Epilepsiya zamanı (əlavə kömək kimi). 1 çay qaĢığı təzə çiçəyindən götürüb 20 dəqiqə
dəmləyin. Sonra süzüb gündə 3 dəfə 0,5 stəkan qəbul edin.
Tromboflebit zamanı. Kəsik və yaraları müalicə etmək üçün təzə yarpağından hazırlanmıĢ
sıyığndan götürüb xəstə olan nahiyələrə yaxıb bağlayın. Birinci iki gün sarğını gündə 2 dəfə
dəyiĢin. Ertəsi günü isə 1 dəfə dəyiĢin.
Miqren zamanı. Təzə yasəmən yarpağından götürüb alın nahiyənizə düzüb tənzif ilə sarıyın.
Sarğını təzə halda hər 2-3 saatdan bir dəyiĢin.
Diqqət!Bitkinin bütün hissəsi az zəhərli olduğundan bitkidən müalicə məqsədləri üçün
götürülən xammalın miqdarına ciddi fikir verin.