Elmi redaktorlar amea-nın müxbir üzvləri


NOVRUZÇĠÇƏYĠ – Primulaceae Vent. fəsiləsi



Yüklə 8,43 Mb.
Pdf görüntüsü
səhifə452/730
tarix26.12.2016
ölçüsü8,43 Mb.
#3714
1   ...   448   449   450   451   452   453   454   455   ...   730
NOVRUZÇĠÇƏYĠ – Primulaceae Vent. fəsiləsi 
 Novruzçiçəyi və yaxud «paraliç» otu – Primula woronowii L. 
 
Dünya florasının tərkibində novruzçiçəyi fəsiləsinin 25 cinsi, 500-ə qədər növü yayılmıĢdır. 
Bu növlərə ən çox Ģimal yarımkürəsinin mülayim iqlim qurĢaqlarında təsadüf edilir.  
Sarı  rəngyaradan,  təbiətin  gücü,  əzəmətli  günəĢi, 
torpağın  istisi,  yazın  ilk  çiçəyiolan  sarı  novruzçiçəyi. 
Çiçəyin  gövdəsi  sanki  qızıl  suyuna  çəkilmiĢ  açara 
bənzəyir. Novruzçiçəyi bütün xalqların sevimli çiçəyidir. 
Ġngilislərin  qədim  ədəbiyyatlarında  qeyd  edilir  ki,  onun 
çiçəkləri insanları Ģeytan, cin və s.-dən qoruyur. Aylı yaz 
gecəsində  çəmənliyə 
gəzməyə  çıxsan,  hökmən 
novruzçiçəyinin  yarpaqları  üzərində  saysız-hesabsız  Ģeh 
damcılarının  ele  bil  ki,  səsini  eĢidəcəksən.  Deyilənlərə 
görə  bıı  vaxt  siz  çiçəkdən  nə  xahiĢ  etsəniz  o  dəqiqə  ona  nail  olacaqsınız.  Qədim  yunanlar 
novruzçiçəyi ilə bir sıra  təhlükəli xəstəlikləri müalicə edirmiĢlər. Ona görə də bitkiyə  «12 allahın 
çiçəyi»  adı  verilmiĢdir.  Qədim  dövrün  təbibləri  bir  çox  xəstəlikləri,  o  cümlədən  paraliç  vurmuĢ 
insanları  bitkidən  hazırladıqları  preparatlarla  məharətlə  müalicə  etdiklərinə  görə  novruzçiçəyini 
«paraliç  otu»  da  adlandırırlar.  Uzaq  səyahətə  çıxanlar  həmiĢə  yanlarında  novruzçiçəyi 
gəzdirərmiĢlər. Ġnsanlar novruzçiçəyini o qədər sevirmiĢlər ki, hətta onlardan gül dəstələri düzəldib 
sevdikləri qızlara və yaxın qohumlarına hədiyyə edərmiĢlər. Müxtəlif  xalqlar novruzçiçəyini  yaz, 
bahar  çiçəyi,  dağ  çiçəyi  və  s.  adlarla  adlandırmıĢlar.  Novruzçiçəyinin  dünya  florasının  tərkibində 
600-ə  qədər  növü  yayılmıĢdır.  Bu  növlərdən  60-a  qədərinə  Rusiya  ərazisində,  23-nə  Qafqazda,  o 
cümlədən  8-nə  Azərbaycanda  rast  gəlinir.  Novruzçiçəyi  növləri  çox  gözəl  görünüĢə  malik 
olduğundan  insanlar  onu  yaĢadıqları  binaların  ətrafında,  bağ  və  bağçalarında  sevə-sevə  əkib 
becərirlər. Novruzçiçəyi iri, parlaq, sarı, narıncı ləçəklərdən ibarət olub insana xoĢ təsir bağıĢlayr. 


183 
 
Çiçəkləri beĢ ləçəkdən ibarətdir, hamaĢçiçəkləri çətir formasında olub əks tərəfə yönəlmiĢdir. 
Bitkinin  çiçəyinin  tərkibində  triterpenlər,  saponinlər,  qlükozidlər,  flavonoidlər,  askorbin 
turĢusu,  karotin,  qanyaradıcı  makro-  və  mikroelementlərin  zəngin  kompleksi  aĢkar  edilmiĢdir. 
Bundan  baĢqa  kökünün  tərkibində  5-10%-ə  qədər  saponinlər,  0,08%  efır  yağı,  qlükozidlərdən  - 
primularverin (primulaverozid, C
20
H
28
O
13
), primulagenin (C
30
H
50
O
3
), yarpaqlarının tərkibində 2%-
ə qədər saponin, 3 mq%-ə qədər karotin və s. aĢkar edilmiĢdir. Bitkinin yarpaqlarında 5%-ə qədər, 
çiçəklərində  6%-ə  qədər  quru  çəki  hesabı  ilə  askorbin  turĢusu  tapılmıĢdır.  Bir  sıra  xalqların 
mətbəxlərində  novruzçiçəyindən  dadlı,  tamlı  və  ləzzətli  xörək  növləri  hazırlayırlar.  Hal-hazırda 
dünyanın bir çox ölkələrində novruzçiçəyindən yaz ədviyyatları, yaĢıl salat növləri hazırlayırlar. Bir 
ədəd novruzçiçəyi yarpağı insanın bir gündə C vitamininə olan tələbatını ödəyir. 
Novruzçiçəyindən  hələ  çox  qədim  dövrlərdən  baĢlamıĢ  hal-hazırkı  dövrə  qədər  xalq 
təbabətində  ağ  ciyər,  uzun  sürən  öskürəyə,  kəskin  xroniki  və  bronxit,  böyrək,  sidik  kisəsi 
xəstəliklərində,  orqanizmin  müqavimətinin  gücləndirilməsində,  vitamin  çatıĢmazlığının  aradan 
qaldırılmasında,  qanazlığında,  bronxial  astmanın,  xroniki  qəbizliyin,  müalicəsində  geniĢ  istifadə 
edilir.  Bundan  əlavə  novruzçiçəyindən  hazırlanan  preparatlarla  daha  bir  sıra  xəstəliklərin,  o 
cümlədən  də  nevralgiya,  nevrozun,  aybaĢı  pozuntularında,  ağır  keçən  klimaksların,  orqanizmin 
zəifləməsinin,  əzginliyin,  iĢtah  pozuntularının,  paradontozun  aradan  qaldrlmasında  və  s. 
xəstəliklərin  müalicəsində  iĢlədilir.  Bitkidən  hazrlanan  preparatlardan  ən  çox  əsəb  gərginliyindən 
əziyyət  çəkənlər,  tez-tez  həyəcan  keçirənlər,  iqlim  dəyiĢmələrinə  və  miqren  ağrılarına  məruz 
qalanlar istifadə edirlər. 

Yüklə 8,43 Mb.

Dostları ilə paylaş:
1   ...   448   449   450   451   452   453   454   455   ...   730




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin