Elmi redaktorlar amea-nın müxbir üzvləri



Yüklə 8,43 Mb.
Pdf görüntüsü
səhifə471/730
tarix26.12.2016
ölçüsü8,43 Mb.
#3714
1   ...   467   468   469   470   471   472   473   474   ...   730
Müalicəvi xüsusiyyətləri. Nahaq yerə bitkini «dərman bədrənci» adlandırmırlar. Bu bitkinin 
otunun tərkibindən kəskin limon iyi verən efır yağı əldə edilir. Efır yağının əsas hissəsini (siterol və 
mirsen  təĢkil  edir),  C  vitamini,  aĢı  maddəsi,  qatran,  kofein,  kresol  turĢusu  və  s.  aĢkar  edilmiĢdir. 
Xalq təbabətində bədrəncdən sakitləĢdirici, ağrıkəsici, qıcolma, spazma  əleyhinə, ürək fəaliyyətini 
nizama  salan  vasitə  kimi  istifadə  edilir.  Ġnsanlar  bədrənc  preparatlarından  istifadə  edən  zaman 
təngnəfəsliyi, ürək döyüntüləri sakitləĢir, ürək ətrafında olan ağrılar aradan qalxır, qan təzyiqi aĢağı 
düĢür. Bundan baĢqa bədrənc preparatları miqren, yuxusuzluq, həyəcanlanma zamanı, cinsi həvəsin 
artırılmasında,  müxtəlif  əsəb  gərginliklərinin  aradan  qaldırılmasında  mühüm  əhəmiyyət  kəsb  edir. 
Bədrəncdən  həmçinin  astmanın,  köpmənin  aradan  qaldırılmasında,  çibanların  və  müxtəlif  dəri 
xəstəliklərinin müalicəsində istifadə edilir. 
Bədrəncdən hazırlanan cövhərlər aybaĢı xəstəliklərində, hamiləlik vaxtı özünü büruzə verən 
toksikozların,  klimaksın  nizama  salınmasında  mühüm  rol  oynayır.  Bədrənc  cövhəri  həmçinin 
spazmanın  aradan  qaldırılmasında,  mədə-bağırsağın  normal  iĢləməsində,  öskürəkdə,  yüksək 
temperaturun aĢağı salınmasında mühüm rol oynayır. Bitki insanları bir sıra qorxunc xəstəliklərdən 
xilas  edir.  Lakin  bədrəncdən  istifadə  edərkən  heç  vaxt  tələsməyin,  həmiĢə  həkim  məsləhətlərinə 
qulaq asın. 

Yüklə 8,43 Mb.

Dostları ilə paylaş:
1   ...   467   468   469   470   471   472   473   474   ...   730




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin