Mədədə xərçəng xəstəliyi ağrılarının sakitləşdirilməsində. 1 xörək qaĢığı narın hissəyə
salınmıĢ quru yarpağını 2 stəkan həcmində qaynar suya tökün, su hamamında 15 dəqiqə qaynadın.
Sonra götürüb 1 saat dəmləyin və süzüb, gündə 3 dəfə yeməkqabağı qəbul edin.
Diqqət! Mədə və onikibarmaq bağırsaqda olan yaraların yüksək turĢuluğunun qarĢısının
alınmasında, eləcə də böyrək və sidik kisəsində olan daĢların əridilib orqanizmdən kənar edilməsi
zamanı mərcangilənin təzə və isladılmıĢ meyvəsindən yemək məsləhətdir.
Mərcangilənin giləmeyvəsi yetiĢən dövrdə, gündə 1 stəkan normal qatılıqda olan meyvə
ekstraktından yesəniz, sizin qıĢ boyu zökəm, qrip və digər xəstəliklərdən Ģikayətiniz olmaz.
Mərcangilənin mürəbbəsinə bal qatıb uzun müddət yesəniz, heç vaxt vərəm xəstəlyinə
tutulmazsınız.
ġəkər xəstəliyindən qorunmaq üçün mütəmadi olaraq, mərcangilə giləmeyvəsi yeməklə
yanaĢı onun Ģirəsindən də istifadə edin. Giləmeyvəsinin tərkibində kifayət qədər antosian,
flavanoid, Ģəkər, pektin, vitamin kompleksi, makro- və mikroelementlərin olması onun yeyinti və
yüngül sənayenin müxtəlif sahələrində istifadə olunma imkanlarını artırır. Mərcangilənin yetiĢmiĢ
meyvəsindən yeyinti sənayesində – kisel, Ģərbət, müxtəlif sərinləĢdirici içkilər, dondurma növləri,
mürəbbə, müxtəlif Ģərablar, likör, cem, Ģirniyyat, təbii boyaq və s. hazırlanır.
Biz laboratoriya Ģəraitində mərcangilənin meyvəsindən və yarpaqlarından boyaq ekstraktı
alıb, ipək və kağız məmulatlarını açıq-çəhrayı, çəhrayı-qırmızı, açıq-qırmızı, bozumtul, zeytunu,
tütünü, yaĢılımtıl, bənövĢəyi, açıq-bənövĢəyi, açıq-göyümtül, qəhvəyi, qonur, firuzəyi və s. rəng və
çalara boyamağa nail olduq.
Dostları ilə paylaş: |