191
sakit əyləĢib iĢ görəndə narahat olur, iĢi tam görüb baĢa çatdırmağa nail ola bilmirlər. Bu cür
xəstələr gecələr narahat və gec yatır, kiçik səsə qarĢı tez reaksiya verib yataqdan durur və s. Bu cür
xoĢagəlməyən hadisələri aradan qaldırmaq üçün bədrənc çayı ilə müalicə kursu keçməyi məsləhət
görürük. 3 çay qaĢığı xırda doğranmıĢ yarpağından götürüb fıncana töküb üzərinə stəkanın 1/4
hissəsi qədər qaynar su tökün və üzərini örtüb 10 dəqiqə dəmləyin. Bədrənc çayının da adi çay kimi
rəngi bir az tünd olmalıdır ki, xəstə insana yaxĢı təsir göstərsin. Aldığınız bədrənc çayından gündə 3
fincan içmək məsləhətdir. Əgər siz bədrənc çayının içərisinə 1 çay qaĢığı bal əlavə edib içsəniz bu
zaman tez yuxuya gedərsiniz. Beləliklə bədrənc çayından mütəmadi qəbul etsəniz sizin əsəb
sisteminizdə heç bir fəsadlar yaranmaz və siz normal iĢ qabiliyyətinizi bərpa etmiĢ olarsınız.
Bədrəncin təzə dərilmiĢ yarpaqları çox gözəl ətirli iyə malik olur, ondan ədviyyat kimi
salatların, borĢ və Ģorbaların, tərəvəz xörəklərinin hazırlanmasında iĢlədilir. Nazik doğranmıĢ
bədrənc yarpağı yumĢaq pendirin üzərinə ədviyyat kimi səpilir.
Bədrəncdən taxtadan düzəldilmiĢ mebellərə sürtüb onların parlaq və xoĢ iyə malik
olmasında da istifadə etmək olar.
Dostları ilə paylaş: