-belvari və yaxud ellipsvaridir.
Zəif dazıotu Azərbaycanın hər yerində yayılmıĢdır.
Bitkiyə düzənlik sahələrdən tutmuĢ, subalp zonalarında,
kolluqlar arasında, meĢəlik sahələrdə meĢə açıqlıqlarında, otlu
yamaclarda, zibilliklərdə, çay vadilərində rast gəlmək olar.
Dazıotu qiymətli dərman, aĢı, boyaq, eflr, nektar və bəzək
təbiətli bitki hesab edilir.
Dünya tibb praktikasında dazıotundan müalicə
məqsədləri üçün 2500 il bundan qabaq istifadə edilməyə baĢlanmıĢdır. Qədim yunan və Roma
xalqlarına dazıotunun müalicə xüsusiyyətləri hələ çoxdan məlum idi. Dazıotunun müalicəvi
xüsusiyyətləri haqqında Hippokrat, Dioskorid, Böyük Plini, Ġbn Sina və s. alim və mütəfəkkirlər öz
əsərlərində geniĢ bəhs etmiĢlər. Rus xalq təbabətində dazıotunu «99 dərdin» dərmanı adlandırırlar.
Dazıotunun kök hissəsindən baĢqa bütün hissələrinin tərkibində 9,5% boyaq maddələrindən
hiperisin (C
30
H
16
O
8
), psevdohiperisin (C
32
H
20
H
10
), protopsevdo-hiperisin və s. boyaq
maddələri,
1%-ə qədər flavonoid təbiətli hiperozid (C
21
H
20
H
12
), rutin, kversitrin, izokversitrin, kversetin və s.
flavonoid maddələri, həmçinin efır yağı, 12-13%-ə qədər aĢı maddəsi, nikotin və 140 mq%
askorbin
turĢusu,
P vitamini, 55 mq% karotin, xolin, saponin və alkaloid izləri aĢkar edilmiĢdir.
Dazıotunun yerüstü hissəsinin tərkĠbndə 4,21% kül, mq/q olmaqla 16,80 - K, 7,30 - Ca, 2,20
- Mg, 0,11 - Fe makroelementləri, mkq/q olmaqla 0,25 - Mn, 0,34 - Cu, 0,71 - Zn, 0,21 - Co, 5,60 -
Mn, 0,01 - Cr, 0,02 - A1, 0,03 - Se, 0,18 - Ni, 0,18 - Sr, 7,20 - Cd, 0,08 - Pb, 40,40 - B
mikroelementləri aĢkar edilmiĢdir.
Dazıotundan müalicəvi xüsusiyyətlərindən ilk dəfə bizim eradan 460-377
il qabaq Hippokrat
xəbər vermiĢdir.
Dazıotunu ilk vaxtlar «ilahi otu» adlandrmıĢlar. Bu otdan qorxu və qarabasma xəstəliklərinə
tutulmuĢ adamların müalicəsində istifadə olunur.
Tarixi mənbələri araĢdırarkən məlum olmuĢdur ki, dazıotu müqəddəs «Ġona otu»
adlandırılmĢdır. Onun çiçəkləmə dövrü «Ġvan günü»nə təsadüf edir.
Rus xalq təbabətində dazıotunu dovĢan qanı, qanverici adlandırırlar. Almanlar buna
Ģeytanqovan bitki adı vermiĢlər. Çoxları belə güman edirmiĢlər ki, dazotu Ģeytanı evdən qovur və
dava-dalaĢı, söz-söhbəti evdən uzaqlaĢdırır. Rusiyanın bir çox rayonlarında yaraların sağalmasına
gözəl təsir etdiyi üçün dazıotunu «yaraları sağaldan Allah» adlandırmıĢlar. Dazıotundan italyanlar
bir çox xəstəliklərin müalicəsində geniĢ istifadə etdikləri üçün buna «göbək otu» deyərmiĢlər.
Müxtəlif xalqlar öz müalicəvi təsirinə görə dazıotuna müxtəlif adlar vermiĢlər.
Dərman bitkilərinin çoxlu müalicəvi təsirinin sirlərini öyrənməklə uzun müddət məĢğul olan
A.T.Bolotov 1780-ci ildə yazırdı ki, elə bir dərman bitkisi tapılmaz ki, öz müalicəvi
xüsusiyyətlərinə görə dazıotuna bərabər olsun. A.T.Bolotov göstərir ki, dazıotundan və onun
toxumlarından alınan yağı, günəbaxan yağı, az miqdarda su, çaxır spirti və ya üzüm çaxırına
qarıĢdırıb çalxalayaraq bir çox daxili xəstəliklərin müalicəsində əvəzolunmaz vasitə kimi istifadə
edirlər. Bundan hazırlanan mazdan müxtəlif irinli yaraların, həĢərat sancmalarından və s. əmələ
gələn yaraların sağaldılmasında istifadə olunur. Bir çox ölkələrin xalq təbabətində dazıotu müxtəlif
xəstəliklərin müalicəsində geniĢ surətdə tətbiq olunur. Məsələn, PolĢa xalq təbabətində dazıotundan
hazırlanmıĢ spirtli cövhərlə çatların, daxili qanaxmaların, çibanlı yaraların yetiĢib sağaldılmasında
və s. xəstəliklərin müalicəsində istifadə olunur. Dazıotundan hazırlanmıĢ cövhəri çaxırda həll edib
qızdırma, sarılıq, qadın xəstəliklərinin müalicəsində, eləcə də iĢləmə əleyhinə istifadə edilir.
Bundan baĢqa dazıotunun çiçəklərindən hazırlanan cövhərlə əsəb, vərəm xəstəliklərini də müalicə
edirmiĢlər. Bir çox tibb mütəxəssisləri qeyd edirlər ki, dazıotundan alınmıĢ yağı əhənglə qarıĢdırıb
bir çox xəstəlikləri, o cümlədən oynaqlarda baĢ verən ağrıların, yanıq yaralarının müalicəsində
tətbiq edilir.
Bundan baĢqa dazıotunun yağından doğuĢdan sonra qadınların döĢ nahiyələrində əmələ
gələn vəzi ĢiĢlərinin aradan qaldırılmasında istifadə olunur. XVII əsrdə Ġtaliyada dazıotunun üst
146
hissəsini çiçəkləri ilə birlikdə kəsib götürərək, onu qurudub, narın toz halına salıb və həmin tozu
palma yarpaqlarından hazırlanmıĢ məhlulla qarıĢdırıb, uzun müddət saxladıqdan sonra ondan
qırmızı rəngli balzam hazırlayıb bir çox xarici və daxili xəstəliklərin müalicəsində iĢlətmiĢlər.
Rus xalq təbabətində də dazıotundan müxtəlif xəstəliklərin müalicəsində geniĢ istifadə
olunur. Belə ki, bundan hazırlanan preparatlar qankəsici, sakitləĢdirici, ürək- damar sistemində
əmələ gələn pozuntuların nizama salınmasında istifadə edilir. Dazıotunun spirtli cövhəri, yağı, eləcə
də ondan hazırlanmıĢ bir çox preparatlar vərəm, qanqusma, yara qanaxmaları, qurd xəstəlikləri,
qıcolma, ürəkgetmə, əsəb sisteminin nizama salınmasında, yaraların yuyulmasında, irinli yaraların,
kəsiklərin, əzilmələrin və s. xəstəliklərin müalicəsində tətbiq edilir.
Macarıstanda dazıotundan hazırlanan yağ və mazlardan xarici və daxili orqanlarda baĢ verən
yara və yanıqların müalicəsində istifadə olunur.
Dazıotunu ən yaxĢı olar ki, çiçək açan dövrdə (iyul-avqust) aylarında, gövdəsinin yuxarı
hissəsindən, 20 sm olmaqla xüsusi alətlə kəsməklə toplayıb çox da böyük dəstə olmamaq Ģərti ilə
bağlayıb kölgəli mehvuran sahələrə ipdən asıb qurutmaq lazımdır.
Bitkidən cövhər və yaxud dəmləmə Ģəklində orqanizmin xarici nahiyələrində istifadə etmək
məqsədi ilə yağda hazırlanmıĢ cövhərindən iĢlətmək məsləhət görülür.
Dazıotunun müalicəvi spektri o qədər geniĢdir ki, otla müalicə edən tibb mütəxəssisləri
həmiĢə bitki ekstraktları hazırlayarkən dazıotundan da əlavə kimi istifadə edirlər. MəĢhur xalq
təbibi S.M.Nosal yazırdı: «Unsuz çörək hazırlamaq mümkün olmadığı kimi, dazıotusuz da heç hir
xəstəliyi müalicə etmək olmaz».
Dazıotundan hazırlanan cövhər, dəmləmə, məlhəm və preparatlardan bərpaedici,
soyuqdəymə, yara əleyhinə, büzüĢdürücü, ödqovucu və sidikqovucu, qankəsici, dezinfeksiyaedici,
yanıq və s. xəstəliklərin müalicəsində geniĢ istifadə edilir.
Bolqar və Fransa alimləri belə hesab edirlər ki, dazıotu antidepressiya xüsusiyyətlərinə də
malikdir.
Dazıotunun müalicəvi xüsusiyyətlərini öyrənən zaman təkzibolunmaz bir yenilik əldə
olunmuĢdur. Belə ki, dazıotunun qiymətli sidikqovucu təsirə malik odluğu elmi əsaslarla təsdiq
edilmiĢdir. AxĢamlar yatmağa az qalmıĢ uĢaqlara 0,5 stəkan dazıotu ektraktı verdikdə, sidiyini
saxlaya bilməyən uĢaq gecələr sidik ifraz etmir. Dazıotu dəmləməsindən uĢaq tibb praktikasında
geniĢ istifadə edilir.
Dazıotundan dəridə olan yaraların, kəsiklərin, yanıqların, don vurmuĢ nahiyələrin, həmçinin
müxtəlif ağır yaraları müalicə etmək üçün yaxalama vasitəsi kimi iĢlədilir.
Tibb aləmində adı daha çox hallandırılan dazıotundan hazırlanan «Ġmanin» və onun
təkmilləĢdirilmiĢ forması olan «Yeni Ġmanin» preparatı ilə müxtəlif mənĢəli, müxtəlif dərəcəli
yanıqlar müalicə edilərək çoxlu insan yenidən həyata qaytarılmıĢdır. Yanıq zamanı görmə
qabiliyyətini itirmiĢ bir çox insanların görmə qabiliyyəti bərpa olunmuĢdur.
Yaxın vaxtlarda dazıotundan alınan preparatlar dəridə baĢ verən Ģüa zədələnmələrinin
müalicəsində müvəffəqiyyətli nəticələr verir.
Dazıotu arterial təzyiqi qaldırdığından ondan müalicə məqsədləri üçün istifadə edilən zaman
çox diqqətli olmaq lazımdr. Hipertoniklər yaxĢı olar ki, dazıotunu baĢqa bitkilərlə - yarpız, bədrənc
və s. qarıĢıqlar Ģəklində istifadə etsinlər.
Dazıotunun tərkibində çox mürəkkəb kimyəvi maddələrin olduğu üçün bir çox rus
mütəxəssisləri dazıotundan kosmetika sahəsində də istifadə olunmasını irəli sürmüĢlər. Hərgah siz
yay aylarında dazıotu ekstraktından içib çimərliyə getsəniz, o iĢığa qarĢı çox həssas olduğundan
bədəniniz tez qaralmağa baĢlayacaqdır, ona görə də çimərlikdə çox qalmaq məsləhət görülmür.
Əgər dərinizdə qızartı və qabarlar baĢ verərsə bu zaman siz hökmən dazotundan hazırlanmıĢ
ekstrakt qəbul etməlisiniz.
QırıĢmıĢ, qocalmıĢ dəri üçün ən yaxĢı vasitə soyuq dazıotu ekstraktı ilə yuyunmaqdır.
Üzünüzün dərisi yağlı və civzəlidirsə üzünüzü dazıotunun sulu dəmləməsi ilə yuyun. Bunun
üçün 10 q qurudulmuĢ dazıotunu 200 ml suya tökün və dəmləyib süzdükdən sonra istifadə edin.
Yağlı saçlarınızı yuduqdan sonra isti dazıotu cövhəri və yaxud dəmləməsi ilə yaxalayın.
Dazıotu öz müalicəvi xüsusiyyətlərinə görə dünyanm bir çox xalqları arasında sevilə-sevilə
147
istifadə edilir. XIX əsr rus tibb alimlərinin əsərlərində dazıotu qankəsici, sakitləĢdirici vasitə kimi
təqdim edilirdi (E.Y.ġass, 1952) D.Q.Qess isə (1966) qeyd edir ki, dazıotu ilə 20-dən artıq xəstəlik
müalicə edilir. M.N.Varlakov (1943-1944) dazıotundan alınan preparatların qankəsici, soyuqdəymə,
dezinfeksiya vasitəsi kimi tətbiq edildiyini qeyd edir. Bundan baĢqa dazıotu xaricdə istehsal olunan
ratanin preparatını müvəffəqiyyətlə əvəz edir və ondan da keyfiyyətli hesab edilir. Bitki balzam iyi
verdiyinə görə ondan konserv sənayesində ədviyyat kimi istifadə edilir. Professor D.Turovaya görə
(1974), 100 ml ekstraktından gündə 3 dəfə qəbul etdikdə 1-2 aydan sonra xroniki mədə xəstəliyi
olanların vəziyyəti yaxĢılaĢır, qıcqırma, turĢuluğun aĢağı düĢməsi və həzmin yaxĢlaĢması müĢahidə
edilir. PolĢada dazıotundan qankəsici və yuxusuzluğa qarĢı istifadə edilir.
Dostları ilə paylaş: