Dərman rozrmarini– Rosmarinum officinalis L. Vətəni Qərbi Aralıq dənizi ölkələri hesab
edilir. Mədənı halda Ġtaliya, Fransa, Yunanıstan, Ġspaniya, Kiçik Asiya, Albaniya, ABġ-ın Florida
Ģtatında əkilib-becərilir. KeçmiĢ SSRĠ-də isə Krımın cənub sahələrində, Qara dəniz ətraflarında,
Azərbaycan və Orta Asiyada çox yayılmıĢdır. Bu bitki hələ Bibliya dövründən qədim xalqlara
məlıım olmuĢdur. Rozmarin Livanın dağ yamaclarında, təpəliklərində, lavanda, ardıc, adaçayı
(sürvə), zirə, bədrənc bitkiləri ilə birlikdə fıtosenozlar təĢkil edir. Qədim yunan xalqları rozmarini
müqəddəs kol bitkisi kimi təsvr edirmiĢlər. Bitki Avropaya rahiblər tərəfindən gətirilmiĢdir.
Rozmarin - həmiĢəyaĢıl, xoĢ ətirli, çox budaqlanan, hündürlüyü 1,0-1,5(2,0) m olan koldur.
Budaqları ensiz, xətvari, kənarları bükülmiiĢ, aĢağı hissəsi ağımtıl keçə ilə örtülmüĢ yarpaqlardan
ibarətdir. Yarpaq qoltuğunun dar hissəsində mavi və yaxud bənövĢəyi, bəzən ağ rəngli salxım
çiçəkləri toplanmıĢdır. Güclü kök sistemi budaqlanaraq yerin 3-4 m tərkinə iĢləyir. Çoxillik
budaqları tünd-boz, lay-lay təbəqədən ibarət olan qabığı odunlaĢmıĢ, birillikləri isə parlaq-boz
tüklərlə örtülmüĢdür. Toxumları qonurumtul rəngli xırda-qozmeyvədir. 100 ədədinin çəkisi 0,5-1,1
qramdır.
Qədim zamanlardan rozmarin dərman bitkisi kimi bir sıra xəstəliklərin müalicəsində istifadə
edilir. Bitkidən hazırlanan cövhərdən baĢ ağrılarında, soyuqdəymədə, mədə-bağırsaq
xəstəliklərində, sidikqovucıı vasitə kimi istifadə olunur. Yarpaqlarından papiros preparatları
hazırlanıb astma xəstəliklərində istifadə olunur. Rozmarin tonusartırıcı xüsusiyyətlərə malik olııb,
aĢağı qan təzyiqlərində, cinsi zəiflikdə müsbət nəticələr verir. Bitkidən pəhriz saxlayan Ģəkərli
xəstələrə, qara ciyər, öd kisəsi, damar xəstəliklərində, miokardda istifadə etrnəyi məsləhət görürlər.
Bundan baĢqa, yarpağından hazırlanan cövhərindən qadın xəstəliklərində, o cümlədən də aybaĢı və
əsəb pozğunluqlarında, qadınlarda baĢ verən klimakterik dövrdə, ürək nevrozlarında, halsızlıqda,
baĢ gicələnmələrində, yaddaĢın zəifləməsində istifadə olunur. Xalq təbabətində cövhərindən astma,
yuxarı nəfəs yollarında, mədənin xroniki kataraktında, qarın köplərində iĢlədilir. Mazından
nevralgiyada, revmatizmdə tətbiq edilir. Rozmarin öd ifrazının artırılmasına, mədə və bağırsağın
normal iĢləməsinə kömək edir.
Hazırda bir sıra ölkələrdə rozmarindən qıymətlı dərman bitkisi kimi muxtəlif xəstəliklərin
müalicəsində istifadə olunur.
Rozmarini müxtəlif nisbətlərdə ədviyyatlarla qarıĢdırıb kompozisiyasını əldə etməklə
müxtəlif xörəklərin tərkibinə qatırlar. Bu kompozisiyadan ən çox lobya, noxud, paxla, mərci,
195
badımcan və kələmdən hazırlanan xörəklərdə istifadə edirlər. Bundan baĢqa ət və toyuqdan
hazırlanan xörəklərin tamını və qoxusunu yaxĢılaĢdırmaq üçün də istifadə olunur. Az miqdarda
qurudulmuĢ yarpağını yaĢıl cəfəri ilə qarıĢdırıb, kərə yağına əlavə edib pasta hazırlayırlar. AlınmıĢ
pastadan az miqdarda götürüb toyuğun, hinduĢkanın, ördəyin və qazın içərisinə qoyub biĢirirlər.
Tomat və zoğal Ģorabasının tərkibinə qatıb əvəzi olmayan, xoĢ ətirli qoxu əldə edilir. Bundan baĢqa
döyülmüĢ yarpağından ədviyyat kimi salatların, döyülmüĢ ət məhsullarının, qızardılmıĢ ət və
toyuğun, göbələyin, pendirıərin, kartofun, dana ətinin, qulyaĢ, qoyun və s. ətindən hazırlanan
xörəklərə qatıb onların dadını və tamını yaxĢılaĢdırırlar.