ACIÇĠÇƏKLĠLƏR – Gentianaceae Juss. fəsiləsi
Sarı acıçiçək – Gentiana lutea L.
Dünya florasnın tərkibində acıçiçək cinsinin 400-ə qədər növünə rast gəlmək olar. Bu
cinslərin əksəriyyəti birillik və çoxillik ot bitkiləridir. Acıçiçəyin Qafqazda 28, o cümlədən
Azərbaycanda 14 növü yayılmıĢdır.
Bu cinsin müalicə məqsədi üçün istifadə olunan əsas
növlərindən biri sarı acıçiçək - G. lutea L. növü hesab edilir.
Sarı acıçiçək - Gentiana lutea L. Bu hündürlüyü 120-140
sm olan yoğun (3 sm) kök və çoxlu baĢcıqdan ibarət kökümsova
və yan kökə malik çoxillik ot bitkisidir. Yarpaqları iri - 25 sm
uzunluğunda qarĢı-qarĢıya düzülmüĢ oturacaqdır. Bitkinin birinci
və ikinci ili rozett yarpaqları inkiĢaf etdiyi halda, 3-4-cü ili gövdə
hissəsi inkiĢaf etməyə baĢlayır.
Çiçəkləri sarı rəngdə, çiçək tacı 2 sm olub yarım çətirvari
formada gövdənin yuxarısında yarpaqların qoltuq hissəsində
yerləĢirlər. Meyvəsinin uzunluğu 6 sm olan qutucuqdur.
Toxumlar xırda yastıdır. Bitki iyun-iyul ayları çiçək açır, sentyabrda toxum verir.
Azərbaycan florasının tərkibində bu bitkiyə rast gəlinmir. Ancaq toxumu vasitəsilə
çoxaldılır. Toxumu ikinci ili cücərti verir.
Respublikamızın ərazisində rast gəlinən növ G.cruciata L.-dir. Bitkinin kök və
kökümsovunun tərkibindən acımtıl iridoid qlükozidi (1,5-2,0%) gensiopikrin, 0,1% gensin,
amarogentin, amarosverin, amaropanin, gensiamarin, gensuakaymol, trisaxarid gensianozu, 0,35-
0,6% gensianidin, 0,1% ksanton-gensizin, gensiosterin askorbin turĢusu, flavonoid maddələri,
katexin və s. maddələr aĢkar edilmiĢdir. Təsiredici maddələr və fermentlər mədə-bağırsaq
sisteminin fəaliyyətinin nizamlanmasında böyük rol oynayır.
Bitkinin kök və kökümsovlarnın tərkibində 3,82% kül, mq/q olmaqla K - 10,40, Ca - 3,80,
Mg - 1,60, Fe - 0,20 makroelementləri, mkq/q olmaqla Mn - 0,17, Cu - 0,63, Zn - 0,69, Mo - 0,60,
Cr - 0,38, Al - 0,09, Ba - 0,65, V - 0,02, Se - 6,00, Ni - 0,54, Sr - 0,08, Pb - 0,05, B - 55,60 və s.
mikroelementləri aĢkar edilmiĢdir.
Müxtəlif ölkələrin xalq təbabətində acıçiçəkdən hazırlanan dəmləmə və cövhərlərdən
iĢtahartırıcı, həzmi yaxĢılaĢdıran, qastrit, kolit, yanıq, podaqra və artritin müalicəsində istifadə
edilir. Müalicə məqsədi üçün bitkinin qurudulmuĢ kök hissəsindən istifadə edilir. YaxĢı qurudulmuĢ
187
kök hissəsi 3 il tərkibini itirmədən müalicə qabiliyyətini saxlayır.
Kökündən hazırlanan preparatların köməyi ilə bakterisid, soyuqdəymə, yarasağaldıcı,
büzüĢdürücü, ödqovucu, zəif iĢlədici, oturaq sinir və s. xəstəliklərin müalicəsində istifadə edilir.
Dostları ilə paylaş: |