Ətirli reyhan – Ocimum basilicum L. Reyhan - qara-bənövĢəyi, tünd-bənövĢəyi, açıq-bənövĢəyi və yaxud yasəmən rəngli
yarpaqları olan, kəskin, azca acımtıl tama malik ədviyyat bitkisidir. Reyhandan hələ çox qədim
dövrlərdə Yunanıstan və Misirdə balzamlaĢdırma məqsədləri üçün istifadə edilirdi. Qədim dövrün
təbibləri belə söyləyirdilər ki, reyhan insanların kefini açır, onların enerji qabiliyyətlərini yüksəldir,
əqlini möhkəmləndirir və ömrünü uzadır.
Reyhanın yarpaqlarında zəngin vitamin kompleksləri və
bioloji aktiv maddələr aĢkar edilmiĢdir. Bitkinin tərkibində kalsium,
azot, fosfor, dəmir, mis və s. makro- və mikroelementləri müəyyən
edilmiĢdir.
Xalq təbabətində reyhan vasitəsilə revmatizm, dəri və əsəb
xəstəliklərini, epilepsiyanı müalicə edirlər. Müalicə məqsədləri üçün
bitkinin bütün hissələrindən istifadə edilir. Toxumundan və otundan
hazırlanan dəmləmə və cövhərlərindən xroniki qastrit, orqanizmin
parazit qurdlardan təmizlənməsində, böyrək və sidik kisəsi
soyuqdəymələrində, öskürək və göyöskürək zamanı daxilə qəbul edib
müalicə olunurlar. Reyhandan alınmıĢ efır yağını pambığa hopdurub
ağrıyan diĢin üzərinə qoyub, ağrını aradan qaldırırlar. Bitkinin
yarpaqlarını su ilə təmiz yuyub plastr kimi dəri səpmələrinin üzərinə yapıĢdırıb müalicə edirlər.
Ağır fiziki və zehni iĢ zamanı yorğunluğu aradan qaldırmaq üçün reyhanın vannasından istifadə
etməyi məsləhət görürlər. Bolqarıstanda reyhanın efır yağından qulaqda baĢ verən irinli
soyuqdəymələrdə damcı kimi, çətin sağalan yaraların isə üzərinə yaxıb müalicə edirlər.