194
qoruyurmuĢ. Rozmarin insanlara uzun gənclik illəri və sevgi bəxĢ edirmiĢ. Qədim yunan tələbələri
əllərində rozmarin budaqları tutaraq dərslərə gedərmiĢlər. Qədim romalılar isə yaddaĢlarını
möhkəmləndirmək üçün baĢlarında rozmarin budaqlarından düzəldilmiĢ çələnglər gəzdirirmiĢlər.
ġərq ölkələrində cinsi zəifliyi aĢağı olan insanlara rozmarin bitkisindən hazırlanan
preparatlardan istifadə etmələrini məsləhət görürmüĢlər. Bundan baĢqa həmin insanlar rozmarinin
çıçək və yarpaqlarını möhkəm torbalara doldurub baĢlarının altına qoyduqda tez yuxuya
gedərmiĢlər. Rozmarinin yarpaq və çiçəkli zoğlarından su buxarı vasitəsi ilə efir yağı alınır. 30-cu
illərdə Ġspaniyada hər il orta hesabla 60-150 ton efir yağı istehsal edilirdi. Hazırda Balkan
ölkələrində 22 ton, Tunusdə 19 ton efir yağı əldə edilir. Bu ölkələrdə rozmarinin geniĢ
plantasiyaları salınmıĢdır.
Rozmarin kəskin ətirli, Ģirintəhər, azca kamfora iyinə malik, Ģam iyini xatırladan ən yaxĢı
ədviyyat və bır az kəskin tamlıdır.
Yarpaqlarının tərkibində 1,5-2,0%-ə qədər eflr yağı, rozmarin alkaloidi, rozmarin turĢusu
aĢkar edilmiĢdir. Efır yağının əsas tərkib hissəsini 25-30% pinen, 10-20% kamfen, 10-30% sineol,
10-18% borneol, 6-17% kamfora və 6-10% seskviterpenlər təĢkil edir. Rozmarinin qurudulmuĢ
yarpaqlarını toz halına salıb, az miqdarda ədviyyatlara qatıb, balıq və konserva sənayesində istifadə
edirlər. Xarici ölkələrdə rozmarin tozunu bədənlərində gəzdirməyi və ondan qidalarına qatıb istifadə
etməyi məsləhət görürmüĢlər.
Ev Ģəraitində ―Afrodita çiçəyi‖ yaxĢı inkiĢaf edir. O iĢığı sevdiyindən onu gilli dibçəklərdə
basdırıb pəncərə qarĢısında saxlayın.
Dünya florasının tərkibində 5 növii yayılmıĢdır. Qafqazda, o cümlədən də Azərbaycanda 1
növünə təsadüf edilir.
Dostları ilə paylaş: